07 Mart 2026 08:30
2780
CƏMİYYƏT
A- A+
Zəriflərin Zəfəri

Zəriflərin Zəfəri


Azərbaycan qadını mərhəmətin, peşəkarlığın və qəhrəmanlığın təcəssümüdür 


Tarixboyu qadın və ana adı qoşa çəkilib. Hər zaman şairlər onları vəsf edib, nəğmələrdə tərənnüm olunublar. Ən uca zirvələrin belə çata bilməyəcəyi bir məqama - müqəddəsliyə yüksəldiliblər. Təsadüfi deyil ki, cənnətin belə anaların ayaqları altında olması bəyan edilib, ləpirinin düşdüyü hər qarış yer müqəddəs sayılıb...

Obrazlı ifadə etsək, qadın-ana Yaradanın yerdəki davamçısı, insanlara can bəxş edən, həyatı əbədiləşdirən əvəzedilməz varlıqdır...


Mərhəmət dolu qəlb


Azərbaycan xalqının çoxəsrlik tarixində qadın obrazı həm də milli mənəviyyatın, siyasi iradənin və ictimai tərəqqinin hərəkətverici qüvvəsi kimi çıxış edib. Bizim cəmiyyətimizdə qadına münasibət, sadəcə, bir nəzakət qaydası deyil, min illərin süzgəcindən keçmiş dəyərlər sistemidir. Şərqdə ilk demokratik respublikanı quran və qadına seçki hüququnu bir çox Qərb dövlətindən daha öncə verən bir millətin təmsilçisi olaraq, Azərbaycan qadını bu gün də müasir dünyanın ən parlaq, intellektual və vətənpərvər simalarından hesab olunur.

Müasir Azərbaycan qadınının simvolu dedikdə, göz önünə ilk növbədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın obrazı gəlir. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, qadın zərifliyi ilə dövlət idarəçiliyinin qətiyyəti bir nöqtədə birləşəndə böyük möcüzələr yaratmaq mümkündür.

Mehriban xanım Əliyeva həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycan mədəniyyətinin, humanizminin və xeyriyyəçilik ənənələrinin ən böyük himayədarıdır. Onun təşəbbüsləri sayəsində reallaşan təhsil, səhiyyə və sosial layihələr minlərlə insanın taleyini dəyişib. Lakin birinci xanımın ən böyük xidməti Azərbaycan qadınının cəmiyyətdəki yerini və rolunu yeni bir mərhələyə qaldırmasıdır. Mehriban xanım həm bir dövlət xadimi, həm bir ana, həm də xalqın dərdinə yanan bir vətəndaş kimi hər bir azərbaycanlı qadın üçün əsl nümunədir. Humanizm prinsiplərinə söykənən çoxşaxəli fəaliyyəti ilə dünya miqyasında adı ehtiram və hörmətlə çəkilən Mehriban xanım Əliyeva Azərbaycan qadınının mərhəmət dolu qəlbinin dövlət siyasətindəki inikasıdır. 


Evdə şəfqətli ana, işdə peşəkar mütəxəssis 


Bu gün Azərbaycanda qadınlar elmin zirvələrindən tutmuş ağır sənayeyə, diplomatiyadan idmana qədər hər bir sahədə öz sözlərini qətiyyətlə deyirlər. Azərbaycan qadını artıq, sadəcə, bir icraçı deyil, həm də böyük layihələrin müəllifidir. Ölkəmizdə qadın deputatların, diplomatların, iş adamlarının və ictimai fəalların sayının durmadan artması dövlətimizin yürütdüyü gender siyasətinin və qadın zəkasına verilən yüksək qiymətin göstəricisidir.

Müasir Azərbaycan qadını öz zəhməti və biliyi ilə cəmiyyətimizin inkişafına misilsiz töhfələr bəxş edir. O, evdə şəfqətli ana, işdə isə prinsipial mütəxəssisdir.

Azərbaycan qadınının ən uca zirvəsi isə onun vətənpərvərliyidir. Tarixboyu Tomrislərdən başlayan bu yol davam etdi və İkinci Dünya müharibəsində olduğu kimi, Birinci və İkinci Qarabağ müharibələrində də özünün ən parlaq zirvələrinə ucaldı. Bizim qadınlarımız təkcə arxa cəbhədə deyil, bilavasitə döyüş meydanlarında da igidlikləri ilə tarix yazdılar. 

