05 Mart 2026 08:25
2856
SİYASƏT
A- A+
Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır


Brüssel Bakını etibarlı, təhlükəsiz və dayanıqlı iqtisadi tərəfdaş hesab edir


Azərbaycanın həyata keçirdiyi uzaqgörən xarici siyasət kursu dünya enerji sisteminin yenidən formalaşmasında həlledici amilə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız qlobal miqyaslı strateji təşəbbüsləri uğurla reallaşdıraraq beynəlxalq arenada öz nüfuzunu daha da möhkəmləndirməkdədir.

Azərbaycan Xəzər dənizinin zəngin resurslarını birbaşa Avropa bazarlarına çatdırmaqla regionun enerji mənzərəsində yeni mərhələnin əsasını qoyub və enerji tranzit marşrutlarının müasir formatını müəyyənləşdirib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin məntiqi davamı olan TANAP və TAP kəmərlərinin istismara verilməsi ilə Azərbaycan strateji "Cənub qaz dəhlizi"ni tam şəkildə formalaşdıraraq Avropanın enerji arxitekturasında yeni bir era başladıb. Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir. 

Xüsusən dünyada yaşanan münaqişələr və böhranlar səbəbindən Avropa və Uzaq Şərq bazarlarında mavi yanacağın qiyməti bahalaşıb. Belə şəraitdə Avropa İttifaqı qazın tanker daşımalarının davamlı enerji təhlükəsizliyinin təminatçısı olmadığını yaxşı anlayır. Nəticədə boru kəmərləri ilə daşımaların vacibliyi ön plana çıxır. Ona görə də Avropa İttifaqı "Cənub qaz dəhlizi"nin genişləndirilməsi məsələsini özünün prioritet layihələri siyahısına daxil etməyi planlaşdırır.

Azərbaycandan qaz alan ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Ümumi ixrac coğrafiyası isə Türkiyə, Gürcüstan və Suriya da daxil olmaqla 16 ölkəni əhatə edir. Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib. Azərbaycanın enerji potensialı və gələcək planları martın 3-də Bakı Konqres Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları zamanı Prezident İlham Əliyev tərəfindən diqqətə çatdırıldı. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir: "Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün "Cənub qaz dəhlizi" artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır".

Dövlət başçısının vurğuladığı kimi, mövcud kəmərlərin ötürmə qabiliyyətinin artırılması və yeni interkonnektorların inşası Azərbaycanın həm ənənəvi, həm də yeni bazarlarda mövqeyini sarsılmaz edir. 2025-ci ilin yekunlarına görə, Azərbaycanın ümumi qaz ixracı təxminən 25 milyard kubmetr olub ki, bunun da yarısından çoxu, təxminən 12,8-13 milyard kubmetri Avropa bazarının payına düşüb. Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış Memoranduma əsasən, 2027-ci ilə qədər Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bütövlükdə "Cənub qaz dəhlizi"nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Son 5 ildə Azərbaycan Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edib və Aİ-yə təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır. 2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan "Abşeron", "Ümid", "Asiman", "Şəfəq" və "Babək" kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.

Avropa İttifaqı komissarı Dan Yorgensenin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən iclasda səsləndirdiyi fikirlər də Azərbaycanın müasir enerji geopolitikasındakı yerini və xilaskar rolunu rəsmi şəkildə təsdiqlədi. Dan Yorgensen vurğuladı ki, Xəzər resursları sayəsində Aİ-nin alternativ mənbələrdən asılılığı kəskin şəkildə azalıb. Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunmağa başladığını xatırladan komissarın sözlərinə görə, 2022-ci ildə bu dəhlizin strateji əhəmiyyəti tam aydın şəkildə üzə çıxdı. Rusiya-Ukrayna müharibəsinin başlaması və Moskvanın enerjini "silaha" çevirməsi Avropa İttifaqını öz enerji təchizatını şaxələndirməyə məcbur etdi: "Rusiyadan gələn enerjini əvəz etmək üçün biz ən etibarlı və inanılan tərəfdaşlarımıza üz tutduq və Azərbaycan onların arasında əsas götürüldü. Həmin vaxtdan etibarən biz "Cənub qaz dəhlizi" vasitəsilə təbii qazın təchizatını xeyli artırdıq. 2020-ci ilin sonundan Xəzərdə hasil edilən qazın 50 milyard kubmetrdən çox həcmi Trans-Adriatik boru kəməri ilə artıq Avropaya çatdırıldı. Xəzər qazının köməyi ilə Avropa İttifaqının Rusiya qazından asılılığı 2022-ci ildəki ümumi idxalda 45 faizdən 2025-ci ildə 12 faizə düşdü. Həmin rəqəmlər azalmaqda davam edir". 

