16 Aprel 2025 18:54
449
CƏMİYYƏT
A- A+
Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb

Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb


Azərbaycan Orta Asiya ölkələri, xüsusilə də Özbəkistan və Qazaxıstan ilə dərin, davamlı media əlaqələrinə malikdir.

Bunu Astanada keçirilən II Mərkəzi Asiya Media Forumu çərçivəsində AZƏRTAC-a müsahibəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, əməkdaşlıq həm normativ-hüquqi baza, həm də uzun illər ərzində formalaşmış qarşılıqlı təcrübə əsasında inkişaf edir. İmzalanan sənədlər media sahəsində fəaliyyət göstərən dövlət qurumları və media subyektləri, o cümlədən xəbər agentlikləri arasında daha geniş təcrübə mübadiləsinə və effektiv əməkdaşlığa şərait yaradır.

“Hazırkı mərhələdə bu əməkdaşlığın artıq praktiki nəticələri müşahidə olunmaqdadır. İnformasiya agentlikləri və media qurumları arasında birbaşa təmaslar qurulub, bu çərçivədə, xüsusilə Azərbaycan reallıqlarının dünyaya obyektiv şəkildə çatdırılması istiqamətində mühüm addımlar atılıb”, - deyə icraçı direktor bildirib.

Orta Asiya ölkələri ilə konkret birgə layihələrin mövcudluğuna toxunan Əhməd İsmayılov qeyd edib ki, Qazaxıstan və Özbəkistanla imzalanan memorandumlar və digər əməkdaşlıq sənədləri əsasında artıq birgə platformalar fəaliyyət göstərir. Bu platformalarda media rəhbərlərinin, nümayəndələrinin və ekspertlərinin iştirakı təmin olunur, fikir və təcrübə mübadiləsi həyata keçirilir.

“Eyni zamanda, ölkələrimizlə bağlı obyektiv məlumatların qarşılıqlı ötürülməsi və informasiya münasibətlərinin davamlı şəkildə inkişaf etdirilməsi bu əməkdaşlığın əsas istiqamətlərindən biridir”, - deyə icraçı direktor vurğulayıb.

O əlavə edib ki, Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığı əhatə edən yol xəritəsi mövcuddur və bu çərçivədə artıq bir sıra tədbirlər həyata keçirilib.

“Keçən il Özbəkistan-Azərbaycan Media Forumu uğurla keçirilib. Hazırda isə Özbəkistanın media qurumlarının və mətbuat xidmətlərinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri planlaşdırılır”, - deyə Əhməd İsmayılov bildirib.

Bununla yanaşı, konkret tədbirlər planının da hazırlandığını deyən icraçı direktor əlavə edib: “Sözügedən səfərdən dərhal sonra Azərbaycanın bir sıra mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşlarından ibarət nümayəndə heyətinin Özbəkistana səfəri nəzərdə tutulur. Bu qarşılıqlı səfərlər və tədbirlər Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın dərinləşməsinə, media qurumları və kommunikasiya mütəxəssisləri arasında birgə fəaliyyətin, təcrübə mübadiləsinin genişlənməsinə əlverişli zəmin yaradır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!