Qarabağ münaqişəsinin təməli hələ 1724-cü ildə Rusiya çarı I Pyotr tərəfindən qoyulub.
Çar fərmanı ilə ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürvan ərazilərində məskunlaşdırılmasına başlanılıb.
1828-ci ildə imzalanmış "Türkmənçay" sülh müqaviləsinə əsasən, 40 min erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb.
I Dünya müharibəsi illərində Türkiyəyə xəyanət edən ermənilərin 250 mindən çoxu regionumuza köçürülüb.
Çar Rusiyasının bütün irsindən imtina edən sovet hakimiyyəti nədənsə onun Ermənistanla bağlı siyasətini həvəslə davam etdirdi.
7 iyul 1923-cü ildə DQMV yaradıldı.
Daha sonra SSRİ hökumətinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları ilə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından zorakılıqla köçürülərək həmin ərazilər ermənilərə bağışlandı.
Bu köçürülmələrdə iki əsas məqsəd güdülürdü:
Birincisi, ərazisiz ermənilərə forpost ərazi yaradaraq orada Türkiyəyə qarşı hərbi bazalar yerləşdirmək;
İkincisi, türk dövlətlərini bir-birindən ayrı salaraq onların quru yolla əlaqələrini kəsmək.
SSRİ öz varlığı dövründə bu "vəzifə"ni sonadək yerinə yetirdi.
Qırmızı imperiya laxlayaraq parçalanmağa başlayanda isə köhnə niyyəti davam etdirmək üçün Qarabağ münaqişəsi yenidən qızışdırılaraq separatizmə rəvac verildi.
Ermənistanı pulsuz silah-sursatla təmin edən və hərbi əməliyyatlar zamanı ona dəstək verən Rusiya torpaqlarımızın 20 faizinin işğalına və ərazimizdə "DQR" adlı qondarma qurumun yaradılmasına nail oldu.
Adətən hər bir mənfur istəyi və işğal niyyətini həyata keçirməkdən ötrü irəlicədən müəyyən yalanlar və əfsanələr uydurulur.
Haylar isə belə yalanların ustası sayılırlar.
Qaraçılar kimi dünyanın hər tərəfinə səpələnən və heç zaman öz dövlətləri olmayan ermənilər Cənubi Qafqazda hələ qədimlərdən yaşadıqları və bu torpaqların onlara məxsusluğu barədə miflər yaratmağa, tarixi və dini "abidələr"lə bunu isbata yetirməyə girişdilər.
1988-ci ildən etibarən dünya erməniliyi və xristian dövlətləri tərəfindən müxtəlif üsul və vasitələrlə müdafiə olunan haylar "Miatsum" hərəkatına başlayaraq Dağlıq Qarabağı Ermənistana birləşdirməkdən ötrü ciddi addımlar atmağa başladılar.
***
Hər bir xalqın seçilmiş insanları - ziyalıları, siyasətçiləri, ideoloqları, dövlət adamları olur və onlar ölkəni inkişaf etdirmək, doğru yolla aparmaq, xalqı daha yaxşı yaşatmaq üçün kütlənin önünə düşürlər.
Xoşbəxt o xalqdır ki, görkəmli şəxsiyyətləri, uzaqgörən rəhbərləri və liderləri olur!
Vay o günə ki, millətin qabağına düşənlər yanlış ideya və ideologiyaya xidmət göstərələr, insanları milli qarşıdurmaya, düşmənçiliyə kökləyələr.
Özünün uydurduğu müxtəlif əfsanələrin əsirinə çevrilən, daim "əlaltı millət" statusu daşıyan ermənilərin liderləri hər zaman xalqı yox, şəxsi rifah və karyeralarını düşünüblər, öz millətlərini yanlış, səhv yollara istiqamətləndiriblər.
Ağılsızlıqları üzündən başlarına gələn fəlakətləri isə "soyqırımı" adı ilə təqdim edərək, dünyanın diqqətini özlərinə çəkməyə, bundan da bəhrələnməyə çalışıblar.