Yorgensenin vurğuladığı ən mühüm məqam etibarlılıqdır. İstənilən kritik şəraitdə Azərbaycanın siyasi manipulyasiyalara yol vermədən müqavilə öhdəliklərinə sadiq qalması ölkəmizi ən etibarlı tərəfdaş statusuna yüksəldib. Azərbaycan qazı Avropa bazarı üçün, sadəcə, alternativ yox, həm də strateji əvəzedici olub. 50 milyard kubmetr qaz həcmi TAP kəmərinin nə qədər səmərəli işlədiyinin və Avropanın sənaye mərkəzlərini qidalandırdığının göstəricisidir. 

Yorgensen təhlükəsizliklə yanaşı, iqtisadi mənfəətdən də danışıb və deyib ki, Bakı ilə tərəfdaşlığın genişləndirilməsi Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək: "Trans-Adriatik Boru Kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24 milyard avro qazanıb. Bugünkü səfərin mövqeyi açıq bəyan etmək fürsətidir: Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq. Aİ yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq". 

Qaz ixracından əldə olunan yüksək gəlir ölkə iqtisadiyyatının valyuta ehtiyatlarını gücləndirir və qeyri-neft sektorunun, xüsusilə "yaşıl enerji"yə keçidin maliyyələşdirilməsi üçün resurs yaradır. Yorgensenin "Azərbaycan qazı Aİ-nin enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq" ifadəsi göstərir ki, bu tərəfdaşlıq uzunmüddətli strateji ittifaqdır. 

Növbəti mərhələdə Azərbaycan "yaşıl enerji"sini də Avropa bazarına çıxarmağı planlaşdırır. 2027-ci ildən etibarən Gürcüstan ərazisi və Qara dənizin dibi ilə Azərbaycanda bərpaolunan mənbələrdən əldə edilən enerji Avropa İttifaqına ixrac edilə bilər. Bununla qarşıdakı illərdə ölkəmizin ənənəvi resursları ilə paralel, innovativ enerji məhsulları da Avropa bazarına daxil olacaq. Regionun geosiyasi və ekoloji xəritəsini yenidən formalaşdıran bu təşəbbüs Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli sazişə əsaslanır. Dünyanın ən uzun sualtı elektrik xətti Xəzər dənizindəki nəhəng külək potensialını birbaşa Mərkəzi və Şərqi Avropanın elektrik şəbəkəsinə bağlayacaq. Azərbaycanın dənizdəki külək enerjisi potensialı 157 qiqavat həcmində qiymətləndirilir ki, bu da ölkənin daxili tələbatından dəfələrlə çoxdur. Ölkəmiz "Masdar" və "ACWA Power" kimi nəhəng şirkətlərlə günəş və külək stansiyalarının inşasına başlayıb. Məlum olduğu kimi, Avropa İttifaqının 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq hədəfi var. Azərbaycanın "yaşıl enerji"si Avropa sənayesi üçün birbaşa ekoloji təmiz resurs olacaq. Bu layihə ilə Azərbaycan özünü "enerji qovşağı" statusundan "yaşıl mərkəz" statusuna daşıyır. Əvvəllər təkcə yerin altındakı resurslarımızı ixrac edirdiksə, növbəti mərhələdə küləyin və günəşin gücünü texnologiya ilə birləşdirib Avropaya satacağıq. 

Nəticə olaraq Azərbaycan bu gün həm təşəbbüskar, həm əsas təchizatçı qismində Avropa və Asiya arasında mühüm enerji körpüsü rolunu icra edir. Prezident İlham Əliyevin uzaqgörən diplomatiyası sayəsində reallaşan "Cənub qaz dəhlizi" qısa müddətdə Avropanı enerji böhranından xilas edən əsas arteriyaya çevrilib. Nəzərdə tutulan hədəf və layihələrin həyata keçirilməsi Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemindəki rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq  

22:40
13 Aprel

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

22:39
13 Aprel

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

21:35
13 Aprel

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

21:25
13 Aprel

Beynəlxalq Dənizçilik Təşkilatı Hörmüz boğazının bağlanmasına etiraz edir  

20:23
13 Aprel

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir  

20:19
13 Aprel

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək  

19:09
13 Aprel

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

19:06
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!