17 Dekabr 2025 08:00
2327
SİYASƏT
A- A+
"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi


Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçiriləcək ən böyük amnistiya on minlərlə ailəyə sevinc yaşadacaq


Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik  İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Prezident İlham Əliyevin amnistiya elan edilməsi ilə bağlı təşəbbüs irəli sürməsi xalqımıza növbəti sevinc bəxş edəcək bir addım kimi dəyərləndirilməlidir. On minlərlə ailənin şadlığına səbəb olacaq bu təşəbbüs Prezident İlham Əliyevin yüksək humanizm dəyərlərinə söykənən siyasətinin daha bir təzahürüdür. 


Mərhəmət ənənələrinə sadiqlik

 

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu yeni müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi Prezident İlham Əliyevin siyasi-hərbi diplomatik qələbələri ilə tam təmin edilib.Vaxtilə Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş və müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmış Azərbaycan Respublikasının Konstitusiyası bütün ərazilərimizdə hüquqi qüvvəyə minib. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində əldə edilən tarixi qələbələr xalqımızın həyatında bütün sahələrdə mühüm hadisələrin yaşanmasına da birbaşa rəvac verib. Elə "Konstitusiya və Suverenlik İli" münasibətilə Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etməsinin özünün də rəmzi mənası var.  

Belə ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi kimi nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Prezident tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.


İnsan hüquqlarının etibarlı təminatı


Mərhəmət və humanizm kimi ali mənəvi keyfiyyətləri daim əldə rəhbər tutan Prezident İlham Əliyev ənənəvi olaraq bayramlar ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır, minlərlə ailəni sevindirir.

Xatırladaq ki, 2021-ci ildə Qələbəmizin bir ili münasibəti ilə, Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunan amnisitiya aktı da bu xoş ənənin növbəti göstəricisi idi. Zəfər Günü münasibətilə elan olunmuş amnistiya 17 min 267 şəxsə şamil edilmişdir. 

Ümumiyyətlə, dövlətimizin rəhbəri İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən dövlət siyasətindən irəli gəlir. Humanizmə köklənmiş siyasət nəticəsində verilən amnistiya aktları, əfv sərəncamları çoxsaylı məhkuma insan üçün ən böyük hədiyyə olan azadlıq verir.

İnsan amilinə dəyər baxımından atılan bütün bu müstəsna əhəmiyyətli addımlar eyni zamanda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmaları, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunmaları, həmçinin bir daha cinayət əməli törətməmələri istiqamətində görülən tədbirlərin effektivliyi baxımından da müstəsna əhəmiyyət daşıyır. Bütün bunlar həm də onu göstərir ki, həmişə insan hüquqlarına hörmət siyasəti nümayiş etdirən, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına mərhəmət hissi ilə yanaşan Azərbaycan dövləti hüquqi islahatları dövrün tələblərinə uyğun formada daim təkmilləşdirir.

Prezidentin təşəbbüsü ilə gerçəkləşdiriləcək növbəti amnistiya Azərbaycanın müstəqillik tarixinə ən böyük akt kimi düşəcək. "Konstitusiya və Suverenlik İli"ndə irəli sürülən və ali insani dəyərlərə əsaslanan bu təşəbbüs həm də vətən qarşısında borcunu layiqincə yerinə yetirən, onun ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında xidmətləri olan şəxslərin və onların yaxınlarının da bağışlanmasını özündə ehtiva etməsi ilə diqqət çəkir. 

Bütün bunlar Azərbaycan dövlətinin hər bir vətəndaşına verdiyi dəyərin bariz nümunələridir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan və Özbəkistan liderləri Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar  

17:27
22 Yanvar

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:13
22 Yanvar

Burkina Fasoda silahlılar 11 polisi öldürüblər  

17:09
22 Yanvar

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Olimpiya və dünya çempionları Şuşada

16:57
22 Yanvar

Gürcüstan polisi radikal qruplaşma üzvlərini ələ keçirib

16:54
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib

16:44
22 Yanvar

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub YENİLƏNİB

16:39
22 Yanvar

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  

16:33
22 Yanvar

Dünya mediası: "Qarabağ"ın Avropa arzusu davam edir  

16:27
22 Yanvar

Tramp Venesuelanın neft fondlarına nəzarəti ələ alıb  

16:23
22 Yanvar

Almaniya Kansleri: Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır  

16:19
22 Yanvar

Putin Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu bildirib

16:13
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Marko Rubio: Tramp sülh naminə hər kəslə dialoqa hazırdır  

15:41
22 Yanvar

Kəşmirdə hərbi avtomobil dərəyə aşıb: 10 əsgər həlak olub

15:39
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!