13 Aprel 2025 08:00
2357
SİYASƏT
A- A+
Ali etimad, yüksələn nüfuzun təcəssümü

Ali etimad, yüksələn nüfuzun təcəssümü


Azərbaycan və Türkiyə regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarıdırlar


Dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı, 50-dən çox ölkənin xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazir, 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 4 mindən çox qonağın qatıldığı IV Antalya Diplomatiya Forumu (ADF2025) bu gün başa çatır. 

Aprelin 11-dən 13-nə kimi davam edən budəfəki forumda siyasətçilər "Parçalanmış dünyada diplomatiyanı bərpa etmək" mövzusu ətrafında müzakirələr apardılar. Tədbirdə həmçinin müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzuları müzakirə edildi və 50-dən çox sessiya keçirildi. 


Etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət


Forumun açılış günündə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış edib. O, forumun əhəmiyyətini vurğulayıb, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini bildirib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan forumun əhəmiyyətindən bəhs edib.

Qardaş ölkədə keçirilən beynəlxalq foruma Prezident İlham Əliyev də yüksəksəviyyəli qonaq kimi dəvət edilib. Bunun səbəbi də artıq hər kəsə bəllidir. Belə ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Hazırda Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır. Xarici siyasətdə balanslaşdırılmış yanaşma, qarşılıqlı hörmətə və faydaya əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. 

Sözü imzası qədər keçərli olan, Azərbaycanı dünyada ən etibarlı tərəfdaş ölkə statusuna sahibləndirən İlham Əliyevin beynəlxalq və regional tədbirlərdə iştirakı, habelə Azərbaycanın evsahibliyi etdiyi yüksəksəviyyəli zirvə görüşləri ölkəmizə olan marağın və etimadın bariz göstəricisidir. 

Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. 

Son bir neçə ildə İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA - Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür. Prezident İlham Əliyevin IV Antalya Diplomatiya Forumunda iştirakını da Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi göstərmək olar. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib.

Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlət başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir.

Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətlərinin unikal xarakteri və bu əlaqələrin sabitliyi regional inteqrasiya və ortaq inkişaf baxımından da nümunəvi model kimi çıxış edir. Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından da mühüm hadisə oldu. 


Antalyada keçirilən görüşlər


Prezident forum çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin Prezidenti Ersin Tatar, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan və Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşlər keçirib. 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüşdə iki qardaş prezident Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib. Dövlətimizin başçısı Antalya Diplomatiya Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Ümumiyyətlə, Antalyada keçirilən görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar yaratdı. Bu səfər həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addım oldu. Bununla yanaşı, Azərbaycan və Türkiyə bu gün regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər. Onların regiondakı fəallığı, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş coğrafiyada sabitliyin qorunmasına verdikləri töhfə beynəlxalq aləmdə yüksək qiymətləndirilir.


Azərbaycanın beynəlxalq aktora çevrildiyini təsdiqləyən reallıqlar


Türkiyə-Azərbaycan münasibətlərinin unikal xarakteri və bu əlaqələrin sabitliyi regional inteqrasiya və ortaq inkişaf baxımından nümunəvi model kimi çıxış edir. Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq.

Bir sözlə, bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirdi. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir.

ADF2025 Forumu və Antalyada keçirilən ikitirəfli görüşlər Azərbaycanın beynəlxalq aktora çevrildiyini, ölkəmizin söz sahibi olaraq qəbul olunduğunu  təsdiqləyən reallıqdır. Bütün bunlar isə İlham Əliyevin Azərbaycanı inkişaf və yüksəlişə aparan mükəmməl siyasətinin nəticəsidir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə!

00:06
17 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

00:06
17 May

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan gəmilərə quraşdırılacaq olan temperli illuminator şüşəsinin quraşdırılması xidmətlərinin (şüşəsinın sökülüb yenisi ilə əvəz olunması və mal, material daxil) satın alınması məqsədilə açıq tender elan edir

00:05
17 May

Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

22:45
16 May

Azərbaycan təmsilçiləri “Vindzor Kral Atçılıq Şousu - 2025”də möhtəşəm şou ilə çıxış ediblər  

22:40
16 May

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub  

20:42
16 May

Üzərində “Türk-Xaqan” yazısı olan VI əsrə aid sikkə tapılıb

19:46
16 May

bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib

19:39
16 May

TÜRKPA komissiyasının 12-ci iclasında türk dövlətləri arasında təhsil əməkdaşlığı müzakirə olunub  

19:30
16 May

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib  

19:28
16 May

Şahdağda qar yağır – FAKTİKİ HAVA

19:26
16 May

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

19:25
16 May

İstedadlı futbolçuların axtarışı üçün süni zəkadan istifadə ediləcək

19:20
16 May

“Neom” Səudiyyə Ərəbistanının iqlimini dəyişə bilər  

19:15
16 May

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub  

18:00
16 May

Xaçmazda özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara, reabilitasiya və günərzi qayğı mərkəzlərinə baxış olub  

18:00
16 May

Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır  

17:58
16 May

“Asiya ölkələri də Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir”

17:50
16 May

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb  

17:44
16 May

Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur

17:43
16 May

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir

17:42
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!