09 Aprel 2026 08:00
4777
SİYASƏT
A- A+
Qafqaz evi

Qafqaz evi


Azərbaycanın liderliyi ilə region ölkələri yeni dövrə qədəm qoyur


Bu gün Cənubi Qafqaz böyük dəyişikliklər dövrünü yaşayır. Uzun illər davam edən münaqişələr və gərginliklər artıq tarixin arxivinə gedir. Bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa xidmət edən yeni dövr başlayır. Bu yeni dövrün memarı isə apardığı uzaqgörən və məqsədyönlü siyasətlə dünyada böyük nüfuz qazanan Azərbaycan dövlətidir. 

Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana etdiyi dövlət səfəri və orada səsləndirdiyi fikirlər də bir daha təsdiqlədi ki, sülh ünvanına çevrilən Cənubi Qafqaz artıq mühüm iqtisadi mərkəz kimi də mövqelərini möhkəmləndirir.  


Yaranmış bu fürsət əldən verilməməlidir


Azərbaycanın son illərdə atdığı strateji addımlar Cənubi Qafqazda onilliklər boyu kök salmış münaqişəni tamamilə aradan qaldırdı. Hərbi və siyasi qələbəsi ilə regionda yeni reallıqlar yaradan Bakı həm də Cənubi Qafqazın iqtisadi potensialını önə çıxararaq bölgəni dünya üçün cəlbedici mərkəz halına gətirdi. İlk növbədə də bununla region ölkələri yeni və daha perspektivli inkişaf imkanları əldə etdilər. 

Azərbaycanın yaratdığı yeni reallığın ən mühüm özəlliyi isə təkcə özünün yox, digər region ölkələrinin də inkişafını ehtiva etməsidir. Ölkəmiz bölgədə, sözün əsl mənasında, "Qordi düyünü"nə çevrilmiş mürəkkəb münaqişəni öz gücü ilə həll edərək, Cənubi Qafqazı dünyanın ən böyük enerji və nəqliyyat qovşaqlarından birinə çevirdi. ABŞ və Çin kimi nəhəng siyasi, iqtisadi güclər belə regionun bu imkanlarından faydalanmaq niyyətlərini açıq şəkildə bildirirlər. Bütün bunlara görə də indi bölgə dövlətləri öz seçimlərini etməlidirlər. Xüsusilə də bu, Ermənistana aiddir. O mənada ki, bu ölkə ya Azərbaycanın yaratdığı yeni reallığa uyğunlaşıb tərəqqi yolunu seçməlidir, ya da köhnə və faydasız iddialarla inkişafdan kənarda olan dalan ölkə kimi qalmalıdır. 

Prezident İlham Əliyev aprelin 6-da Gürcüstanda səfərdə olarkən Cənubi Qafqaz dövlətlərini yaranmış bu fürsəti əldən verməməyə çağırdı: "Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir". 

Dövlətimizin başçısı əlavə etdi ki, bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir: "Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim".

Prezident İlham Əliyevin Tbilisidə də vurğuladığı kimi, bu gün Cənubi Qafqaz artıq sülh və əməkdaşlıq məkanı kimi tanınmağa başlayıb. Bu mühitdə həm də Azərbaycanın lider dövlət statusu daha da möhkəmlənib. Çünki ölkəmiz təkcə öz milli maraqlarını deyil, bütövlükdə "Qafqaz evi"nin təhlükəsizliyini və rifahını düşünən əsas tərəfdir.

Azərbaycanın yaratdığı yeni reallıqlar regionun hər bir ölkəsinə inkişaf şansı verir. Bu prosesdə ən uğurlu tərəfdaşlıq modelini biz Azərbaycan və Gürcüstan arasında görürük. İki ölkə arasında qurulan münasibətlər, sadəcə, qonşuluq deyil, həm də sarsılmaz dostluq körpüsüdür.

