18 Dekabr 2025 08:50
295
Mədəniyyət
A- A+
Nakam taleli rəssam

Nakam taleli rəssam


O, bu fani dünyada cəmi 54 il yaşayıb. Bu il onun 100 illik yubileyi tamam olur, vəfatından isə 46 il ötür. Həmişə düşünürəm görəsən niyə fitri istedad sahibləri belə az yaşayırlar?! İstedadlı incəsənət adamları - Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Tofiq Cavadov, Əşrəf Murad, Asəf Zeynallı, Vaqif Mustafazadə, Mikayıl Müşfiq, Əli Kərim  yaşasaydılar hələ nələr edərdilər, hansı əsərləri bəşəriyyətə bəxş edə bilərdilər? 

Bu dəfə Əşrəf Murad həyatının səhifələrini vərəqləməyi, onun yaradıcılığının, taleyinin, ömür yolunun işığını paylaşmaq istəyirəm. Hansı ki, istedadlı rəssamın yaşadığı dövrdə nə adı çəkilib, nə də haqqında yazılıb. Nakam rəssamın əsərlərinin nümayiş olunduğu ilk fərdi sərgisi ölümündən beş il sonra -1984-cü ildə təşkil olunub. Rəssamın həyat və yaradıcılığı ilə sağlığında maraqlanan sənətşünaslar Sara Oğuz Nəzirova və Qriqori Anisimov olub. Sənətşünas Qriqori Anisimov haqqında onu vurğulamaq yerinə düşər ki, o, ölkəmizin avanqard istiqamətdə fəaliyyət göstərən rəssamları ilə maraqlanır, onların yaradıcılığını izləməyə çalışırdı. Onun 1978-ci ildə Bakıda rus dilində "Abşeronun əlvan boyaları" adlı kitabı nəşr olunmuşdur. Bundan əlavə olaraq o, 1988-ci ildə "Sovetskiy xudojnik" nəşriyyatında buraxılmış "Bitməmiş tərcümeyi - hallar" adlı kitabında Səttar Bəhlulzadə, Tofiq Cavadov və Əşrəf Muradın həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. 

Əşrəf Muradın ilk dəfə fərdi sərgisinin keçirilməsi, rəssamın əsərlərinin ictimaiyyətə tanıdılması işində Q.Anisimov mühüm rol oynamışdır. Məşhur diplomat və dövlət xadimi Ramiz Abutalıbov qeyd edirdi ki, Moskvada sənətşünasla görüşü zamanı divardan asılmış işlə maraqlandım, o, məndən əsərin müəllifini tanıyırsanmı soruşdu və dedi ki, bu sizin ölkənizin istedadlı rəssamıdır. Onun əsərlərinin sərgisini təşkil etmək lazımdır. Mən o zaman ona söz verdim ki, rəssamın sərgisini təşkil edəcəyik. Bakıya döndüyümdə o zamanlar Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində işləyən, Xalq rəssamı Yusif Hüseynovla görüşdüm və rəssam Əşrəf Muradın sərgisinin təşkil edilməsi barədə onunla danışdım. O, rəssamın psixoloji durumunun yaxşı olmadığını bildirdi. Mən təkid etdim ki, rəssamın sərgisi təşkil olunmalıdır. Və beləliklə, 1984-cü ildə Əşrəf Muradın fərdi sərgisinin açılışını etdik. 

Sağlığında rəssamın yaşadıqları acılar, çəkdiyi əziyyətlər çox olub. Əşrəf Murad imkanlı ailənin övladı olub. Onun rəssamlığa xüsusi sevgisi, marağı vardı. Əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Rusiyada nüfuzlu ali təhsil ocağına qəbul olunub. İ.Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda professor Rudolf Frensin sinfində ali rəssamlıq təhsilinə yiyələnib. 

