10 Mart 2026 12:43
657
İQTİSADİYYAT
A- A+
Dünya bazarında neftin 1 barelinin qiyməti 100 dolları ötdü

Dünya bazarında neftin 1 barelinin qiyməti 100 dolları ötdü


Yaxın Şərqdəki müharibə səbəbi ilə 2023-cü ildən sonra ilk dəfə dünya bazarında neftin 1 barelinin qiyməti 100 dolları ötdü.

AZƏRTAC xəbər verir ki, Hörmüz boğazının bağlanması bazarda təklifin kəskin azalmasına tələbin isə artmasına səbəb olub ki, bunun da nəticəsində martın 9-da “Brent” markalı neftin 1 barelinin qiyməti 117 dollara yüksəldi. Lakin boğazın bağlanması ilə yanaşı Yaxın Şərq ölkələri hasilatı məhdudlaşdırıblar. İran ABŞ-nin hərbi bazası yerləşən Qətər, Əl-Küveyt, Səudiyyə Ərəbistanı və İraqın Kürdüstan muxtariyyətinə raket zərbələri endirir. Zərbələrlə neft yataqları hədəf alınır və buna görə də adıçəkilən ölkələr hasilatı dayandırıb.

Martın 9-da Nyu-York Əmtəə Birjasında “Brent” 117, WTI 116, “Azəri Light” markalı neftin 1 barelinin qiyməti isə 127 dollara kimi, ümumilikdə dünya bazarında neftin qiyməti 28 faiz artıb. Bu artım büdcə gəlirlərinin artmasına səbəb olsa da, problemlər yaradacağı da gözlənilir. Məsələ burasındadır ki, neftdən gələn pul vəsaiti neft hasil edən ölkələrdə inflyasiyanı da yüksəldəcək.

Neftin qiymətinin 150 dollara çatması enerji resurslarını idxal edən ölkələr üçün böyük iqtisadi problemlər yaradacaq. İlk növbədə Avropa İttifaqı ölkələri ilə yanaşı Türkiyə, Hindistan, Yaponiya, Cənubi Koreya daha çox iqtisadi problem yaşayan ölkələr olacaq. Həmin dövlətlərin iqtisadiyyatı neft idxalından asılı olduğu üçün büdcə vəsaitlərinin çox hissəsi enerjidaşıyıcıların alınmasına yönəldiləcək. Bu isə sosial proqramların məhdudlaşdırılmasına gətirib çıxaracaq. Artıq ABŞ-nin özündə və Avropa dövlətlərində istehlak mallarının qiymətində artım müşahidə olunur ki, bu da insanların narazılığına səbəb olub. Lakin bu gün məlum oldu ki, Səudiyyə Ərəbistanı nefti Körfəzdən deyil, “Abgig-Yanbu” kəməri ilə Qırmızı dəniz vasitəsilə ixrac etməyə başlayıb. Bu kəmər Ərəbistan səhrası boyunca uzanaraq Qırmızı dəniz sahilindəki Yanbu limanında tankerlərə doldurulur və Süveyş kanalından keçməklə dünya bazarına çıxarılır. Hər gün dünya bazarına 1,5 milyon barel neft ixrac edən Səudiyyə Ərəbistanı bu həcmi artıraraq 5 milyon barelə çatdırmağı düşünür. Bu xəbərdən sonra dünya bazarında neftin qiyməti 88-90 dollara kimi düşüb.

Bütün bunlar ABŞ və Avropa dövlətlərini İrana qarşı aparılan müharibəni dayandırmaq haqqında düşünməyə vadar edib. Hərbi əməliyyatların genişlənməsi problemi daha da dərinləşdirib və müharibənin hələ davam edəcəyi proqnozlaşdırılır. Görünən odur ki, müharibə aparan tərəflərin heç biri öz hədəfinə çatmayıb ki, bu da müharibənin bitməsi ilə bağlı proqnoza imkan vermir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

Sahibə Qafarova: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib  

20:14
15 Aprel

Dünyada su qıtlığı artır

20:14
15 Aprel

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib  

20:13
15 Aprel

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub  

20:12
15 Aprel

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə  

20:11
15 Aprel

Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir  

20:09
15 Aprel

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

20:03
15 Aprel

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

19:54
15 Aprel

Ət yemək insanlarda demensiya riskini azalda bilər

19:43
15 Aprel

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

Vəhşi heyvanlar şəhər həyatına sürətlə uyğunlaşır

19:22
15 Aprel

Avropada silahlanma artır

19:13
15 Aprel

Böyük Britaniyada maliyyə sıxıntısı artır

19:08
15 Aprel

Azərbaycanda sənaye istehsalı artmaqda davam edir

18:59
15 Aprel

Süni intellekt suyu necə "içir"?

18:51
15 Aprel

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

18:42
15 Aprel

Çexiyada yanacaq qiymətlərinə dövlət nəzarəti

18:33
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!