09 Dekabr 2025 08:10
2255
SİYASƏT
A- A+
İlham Əliyev regional sülh təşəbbüslərinin müəllifidir

İlham Əliyev regional sülh təşəbbüslərinin müəllifidir


Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı etimadın formalaşması üçün əlverişli zəmin yaranıb


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atılmaqdadır. Azərbaycan bütün zamanlarda buna hazır olduğunu əməli fəaliyyəti ilə təsdiqləsə də, məğlub Ermənistan ABŞ-də keçirilən üçtərəfli görüşdə imzalanan Birgə Bəyanatadək sülhdən yayınmağa çalışırdı. 

Ümumiyyətlə, Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı, iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın başladığı, irəli apararaq məntiqi sonluğa yaxınlaşdırdığı sülh gündəliyini qəbul edir. Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun və ona bağlı olan əlaqəli qurumların de-yure ləğvi də keçmiş Qarabağ münaqişəsinin beynəlxalq gündəmdən tamamilə çıxarılması demək idi. Bu günlərdə Minsk qrupunun ləğvi isə bir daha təsdiq etdi ki, artıq Ermənistandakı revanşistlərin, onilliklər ərzində işğalçılıq siyasətini dəstəkləmiş qüvvələrin, erməni lobbisinin istinad edəcəyi heç nə qalmayıb. 

Beləliklə də, ABŞ-də əldə olunan razılıqdan sonra Ermənistan rəhbərliyinə bir daha bəlli oldu ki, sülhdən başqa çıxış yolları yoxdur. Cari ilin avqust ayından başlayaraq rəsmi İrəvanın bu istiqamətdə atdığı addımlar da göstərir ki, ölkə rəhbərliyi sülhə yönəlik təbliğat kampaniyasını davam etdirir. 

Təbii ki, regionda sülhün yaranması hər iki tərəfin mənafeyinə xidmət edir. Əgər sülh müqaviləsi imzalanarsa, hər iki ölkəyə ilk növbədə iqtisadi dividendlər gətirə bilər.    

Bütün bunlar isə Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir. 2020-ci ildən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyünün deyil, həm də siyasi gücünün ifadəsidir. Prezident İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsasını qoydu. 

Dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Mertslə Prezident İlham Əliyev arasında aparılan telefon danışığı zamanı da sülh gündəliyi müzakirə mövzusu olub. İlham Əliyevə zəng edən Fridrix Merts ilk növbədə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən İlham Əliyev Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib. Prezident ölkəmizin regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşdə də sülh gündəliyindən söz açıb. Nazir Ceyhun Bayramov Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı ətraflı məlumat verib. Vaşinqtonda əldə olunmuş razılıqların regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, ölkəmizin proses çərçivəsində gözləntiləri diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə sülh danışıqlarından söz açıb. O qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında Vaşinqtonda başlanmış sülh danışıqları artıq bir sıra praktiki nəticələr verib və yekun sülh  sazişinin imzalanması ilə bağlı danışıqlar aparılır. XİN başçısının sözlərinə görə, Cənubi Qafqaz regionunda gərginlik dövrü başa çatıb və regiona böyük fayda gətirəcək yeni imkanlar erası başlayır.

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında dünyanın ən böyük təşkilatının ali kürsüsündən Azərbaycanın sülh gündəliyini bir daha təqdim edib: "2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi".

Prezident bu il avqustun 8-də Vaşinqtonda keçirilən görüşü də dəyərləndirərək bildirdi ki, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini paraflayıblar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzalayıblar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atıb.

İlham Əliyev bir daha bəyan edib ki, regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur: "Vaşinqton sammiti həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır".

Artıq demək olar ki, Cənubi Qafqaz regionunda gərginlik dövrü bitməkdədir. Tərəflər qarşılıqlı maraqları və təhlükəsizlik məsələlərini ön planda tutaraq, daha sülhsevər və konstruktiv yanaşmalar seriyasını həyata keçirməlidirlər. Azərbaycan öz gücünü və təsirini artırmaqla, həm regionda, həm də beynəlxalq aləmdə daha böyük rol oynaya bilər. Yalnız davamlı diplomatik səylərlə Cənubi Qafqazda real sülhün və sabitliyin təmin olunması mümkündür.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!