Sülh yalnız Azərbaycanın şərtlərinin qəbulu ilə mümkündür
"Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən "böyük Ermənistan" xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır".
Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumun iştirakçılarının suallarını cavablandıran zaman Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın qətiyyəti sayəsində son beş ildə Cənubi Qafqazda dayanıqlı sülh əldə olunması üçün mühüm zəmin formalaşmasına baxmayaraq, məhz Ermənistanın hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkməməsi, yəni "böyük Ermənistan" kimi xəstə xülya ilə yaşaması səbəbindən buna nail olunmayıb.
Bu cəfəng ideyanın arxasınca sürüklənərək özünü dalan ölkəyə çevirən Ermənistan xarici dəstəkçilərinin qızışdırması, siyasi, hərbi dəstəyi ilə xam xəyallara qapılaraq ərazilərimizin yenidən işğalıyla bağlı planlar qurur.
Diqqət edin, sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşdığı mühüm mərhələdə Ermənistan bir sonrakı addımı ataraq barış müqaviləsinin imzalanması üçün ölkəmizin beynəlxalq hüquqla tələb etdiyi şərtləri yerinə yetməkdənsə, hərbi eskalasiyanı artırmağı, sərhədlərimizi mütəmadi atəşə tutmağı daha məqsədəuyğun sayır.
Beynəlxalq forumun iştirakçılarının suallarını cavablandıran zaman dövlətimizin başçısı söylədi ki, postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır: "Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni sadəcə nəzərə almayacağımız demək deyil". Ölkəmizin rəhbəri onu da dedi ki, biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik: "Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik".
Sülhün təşəbbüskarı Azərbaycandır
Torpaqlarının işğal altında olduğu illərdə də hər zaman münaqişənin danışıqlar yolu ilə həll olunmasını istəyən Azərbaycan, BMT TŞ-nin qətnamələrini hərb yolu ilə özü yerinə yetirərək ərazilərini azad etdikdən sonra da bölgədə normallaşma, sülh istiqamətində qətiyyətli addımlar atmağa başladı.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra da məhz ölkəmiz, şəxsən Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı oldu.
Ermənistana təkmil sülh modeli təklif edən Bakının səylərinin nəticəsi kimi xüsusilə 2024-cü ildən etibarən bu istiqamətdə müsbət nəticələr əldə olundu. Ermənistan ilə Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiyasına başlanılması, bir güllə atılmadan, bir itki verilmədən Qazaxın dörd kəndinin azad edilməsi, eləcə də sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması müsbət nümunələrdir. Bu nailiyyətlər həm də onun göstəricisidir ki, iki ölkə arasında razılaşmaların əldə olunması üçün kənar qüvvələrə heç bir ehtiyac yoxdur. Lakin Ermənistan tərəfi ölkəmizə qarşı ərazi iddialarından vaz keçə bilmədiyi üçün başda Cənubi Qafqazı da koloniyasına çevirmək istəyən Fransa olmaqla, Qərb havadarlarının mənfur məsləhətləri ilə oturub-durmağa, onların əli ilə silahlanmağa, revanşa hazırlaşmağa üstünlük verir. İrəvan birbaşa sülhə zərbə vuran davranışlar sərgiləyir, Bakının tamamilə beynəlxalq hüquqa dayanan şərtlərinə əməl etməkdən yayınır.
Ermənistan Konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alır. Buna görə də birmənalı olaraq Ermənistan Konstitusiyası dəyişdirilməlidir.
Həmçinin ATƏT-in keçmiş Minsk qrupu de-yure ləğv edilməlidir. Hüquqi prosedurlara görə bunun üçün iki ölkə birgə müraciət etməlidir. Sözügedən qrupun yarıtmaz həmsədrləri münaqişəni danışıqlar yolu ilə həll etmək əvəzinə üç onilliyə yaxın dövr ərzində bölgəyə turist səfərləri etməklə vəzifələrini bitmiş hesab ediblər. Problemi nə danışıqlar, nə də müharibə yolu ilə çözməyin mümkün olmadığını iddia edən həmsədrlər riyakarlıqla münaqişənin Ermənistanın xeyrinə dondurulmasının tərəfdarı olublar. Uzun sürən nəticəsiz danışıqlardan təngə gələn Azərbaycanın torpaqlarını öz gücünə işğaldan azad edərək suverenliyini bərpa etməsi ilə düyünə çevrilən Qarabağ münaqişəsi artıq tarixin arxivinə göndərilib. Ortada daha bu adlı münaqişə olmadığı üçün fəaliyyəti de-fakto sona çatan bu qrupun tezliklə hüquqi cəhətdən ləğvi də mütləqdir.
"Top Ermənistandadır"
Ancaq bölgədə yeni müharibə planlaşdıran Ermənistan tərəfimizdən irəli sürülən iki şərti yerinə yetirmir. Bununla sülh müqaviləsinə qol qoymaq istəmədiyini açıq şəkildə ortaya qoyur.
Bu isə o deməkdir ki, Ermənistan yenə də cəfəng ideyalarının arxasınca sürünərək gələcək inkişafı üçün Azərbaycan tərəfindən açılan qapıları bağlayır və bununla özünü sözün əsl mənasında məhvə məhkum edir.
Forum iştirakçılarının suallarını cavablandıran zaman Ermənistanın işğal və təcavüz nəticəsində özünü Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, "böyük Ermənistan" arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir.
Dövlət başçısı əlavə etdi ki, Azərbaycan və Ermənistan arasında saziş imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq: "Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq".
Göründüyü kimi, Azərbaycanın sülh səylərinin nəticələri elə Ermənistanın özünün yaşadığı hərtərəfli böhrandan çıxması üçün həyati anlama gəlir. Bakının şərtlərinə əməl edərək bu tarixi şansdan yararlanıb-yararlanmamaq isə Ermənistanın öz seçimidir.
Yəni Prezident İlham Əliyevin sözügedən forumda da bəyan etdiyi kimi, top Ermənistandadır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Ölkənin əksər rayonlarında leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü yağış müşahidə olunur – FAKTİKİ HAVA
Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
Ekspert: Azərbaycan-Suriya əlaqələrinin bərpası əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır
Ümumi Əmək Konfederasiyası “qara həftə” çağırışı edib
Füzuli və Cəbrayılın bir qrup sakininə özünüməşğulluq proqramı üzrə avadanlıqlar verilib
Azərbaycanın müdafiə naziri Hulusi Akarla görüşüb
Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejimində çalışır
Anaklaudia Rosbax: UN-Habitat Azərbaycanla tərəfdaşlığı genişləndirməyə səy göstərir
Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
Azərbaycanla Qazaxıstan arasında media sahəsində mütəxəssislərin hazırlanması istiqamətində müzakirələr aparılıb
Azərbaycan və Gürcüstan prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub
Media: Hindistan silah ixracını artırmağa hazırlaşır
Şamaxıda güclü külək və yağışın törətdiyi fəsadlar aradan qaldırılır
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Mərkəzi Asiya ölkələrinin ortaq telekanalı və vahid media platforması yaradılacaq
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2
Astanada II Mərkəzi Asiya Media Forumu keçirilir
Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
Ağsuda sel ekskavatoru aşırıb - 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ÜST pandemiya ilə mübarizə sazişinin yekun variantını hazırlayıb
Meksika ilə sərhəddə patrul xidməti zamanı iki amerikalı əsgər həlak olub
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!