18 Dekabr 2025 17:07
152
İQTİSADİYYAT
A- A+
Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

Rusiyadan ölkəmizə pul köçürmələrin həcmində azalma müşahidə olunur. Bu azalmanın davam etməsi manatın stabilliyinə və daxili istehlaka orta müddətdə necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda pul köçürmələrinin tənzimlənməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi müşahidə olunur. Bununla bağlı Nazirlər Kabinetində də xüsusi tapşırıqlar verilib və müzakirələr aparılıb. Söhbət yalnız Rusiyadan deyil, Azərbaycandan köçürülən və Azərbaycana daxil olan pul köçürmələri ilə bağlı nəzarətin gücləndirilməsindən gedir.

Deputat qeyd edib ki, Rusiya ilə pul köçürmələrinin həcminin azalması bir tərəfdən bu ölkədə yaşayan azərbaycanlıların Azərbaycana göndərdiyi vəsaitlərin həcminin azalması ilə bağlıdır. Digər tərəfdən isə Rusiyada sanksiyalardan sonra müşahidə edilən iqtisadi vəziyyət də bu prosesə təsir göstərir.

“Belə ki, sanksiyalar nəticəsində Rusiya banklarının fəaliyyətində yaranan çətinliklər bu ölkədən pul köçürmələrini kifayət qədər mürəkkəbləşdirib. Bu isə təbii olaraq pul köçürmələrinin həcminə təsir edir. Pul köçürmələri ilə bağlı statistik göstəricilər əsasən banklar vasitəsilə həyata keçirilən transferləri əhatə edir və sanksiyalar birbaşa olaraq bu göstəricilərə təsir göstərir. Bununla belə, bu prosesin makroiqtisadi stabilliyə təsiri yoxdur. Çünki Azərbaycanın tədiyə balansı və ixrac həcmi kifayət qədər böyükdür. Nəzərə alsaq ki, ölkənin illik ixracı təxminən 40 milyard dollar civarındadır, Rusiya ilə pul köçürmələrinin azalmasının makroiqtisadi sabitliyə hər hansı ciddi təsiri müşahidə edilmir”, - deyə Vüqar Bayramov qeyd edib.

Deputat əlavə edib ki, manatın məzənnəsi birbaşa tədiyə balansının vəziyyətindən və tədiyə balansındakı müsbət saldodan asılıdır: “Bu müsbət saldo əsasında Mərkəzi Bank müvafiq qərarlar qəbul edir. İstehlaka təsir imkanları isə məhduddur. Çünki ümumi pərakəndə ticarət dövriyyəsində Rusiyadan daxil olan pul köçürmələrinin payı yüksək deyil. Bu səbəbdən azalmaya baxmayaraq, ölkə daxilində istehlaka təsirin cüzi olduğu qeyd edilir. Pul köçürmələri ilə bağlı əsas məqamlardan biri xarici ticarət əlaqələrində şəffaflığın gücləndirilməsidir. Eyni zamanda, bu proses birbaşa olaraq həmin ölkələrdə yaşayan və pul göndərən şəxslərin maliyyə imkanlarından asılıdır. Bu baxımdan, mövcud azalmalar Azərbaycanın iqtisadiyyatına hər hansı neqativ təsir göstərmir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!