Milli qəhrəmanlarımız Salatın Əsgərova, Gültəkin Əsgərova kimi şəhidlərimiz sübut etdilər ki, qəhrəmanlıq cinsiyyət tanımır. Onlar qələmi silaha dəyişən, xəstəxana palatalarını döyüş meydanına çevirən fədakarlıq timsallarıdır. Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı da cəbhədə tibb bacısı kimi yaralı əsgərlərimizə can verən qadınlarımızın hər birinin xidməti əvəzolunmazdır. Vətən uğrunda şəhid olan Arəstə Baxışova qürur mənbəyimizdir.   

Azərbaycan qadınının fədakarlıq hüdudları sonsuzdur. Bunun ən son və uca örnəklərindən biri Milli Qəhrəman Hökumə Əliyevadır. 2024-cü il dekabrın 25-də Rusiya səmasında sərnişin təyyarəmizin vurulması nəticəsində şəhidlik zirvəsinə ucalan Hökumə Əliyeva öz peşəsinə və insanlığa olan sadiqliyini canı bahasına sübut etdi. Onun bu faciəli hadisə zamanı nümayiş etdirdiyi mətanət Azərbaycan qadınının ən çətin sınaqlar qarşısındakı soyuqqanlılığını və cəsarətini bütün dünyaya nümayiş etdirdi. 

Məhz həmin məşum dəqiqələrdə təyyarənin salonunda Hökumə Əliyevanın dilindən səslənən və bu gün də hər birimizin qulağında təkrarlanan  "Hər şey yaxşı olacaq!" ifadəsi yaşamla ölüm arasında körpüyə çevrildi. Bu cümlə sərnişinlər üçün, sadəcə, təsəlli deyildi, bu, ümidin özü idi. Azacıq titrək, lakin son dərəcə inamlı səslə deyilən bu sözlər insanları həyata elə möhkəm bağladı ki…

 Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən Hökumə Əliyeva Salatın Əsgərova və Gültəkin Əsgərova kimi qəhrəmanlarımızın açdığı yolu yeni dövrün rəşadəti ilə davam etdirdi. 


Xalqımızın əbədi baharı, sönməyən işığı


Məğrur Azərbaycan qadınının simvolunu həm də şəhid analarının simasında görürük. Onlar Vətənə canından can vermiş qəhrəmanların yaradıcılarıdır. 

Vətən müharibəsində şəhid anasının mətanəti, onun "Vətən sağ olsun!" deyərək tabutu qarşılaması Azərbaycan qadınının ruhunun sarsılmazlığını bir daha dünyaya nümayiş etdirdi. Bu analar təkcə öz övladlarını deyil, bütöv bir millətin qürurunu çiyinlərində daşıyırlar.

Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan, lakin ümidini heç vaxt itirməyən məcburi köçkün qadınlarımızın fədakarlığı da unudulmazdır. Onlar çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda çətin şəraitdə övlad böyütdülər, ancaq o övladlara Şuşanı, Ağdamı, Kəlbəcəri elə sevdirdilər ki, həmin gənclər böyüyüb torpaqlarımızı azad etdilər. 

Bəli, bu Zəfərin memarlarından biri də məhz o dözümlü qadınlardır. 

Azərbaycan qadını həm elmdə, həm siyasətdə, həm də döyüş meydanında daim öz sözünü deyir. Lakin o, hər şeydən öncə anadır, vətənpərvər övladlar yetişdirən, evinin nuru ilə cəmiyyəti aydınladan müqəddəs varlıqdır. 

8 Mart - təbiətin oyandığı, baharın ilk nəfəsinin duyulduğu bir bayram günüdür.  Azərbaycan qadını da öz varlığı ilə cəmiyyətimizə bahar təravəti, ailəmizə hüzur, dövlətimizə güc qatır. Bu gün Azərbaycan bayrağı azad edilmiş torpaqlarda dalğalanırsa, bu vətən bütövdürsə, bu Zəfərdə məğrur qadınlarımızın da əməyi, duası və sarsılmaz ruhu var.

Bayramın mübarək, Azərbaycan Qadını! Sənin ucalığın Azərbaycanın ucalığıdır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq  

22:40
13 Aprel

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

22:39
13 Aprel

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

21:35
13 Aprel

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

21:25
13 Aprel

Beynəlxalq Dənizçilik Təşkilatı Hörmüz boğazının bağlanmasına etiraz edir  

20:23
13 Aprel

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir  

20:19
13 Aprel

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək  

19:09
13 Aprel

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

19:06
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!