17 Yanvar 2026 08:00
5531
İQTİSADİYYAT
A- A+
Paytaxtın sənaye yükü azalır, bölgələrdə həyat daha da canlanır

Paytaxtın sənaye yükü azalır, bölgələrdə həyat daha da canlanır


Prezidentin fərmanı ilə yaradılacaq Qərb Sənaye Parkı bu prosesi sürətləndirəcək


Prezident İlham Əliyev ölkəmizdə daha bir sənaye parkının - Qərb Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb. Yeni sənaye parkı Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yerləşəcək. 

Parkın yaradılmasında əsas məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılmasıdır. Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi kimi müəyyənləşəcək.

Xatırladaq ki, sənaye parkı sənayenin inkişafı məqsədilə planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş məkanlara deyilir. Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Prezidentin 22 yanvar 2021-ci il tarixli fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və reallaşdırılması, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsidir.

Ölkəmizdə sənaye parklarının yaradılmasının xronikasına ötəri bir nəzər salmaq da yerinə düşər. Belə ki,  2011-ci il dekabrın 21-də dövlət başçısının müvafiq fərmanı ilə Sumqayıt Sənaye Parkı yaradılıb. Bu parkın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri açılıb. Ölkəmizin və ümumilikdə regionun ən böyük sənaye zonası olan Sumqayıt Sənaye Parkında indiyədək onlarla müəssisəyə rezident statusu verilib.  Elə həmin il yaradılmasına fərman verilmiş Balaxanı Sənaye Parkının fəaliyyətinin isə başlıca hədəfi təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin təmin edilməsidir. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı "Təmiz Şəhər" ASC-dir.

Prezident İlham Əliyevin Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılması haqqında sərəncamı 2015-ci il  iyunun 3-də verilib. "Bakı Gəmiqayırma Zavodu" MMC bu parkın  rezidentidir. 

Mingəçevir Sənaye Parkı da 2015-ci ildə yaradıldı. Bu barədə dövlət başçısı  fevralın 26-da sərəncam imzaladı. Növbəti il sentyabrın 14-də isə ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə 30 hektar ərazidə Pirallahı Sənaye Parkı yaradılması haqqında sərəncam verildi. Hazırda bu parklarda da rezident kimi qeydiyyatdan keçmiş və fəaliyyətə başlamış müəssisələr var.

Qarabağın dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev keçən ay Ağdam Sənaye Parkında "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak etdi.

Bu parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən sənaye parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.

Dövlət başçısı Ağdam Sənaye Parkında mebel istehsal edən yeni bir müəssisənin təməlini də qoyub.

Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə 200 hektar ərazidə yaradılıb. Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda hazırda 3 müəssisə fəaliyyət göstərir.

Hacıqabul Sənaye Parkının yaradılması haqqında fərman 2024-ci il  iyunun 12-də imzalanıb. Park 60 hektar ərazini əhatə edir. Burada 13 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda parkda 13 müəssisə fəaliyyət göstərir.

2024-cü il  dekabrın 5-də Prezident Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılması haqqında da fərman imzaladı.

Onu da deyək ki, sənaye parklarının rezidentləri üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Gömrük tarifi haqqında" Qanununa uyğun olaraq, onlar qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad edilirlər.

Təbii ki, bunlar yeni yaradılan Qərb Sənaye Parkının rezidentlərinə də aiddir. Bu parkın da fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirəcək.

Parkın fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş  Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılacaq.

Dövlət başçısının fərmanına əsasən, Nazirlər Kabineti üç ay müddətində parkın fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş "Azəralüminium" MMC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81,8 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə agentliyin daimi istifadəsinə verilməsini təmin etməlidir. Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək normativ hüquqi aktlara uyğun şəkildə Qərb Sənaye Parkının fəaliyyətinə cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsi təmin olunacaq.

İqtisadiyyat Nazirliyinin qarşısında isə parkda istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Prezidentə məlumat vermək vəzifəsi qoyulub.

Deməli, yaxın zamanlarda daha bir sənaye parkımızda  məhsul istehsal olunacaq.

Sənaye paklarımızın sayı artır. Həm də bunların respublikanın ayrı-ayrı rayonlarında açılması təqdirəlayiq haldır. Paytaxtın sənaye yükü azalır, bölgələrdə həyat daha da canlanır, orada yaşayan insanlar üçün yeni iş yerləri açılır. Yeni müəssisələr məhsul istehsal edərək iqtisadiyyatımıza töhfə verir, idxaldan asılılığı azaldır, ixrac potensialını artırırlar.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!