Bu dostluğun təməlində isə böyük layihələr dayanır. Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi" və Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr regionun taleyini dəyişdi. İndi isə gündəmdə olan Orta dəhliz layihəsi hər iki ölkəni dünyanın ən vacib nəqliyyat damarına çevirir. Bu dəhliz vasitəsilə yüklər Şərqdən Qərbə daha sürətlə və təhlükəsiz daşınacaq. Bununla həm Azərbaycanın, həm də Gürcüstanın büdcəsinə milyardlarla vəsait daxil olacaq, eyni zamanda bu xalqlarımızın rifahına birbaşa təsir göstərəcək. 

Prezident İlham Əliyevin sözügedən səfəri zamanı vurğuladığı mühüm məqamlardan biri də Gürcüstanın müstəqil siyasəti oldu: "Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır və Sizin apardığınız siyasətdir. Biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək". 

Gürcüstanın müstəqil siyasəti Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır. Son parlament seçkilərinin nəticələri də bunu bir daha təsdiqlədi. Gürcü xalqının istəyinin təzahürü olaraq "Gürcü arzusu" Partiyasının hakim mövqeyini qoruyub saxlaması, həmçinin sözügedən partiya tərəfindən namizədliyi irəli sürülən Mixeil Kavelaşvilinin seçkilərdə qalib gələrək Gürcüstan Prezidenti seçilməsi ölkənin, xalqın taleyində mühüm dönüş oldu. 

Gürcüstanın öz ayaqları üzərində möhkəm dayanması, Azərbaycan üçün də güclü və etibarlı tərəfdaş anlamına gəlir. 


Sülh yolu ilə inkişaf


Azərbaycan heç vaxt təcrid siyasəti tərəfdarı olmayıb. Bakı hər zaman Cənubi Qafqazın üç dövlətinin birgə əməkdaşlığının tərəfdarı olduğunu bəyan edir. Hazırda Azərbaycanla Ermənistan arasında ticarətin Gürcüstan vasitəsilə həyata keçirilməsi də buna misaldır. Ancaq sülh yalnız kağız üzərində olmamalıdır. Bunun üçün real addımlar atılmalıdır. Əgər Ermənistan siyasi iradə nümayiş etdirib regional layihələrə qoşulsa, bu, ən çox onun öz iqtisadiyyatının xilası olacaq. Regionda yaranan bu yeni əməkdaşlıq mühiti heç kimi kənarda qoymur, sadəcə, qarşı tərəfdən siyasi iradə, sülh prosesinə sadiqlik tələb edir.

"Qafqaz evi" regionumuzun, həqiqətən də, evimiz olması kimi danılmaz fakta söykənir. Kənar qüvvələrin burada öz maraqlarını yürütməsinə imkan vermədən, üç dövlət birləşib bu evi abadlaşdırmalıdır. Bu gün dünyanın müxtəlif yerlərində müharibələr, qanlı toqquşmalar baş verdiyi bir vaxtda Cənubi Qafqazın sülh və əməkdaşlıq ünvanına çevrilməsi böyük uğurdur.

Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir və digər ölkələri də buna dəvət edir. Yəni hər bir dövlət regiondakı yeni reallığa töhfə verməlidir.  

Bir sözlə, Prezident İlham Əliyevin Tbilisidən bəyan etdiyi kimi, Cənubi Qafqaz dövlətləri yeni yaranmış fürsəti əldən verməməlidir. Çünki birlikdən güc doğur və bu da sabitliyin, inkişaf və tərəqqinin əsasını təşkil edir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

Hörmüz boğazı hamı üçün bağlı deyil

20:28
29 Aprel

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir

20:15
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

2026-cı ilin ilk rübündə qlobal qızıl tələbatı rekord qırıb

20:03
29 Aprel

Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlayıb  

20:01
29 Aprel

BƏƏ-nin OPEK-dən çıxması qlobal qiymətlərə təsir göstərəcək

19:57
29 Aprel

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

19:47
29 Aprel

Antarktidanın 1300 metr dərinliyində yeni kəşf  

19:44
29 Aprel

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 467 milyon manat azalıb

19:42
29 Aprel

Birləşmiş Ərəb Əmirliklərinin OPEC-i tərk etməsi təşkilatın işinə necə təsir göstərəcək?  

19:33
29 Aprel

Piylənmə səbəbindən dünyada yağlı qaraciyər xəstəliyi sürətlə yayılmaqdadır

19:32
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!