Halbuki özləri dəfələrlə soyqırımları törətmişlər, başqa xalqlara düşməncəsinə yanaşaraq müstəqil dövlətə çevrilmək imkanı yarananda müstəqilliyi yox, monoetnik respublika yaratmağı üstün tutmuşlar.
Daim murdar əməllərinə haqq qazandırmağa çalışmış, ikili standartlar dünyasının yaratdığı imkanlardan bəhrələnməklə qonşu dövlətlərlə ədavət və düşmənçilik yolu tutmuş, ərazi iddiaları irəli sürmüşlər.
Bir ağıllı ziyalısı meydana çıxaraq onları səhv yoldan döndərmək istədikdə isə onu da milli düşmənə, hücum və qınaq obyektinə çevirmişlər.
***
Qırmızı imperiyanın parçalanması prosesi başlayanda Azərbaycan itirilmiş müstəqilliyini bərpa etmək, müstəqil dövlət kimi yaşamaq niyyətini açıq şəkildə ortaya qoydu.
Zəngin neft-qaz ehtiyatları, yeraltı və yerüstü sərvətləri olan Azərbaycanın bu niyyəti bəzilərini, xüsusən Rusiyanı qane etmədi.
Ölkəni itaət boyunduruğunda saxlamaq, əvvəllərdə olduğu kimi, onun təbii sərvətlərinə ağalıq etməkdən ötrü mənfur planlar quraraq onun icrasına başladılar.
İlk növbədə sınaqdan "uğurla" keçirdikləri "Qarabağ problemi" adlı münaqişəni yenidən qızışdırdılar.
SSRİ rəhbərliyinin "xeyir-duası" ilə başlayan separatçı hərəkatın məqsədi Ermənistanı Azərbaycandan torpaq qoparmaq adı ilə şirnikləndirmək, bölgədə münaqişə və müharibə ocağı yaradaraq onu daim "qaynar" vəziyyətdə saxlamaq və bu yolla Cənubi Qafqazda mövcudluğunu qorumaqla hər iki dövlətə təsir imkanına malik olmaq idi.
Əlaltı millət olan haylar belə oyunlara hər zaman hazır olublar.
Odur ki, 1988-ci ilin əvvəllərindən etibarən ermənilər açıq fəaliyyətə keçdilər.
Əvvəlcə, keçmiş DQMV-nin iqtisadi cəhətdən digər regionlardan geri qaldığını bəyan edərək narazılıqlara başladılar.
Moskva SSRİ-nin digər yerlərində baş verən analoji vəziyyətdə etdiyini DQMV-də etmədi.
Onları yumruqla susdurmadı...
Əksinə, başlarını sığalladı.
Muxtar vilayətdə "sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaqdan ötrü" Sov. İKP MK və SSRİ Nazirlər Soveti xüsusi qərar qəbul etdi.
Bu qərar erməniləri daha da qudurtdu.
Onlar küçələrə axışaraq mitinq və tətillər keçirməyə, "miatsum" bağırmağa başladılar.
Yenə separatçılara qarşı fərqli, yumşaq münasibət sərgiləndi.
Əl altınca ermənilərin silahlandırılmasına, "fədainlər" dəstəsinin (başqa sözlə, terrorçu qruplarının) yaradılmasına başlanıldı.
Paralel olaraq Azərbaycan tərəfi silahsızlaşdırılır, əhalidəki ov tüfəngləri belə yığılırdı.
Hərtərəfli müdafiə olunduqlarından ruhlanan və cəzasızlıq şəraitindən istifadə edən ermənilər Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalinin əmlakını yağmalayır, özlərini isə qorxudaraq ərazidən çıxarmağa çalışırdılar.
Get-gedə terror-təxribat əməlləri hərbi əməliyyatlar fazasına keçirdi.
Erməni liderləri isə münaqişəni daha da qızışdırır, Azərbaycan ərazilərini qəsb edərək "Böyük Ermənistan" yaratmaq niyyətilə öz xalqlarını yanlış və səhv hərəkətlərə yönəldirdilər.
