16 Yanvar 2026 08:15
935
CƏMİYYƏT
A- A+
Tam və mütləq qələbə

Tam və mütləq qələbə


"Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində".

Yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü zamanı Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanın Vətən müharibəsində 44 günə və antiterror tədbirləri zamanı cəmi bir günə qazandığı parlaq zəfərlər təkcə ölkəmizin, regionun yox, ümumiyyətlə, dünya tarixində təkrarolunmazlığı ilə seçilir. Elə bir ölkə tapılmaz ki, son onilliklər ərzində Azərbaycanın Qarabağ zəfərinə bərabər hansısa bir qələbə qazanmış olsun. 

Bu gün dünyanın yenidən bölüşdürülməsi və Yer üzündə daha çox torpaq, siyasi, iqtisadi üstünlüklər uğrunda gedən güc savaşları səngimək bilmir, hər gün təzə münaqişə ocaqları alovlanır. Bir sözlə, dünya qaynar qazan kimi qaynayır. Çox az halda münaqişələrə son qoyulmasının şahidi oluruq. Amma bu zaman da parçalanan, ərazi bütövlüyü, daxili sabitliyi sual altında qalan neçə-neçə ölkənin timsalında nəticələrin ürəkaçan olmadığı üzə çıxır. 

Ərazilərinin işğalına son qoyması, suverenliyini bərpa etməsi, torpaqlarında separatizmə son qoyması, bir sözlə, bütün milli prioritetlərini qətiyyətlə təmin etməsi isə Azərbaycana dünyada şəriksiz qalib adı qazandırıb. 


İradəmizi göstərdik


Dünyada beynəlxalq hüququn heçə sayılması, onun tapdanması da təəssüf ki, ən geniş yayılmış haldır. 1993-cü ildə - Kəlbəcərin işğalından sonra Beynəlxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinin onilliklər boyu kağız parçasından fərqli olmaması da məlum faktdır. 

Müstəqilliyini yenicə qazandığı, hələ Milli Ordusunun formalaşmadığı, bütün sahələrdə böhran yaşadığı bir dövrdə Azərbaycan işğal faktı ilə üz-üzə qaldı, on minlərlə şəhid verdi, bir milyondan çox qaçqın və məcburi köçkün axınına məruz qaldı, beynəlxalq ədalətsizliklə üzləşdi. Erməni lobbisi, dünya erməniliyi o dövrdə Azərbaycana qarşı beynəlxalq cəbhə açmağa çalışırdı və müəyyən mənada buna nail olurdu.  ABŞ-də ədalətsiz 907-ci düzəlişin qəbulu, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, ölkəmizə işğalla barışması üçün edilən təzyiqlər də elə bu qəbildən idi.   

Lakin Ulu Öndər Heydər Əliyevin qurtuluş missiyası və 2003-cü ildən etibarən Prezident İlham Əliyevin hərtərəfli inkişafa hesablanmış milli strategiyası ölkəmizi həm bugünkü qalibiyyət zirvəsinə ucaltdı, həm də Azərbaycanın xarici düşmənlərini darmadağın etdi. 

Yanvarın 13-də Ağdərədə Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu milli mübarizəsindən qürurla bəhs edən qalib lider İlham Əliyev söylədi ki, torpaqların itirilməsi, böyük sayda şəhidlərin şəhadətə ucalması - bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi, ancaq bizi sarsıtmadı: "Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq".

Azərbaycan İkinci Qarabağ savaşında qazandığı qələbə nəticəsində BMT TŞ-nin qətnamələrini yerinə yetirərək beynəlxalq hüququ öz gücünə təmin etdi. Həmçinin ATƏT-in keçmiş Minsk qrupunun üzərinə götürdüyü və onilliklər ərzində həll edə bilmədiyi (əslində, həllində maraqlı olmadığı) Qarabağ münaqişəsini kökündən həll edərək Cənubi Qafqazda dayanıqlı sülhün əsasını qoydu. Ölkəmizi dünyada qalib edən əsas məqamlardan biri də elə məhz pozulan beynəlxalq hüququ öz gücünə həll etməsi oldu.

Müharibələrin qan-qadasız, itkisiz olmadığı təəssüfləndirici gerçəklikdir. Bu mənada Qarabağ qələbəsinin mühüm fərqləndirici xüsusiyyətlərindən biri də yürüdülən mükəmməl hərbi taktika və diplomatik siyasət sayəsində itkilərimizin minimuma endirilməsi oldu. 

Ağdərənin kəndlərinə köçən sakinlərlə görüşü zamanı bu müstəsna strategiyadan söz açan ölkəmizin rəhbəri vurğuladı ki, şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq: "Çünki əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq. O cümlədən bax, burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın minalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onları qoruduq, onları qurban vermədik". 


Həyat bərpa edilir


44 günlük müharibədə əldə olunan zəfərin müvəffəqiyyətli nəticələrindən biri isə işğaldan  azad edilmiş ərazilərin quruculuq və bərpasına başlanılması, bu yerlərə qayıdışın həyata keçirilməsidir. Bu ərazilərin dirçəlişini ümummilli məsələyə, milli çağırışa çevirən Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda dünyamiqyaslı layihələr gerçəkləşdirir. Sözügedən iqtisadi rayonlarda müasir standartlara uyğun quruculuq işləri görülür, yollar, körpülər, tunellər, beynəlxalq hava limanları, elektrik stansiyaları tikilərək istifadəyə verilir. "Ağıllı şəhər" və "ağıllı kənd"lər salınır.

Bu gün ölkəmizdə əsas investisiya layihələrinin icrası da məhz Qarabağ və Şərqi Zəngəzurla bağlıdır. Görülən yüksəksəviyyəli kompleks işlərin nəticəsidir ki, bu ərazilər sürətlə dirçəlir. Keçmiş məcburi köçkünlər qayıdış köçləri ilə mərhələli şəkildə yurdlarına dönürlər. 

"Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır" deyə dövlətimizin başçısı Aşağı Oratağ kəndində sakinlərlə keçirilən görüşdə məlumat verdi. 

Qurucu lider azad ərazilərdən bəyan etdi: "Bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq...

...Bundan sonra ancaq müzəffər xalq kimi, qürurlu xalq kimi yaşayacağıq".

Bütün bu nümunələrdən və Prezident İlham Əliyevin Ağdərədən verdiyi mesajlardan da göründüyü kimi, milli maraqlarını tam təmin edən Azərbaycan xalqı tarixindəki ən qürurlu günlərini yaşayır və tükənməz gücü, sarsılmaz əzmi ilə qarşısında duran növbəti milli hədəflərə, çağırışlara doğru qətiyyətlə irəliləyir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!