Əşrəf Murad 1958-ci ildən əsərləri ilə sərgilərdə iştirak etməyə başlayıb. Rəssamın yaradıcılığının birinci dövrünə aid əsərləri sırasında "Bakıxanov və Qriboyedov" , "Azadlıq arzusu", "Yaramaz", "Kolxoza gedən yol", "Gözlənilməz görüş" (1963), "Dənizdə qüllələr", "Oktyabrın 50 illiyi", "Funikulyor", "Atom müharibəsinə yox deyək" və başqalarını qeyd etmək olar. Yaradıcılıq nümunələri respublika və ittifaqəhəmiyyətli sərgilərdə nümayiş olunurdu. Rəssama qonorarlar yazılırdı. 

Əşrəf Muradın portret əsərləri mövzunun ciddiliyi ilə nə qədər seçilirsə, rəssamın bədii ifadəetmə və mövzunu bədii şərhetmə baxımından da bir o qədər fərqlənir. Rəssam portretlərini yaratdığı şəxslərin daxili dünyagörüşünü və cizgilərini tamamilə fərdi tərəfdən açıb göstərir. Onun portret əsərləri sırasında "Admiral Uşakov", "Kosmonavt V.Tereşkova", "Lenin Smolnıda", "Tehran konfransı", "Nadejda Krupuskaya" və başqalarının adlarını qeyd etmək olar. Əşrəf Murad yaradıcılığında idman mövzusu qırmızı xətt kimi keçir. Rəssam bu mövzuda bir sıra əsərlər yaratmışdır. Xanım idmançıların həyatı görünür rəssamı daha çox düşündürürdü. "Tennisçi qız", "İdmançı qız", "İdmançı qız", "Qız motosikletlə çimərlikdə" adlı əsərlər rəssamın ən maraqlı işləri sırasındadır. 

Əşrəf Muradın yaratdığı mənzərə və natürmort əsərləri özünün kolorit həlli ilə də diqqəti cəlb edir. Rəssamın mənzərə əsərlərində dəniz, meşə zülmət qaranlığa qərq olub. Sənin dənizin niyə qara rəngdədir, axı dəniz mavi rəngdə olur sualına o, mən dənizə gedib çatanda hava qaranlıqlaşır, mən dənizi, qumlu sahili axşam görürəm və çəkirəm deyə cavab vermişdi. "Xəzər sahilində", "Meşədə", "Dəniz kənarı", "Abşeronda axşam"  və "Natürmort yemişlə", "Zanbaqlar", "Qarpız", "Natürmort", "Yemişlər" adlı mənzərə və natürmort əsərləri özünün mükəmməl bədii şərhi və həlli baxımından diqqəti cəlb edir. Sənətşünas Sara Oğuz rəssam haqqında yazırdı: "Əsil-nəcabətli evdən çıxmış böyük istedad sahibi Əşrəf Murad ömrü boyu evsiz yaşadı. Evi də, iş yeri də beş-on addımlıq emalatxanası oldu. Onu da qonşusu Əşrəf ölən kimi boşaldıb qalan rəsmlərindən, etüdlərindən tonqal qaladı. Acı reallıqdır". 

Əşrəf Muradın həyatı və yaradıcılığı haqqında müstəqillik illərində kataloq və albomlar nəşr olunmuş, əsərlərindən ibarət sərgilər təşkil olunmuşdur. Bu sırada Sara Oğuz Nəzirovanın Bakıda "Əşrəf Murad. Dəli istək", Qriqori Anisimovun Moskvada "Əşrəf Murad. Magik realizm" adlı albom kitablarını qeyd etmək olar. 

2019-cu ildə YARAT Müasir İncəsənət Məkanında rəssamın əsərlərindən ibarət "Əşrəf Murad: "Sevgi və etiraz" adlı rerospektiv sərgi təşkil olunmuşdur. Nakam tale yaşamış Əşrəf Murad yaradıcılığı Azərbaycan təsviri sənət tarixində əbədi yaşayacaq. 


Əsəd QULİYEV,

 Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!