***
"Miatsum" hərəkatının ən böyük liderlərindən biri yazıçı-jurnalist Zori Balayan sayılırdı.
"Literaturnaya qazeta"nın müxbiri olduğundan Moskvanın yüksək dairələri ilə sıx əlaqələri vardı.
Amma öz istedadını xalqının inkişafına yox, səhv yola yönəldilməsinə, fəlakətlər girdabına salınmasına sərf edirdi.
Türk millətinə qarşı nifrətə səsləyən, onların cəzalandırılmasına, fiziki cəhətdən məhv edilməsinə çağıran "Ocaq" adlı bir kitab da yazdı.
Azərbaycan xalqı ilə düşmənçiliyə çağıran bu kitab dəfələrlə çap edildi, geniş təbliğ olundu, Zori Balayan ermənilərin milli qəhrəmanı səviyyəsinə yüksəldildi.
***
Zori Balayan uzun ömür yaşadı - 92 il.
Amma şərəfsiz ömür yaşadı.
* Bədii yaradıcılığı "Ocaq" kitabı timsalında Azərbaycan və türk xalqlarına qarşı nifrətin və düşmənçiliyin təbliğinə xidmət etdi.
* İnsan kimi qəddarlığı və qaniçənliyi ilə yadda qaldı - Xocalı soyqırımının təhrikçilərindən və təşkilatçılarından biri oldu.
* Terrorçuluqla məşğul olduğu aşkara çıxdı - 1994-cü ildə Bakıdakı 20 Yanvar metrostansiyasında törədilən terror aktının sifarişçisi olduğu sübuta yetirildi.
* Bir cinayətkar kimi İnterpol tərəfindən axtarışa verildi.
* "Miatsum" hərəkatının ideoloqlarından biri sayılırdı.
Bu bədnam "miatsum" çağırışı nəticəsində başlanan separatizm hərəkatı nə Ermənistana fayda gətirdi, nə də Dağlıq Qarabağda yaşayan ermənilərə.
"Mifik Ermənistan" uğrunda aparılan mənasız mübarizə real Ermənistanı forpost dövlətə çevirdi, əhalisi dilənçi vəziyyətinə düşərək kütləvi şəkildə ölkəni tərk etdi.
Öz xalqının düşməninə çevrilən Z.Balayanın Yerablurun genişlənməsində, separatizmə qurşanan ermənilərin I və II Qarabağ müharibələrində böyük itkilər verməsində "xidmət"ləri çoxdur.
Erməni gənclərinin beynini millətçilik və separatizm zəhəri ilə yoluxduran bu zat uzun ömür yaşadığından əməlinin bəhrəsindən də doyunca daddı!
"Miatsum" hərəkatının məhvini, separatizm ideyasının və qondarma respublikanın süqutunu gözləri ilə görmək "xoşbəxtliy"ini yaşadı:
44 günlük müharibədə Ermənistan ordusunun biabırçı məğlubiyyətinin və kapitulyasiya aktına qol çəkdirilməsinin şahidlərindən biri oldu!
HABELƏ:
* 2023-cü ilin 23 aprel və 19-20 sentyabrında Azərbaycan ordusunun möhtəşəm əməliyyatlarının, ərazi bütövlüyümüzün və dövlət suverenliyinin bərpasının;
* Qondarma "DQR"in darmadağın edilməsinin;
* Ermənistana məxsus qanunsuz silahlı birləşmələrin və terrorçu dəstələrin məhv edilməsinin;
* Separatçıların Qarabağı kütləvi şəkildə tərk etməsinin;
* "Böyük Ermənistan" ideyasının Azərbaycan tərəfindən məhv edilməsinin ağrı-acısını yaşadı, səpdiyi toxumların zəhər dadan məhsulunu doyunca dərdi!
Sərsəm əməlləri ilə tarixdə erməni xalqına ən böyük fəlakətlər gətirən və itkilər verməsinə səbəb olan "ideoloqlar" sırasında yer aldı!
Beləliklə, Ermənistana ən böyük biabırçılıq və itkilər yaşadan ermənilər sırasında "fəxri" yerə sahib çıxdı!
Uzun ömür sürməsi murdar əməllərinin meyvəsini dərməsinə, sərsəm hərəkətlərinin nəticəsini göz dolusu görməsinə şərait yaratdı!
***
SSRİ-dən qopduqdan sonra Ermənistana üç prezident başçılıq edib.
Adları və zahiri görkəmləri müxtəlif olsa da, mahiyyətləri bir-birindən fərqlənməyib.
Biri Ermənistanda, digər ikisi isə Azərbaycanın Qarabağ bölgəsində yaşayıb.
Bir-birlərini bəyənməsələr də, bir-birləri ilə yola getməsələr də, fəaliyyətləri eyni mahiyyət daşıyıb:
"Miatsum"u və separatizmi qızışdırdıqlarına, qonşulara qarşı ərazi iddiaları irəli sürərək düşmən mövqe tutduqlarına görə Ermənistanı blokadada saxlamış, müharibəyə və terrorçuluğa dəstək nəticəsində isə minlərlə hayın ölümünə səbəb olmuşlar.
Levon Ter-Petrosyan daim özünü sülhpərvər, ziyalı rəhbər kimi göstərməyə can atıb.
Amma Azərbaycan torpaqlarının bir qismi məhz onun dövründə işğala məruz qalıb.
Sülh danışıqlarında heç zaman razılaşmaya gəlməyib.
İşğalın bünövrəsini qoymaqla, xalqının məğlubiyyətinin və itkilərinin də təməlini yaradıb.
1993-cü ilin 23 iyulunda "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşəndə "fəaliyyəti"nin məqsəd və mahiyyətini özü belə açıqlayıb:
"Təsəvvür edin, indi onlar Ermənistandadır. (Qərbi Azərbaycandakı azərbaycanlılar nəzərdə tutulur - red.) Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir".
Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi şücaəti sayəsində ermənilərin əlində heç nə qalmadı!
Necə deyərlər, it də getdi, ip də!
Bu gün Qarabağəsilli digər iki sabiq prezidentin vəziyyəti daha pisdir.
Hər ikisi komsomol və partiya xətti ilə inkişaf etmişdi.
Azərbaycan çörəyi ilə böyüyüb vəzifə sahibinə çevrilsələr də, sonradan yedikləri çörəyə xain çıxdılar.
Amma öz xalqlarına da heç bir fayda gətirmədilər.
Həm Qarabağda olanda, həm də Ermənistana başçılıq edəndə müharibə üçün müxtəlif ünvanlardan ayrılan pulları mənimsəyərək böyük sərvət topladılar.
Heç zaman da Azərbaycan xalqına nifrətlərini gizlətmədilər.
Faşistsayağı açıqlamaları ilə "tarix"ə düşdülər.
Robert Koçaryan: "Azərbaycanlılar və ermənilər genetik və etnik cəhətdən bir-birinə uyğun gəlmirlər. Ona görə də eyni ərazidə yaşaya bilməzlər".
Serj Sarkisyan: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla, sadəcə, zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağı bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı".
"Sirkə nə qədər tünd olsa, öz qabını çatladar", - demişlər.
***
Bu üç prezident özlərini yekəxana aparır, Qarabağda lovğa-lovğa gəzir, erməni tarixində adlarının "yeni torpaqlar fəth etmiş qəhrəmanlar" kimi qalacağını zənn edirdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u bütün bu gümanlara və lovğalıqlara son qoydu!
İndi hamısının rəngi qapqara qaralaraq boğulmuş, özləri cücə kimi büzüşmüşlər.
Bu gün Qarabağda Qarabağın əsl sahibi və xilaskarı cənab İlham Əliyev qürurla, əli belində gəzir!
Özgə ağzı ilə hürən, ən böyük qələbədən sonra ən böyük rüsvayçılıqlarını yaşayan Ter-Petrosyan, Sarkisyan və Koçaryan isə hər gün təzədən ölüb-dirilirlər.
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə, sözün əsl mənasında, xarüqələr yaradır:
* Xarabalıqlar gülüstana çevrilərək, bir-birindən yaraşıqlı, müasir tipli yaşayış məntəqələri inşa olunur;
* Yeni yollar çəkilir, dəmir yolları salınır;
* Tunellər qazılır, körpülər qurulur;
* Bir-birinin ardınca beynəlxalq səviyyəli hava limanları istifadəyə verilir;
* Su anbarları bərpa edilir, yeni su-elektrik stansiyaları tikilir;
* Bölgədə "yaşıl enerji" istehsal olunur, onun Avropaya ixracı üçün Qara dənizin dibi ilə kabel xətti çəkilir;
* Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq turizm mərkəzinə çevrilməsi üçün zəruri infrastruktur yaradılır;
* Bütün bunları qalib Azərbaycan xalqı edir!
* Bütün bunları Azərbaycan edir!
* Azad etdiyi əraziləri cənnətə çevirir!
Keçmiş sakinlər şad-xürrəm geriyə qayıdaraq xoşbəxt günlərini yenidən yaşayırlar!
Artıq bu məkanda nə bir nəfər separatçı qalıb, nə də terrorçu.
Heç erməni də qalmayıb, hamısı qaçıb getdi.
Olub-qalanı 10-15 nəfərdir ki, onlar da məlum ünvanda çay içirlər.
Azərbaycan çayı!
Azərbaycan xalqı qəhrəmanlıqla döyüşərək yenidən öz torpağına sahib çıxdı!
Ona-buna arxalanan haylar isə acı məğlubiyyətlərini yaşamağa məhkum edildilər!
Daha nə onların göz yaşlarına baxan, nə "soyqırımı" nağıllarına inanan var!
"Məğlubedilməz xalq", "məğlubedilməz ordu" mifləri indi təbəssümlə qarşılanır...
* Dalandan çıxmaq üçün bizə möhtacdırlar!
* Real Ermənistanı yaşatmaq üçün bizimlə sülh şəraitində yaşamağa məcburdurlar!
* Oğulsuz qalan erməni analarına nə verəcəklərini özləri fikirləşib tapmalıdırlar!
Qarabağ uğrunda mübarizədə qazanan üç erməni prezidenti, erməni generalları və erməni diaspor rəhbərləri oldu.
Yığılan pullar, ianələr, dünya erməniliyinin göndərdiyi vəsaitlər hesabına Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan milyarderlərə çevrildilər.
Erməni xalqına isə Yerablurdakı mərmər məzarlar qaldı.
Həmin məzarların mərmərlərini isə Azərbaycandakı qəbiristanlıqlardan oğurlayıb aparmışlar...
Öz rəhbərlərini milyarderlərə çevirən ermənilərin özləri sonda dilənçi vəziyyətinə düşdülər, övladlarını "miatsum"a qurban verərək Ermənistanı da tərk etdilər.
Xocalılılar isə soyqırımına uğrasalar da, doğma torpaqdan əl çəkmədilər, toparlanaraq düşmənlərini öz vətənlərindən iti qovan kimi qovdular!
Bu gün Azərbaycan övladları öz yurd-yuvalarına qayıdaraq orada qurub-yaradır, qalib xalq kimi açıq alınla, fərəhlə ömür sürürlər!
Şərəfqarışıq hər şeylərini itirən ter-petrosyanlar, koçaryanlar və sarkisyanlar isə uzaqdan yana-yana baxırlar!
Biz əmlakımızı itirsək də, illərboyu Vətən həsrəti ilə yaşasaq da, sonda düşmənimizi məhv edərək hər şeyi geriyə qaytardıq!
Ermənilər isə şərəfqarışıq hər şeylərini itirərək bu gün gözdağı əzabını çəkirlər!
Bəli, "Qarabağ Azərbaycandır və nida işarəsi".
Bəxtiyar SADIQOV