O, istər yazıçı, dramaturq, istərsə də jurnalist kimi qələmə aldığı yazılarında cəmiyyətin diqqətini vacib məsələlərə yönəltməyə müvəffəq olurdu. Əsərlərində Azərbaycan qadınlarının problemlərinə xüsusilə geniş yer verirdi. Onun hekayələrini, povestlərini, dram əsərlərini oxuyan neçə-neçə qadına elə gəlirdi ki, Xalidə Hasilova məhz onun həyatını, taleyini, çəkdiyi əziyyətləri, ağrı-acıları, keçirdiyi hiss və həyəcanları təsvir edib.
Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan yazıçı Xalidə Hasilova 1920-ci il aprelin 19-da Zaqatalada dünyaya göz açıb. Oxuyub öyrənməyə çox həvəsli olduğunu ilk təhsil illərindən büruzə verib. Orta məktəbdə şagird olanda da, Zaqatala Pedaqoji Texnikumunun tələbəsi olanda da adı dərslərini yaxşı oxuyanlar sırasında çəkilirdi.
Sonralar xatirələrində lap uşaqlıqdan yaradıcılığa meyil göstərdiyini yazacaqdı. Əvvəllər şeirlər yazan Xalidə Hasilova sonralar nəsr əsərləri qələmə alacaqdı...
Əmək fəaliyyətinə çox gənc yaşlarında başlayan Xalidə Hasilova Zaqatalanın Qımır kəndində müəllim işlədi. Hər gün sinif otağına daxil olmaq, ona maraqla, inamla baxan şagirdlərinə savad öyrətmək könlüncə idi. Ancaq o illər artıq pünhan duyğularını qələmə pıçıldamağa, ruhunun duyduğu gözəllikləri vərəqlərə köçürməyə qəlbində susmayan bir çağırış vardı. Xalidə Hasilova bu çağırışa mütləq səs verməli, onun ardınca düşüb ədəbiyyatın əsrarəngiz aləminə yol getməliydi.
O vaxtlar isə hələ ədəbi yaradıcılığın dərinliklərinə, incəliklərinə bələd deyildi. Qələmə aldıqları gənc bir qızın zərif düşüncələri, kövrək duyğuları idi.
Bədii yaradıcılığa meyli, marağı qədər ali təhsil almaq istəyi də güclü idi. Xalidə Hasilova aşıb-daşan arzularını xəyallardan gerçəkliyə çevirmək üçün həvəslə, ümidlə yola çıxdı. O, 1939-cu ildə Leninqrad şəhərinə (indiki Sankt-Peterburq) getdi. Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldu. Ali məktəbin tələbəsi adını qazananda özünü dünyanın xoşbəxti sanırdı. Artıq arzuları da, xəyalları da daha əlçatan görünürdü.
Amma müharibə ona bu sevinci doyunca yaşamağa imkan vermədi. 1941-ci ildə Böyük Vətən müharibəsi başladı. Xalidə Hasilova Leninqraddan ayrılmalı oldu, Bakıya gəldi. Təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində davam etdirdi. Universiteti bitirdikdən sonra Zaqatalaya döndü. Pedaqoji fəaliyyətini davam etdirdi.
Aradan uzun illər keçməmişdi. Xalidə Hasilova yenə gənc idi. Ancaq müəllimlik fəaliyyətinin ilk vaxtlarındakı Xalidə də deyildi. Həyatın çətin sınaqlarını, sərt üzünü, müharibənin ağrı-acılarını görmüşdü. Xatirələrində iz salmaqda olan, gördüyü, eşitdiyi hadisələri əsərlərində təsvir etmək düşüncəsi ona rahatlıq vermirdi. Ötən əsrin 40-cı illərində Xalidə Hasilova ədəbiyyatda öz yoluna belə başladı.
İlk kitabı "Kiçik hekayələr" adı ilə 1950-ci ildə çapdan çıxdı. Həm uşaqlar, həm də böyüklər üçün yazdığı nəsr əsərləri maraqla qarşılandı, onu yazıçı kimi tanıtdı və sevdirdi. Xalidə Hasilova məhsuldar yazıçı idi. Müxtəlif illərdə "İlk məktub", "Lalənin kitabı", "İki yoldaş", "Onun taleyi", "Məhəbbət olmayanda", "Çətin yollar boyunca", "Atlas yarpaqları", "Sular durulur", "Ulduzlu papaq", "Rəna evlərini axtarır", "Dəniz çıraqları", "Yaşıl ayna", "Çılçıraq", "Kaman", "Xatirə", "Ana fəryadı" və başqa kitabları nəşr edildi.
Xalidə Hasilovanın dram əsərlərinə teatr rejissorları mütəmadi müraciət edirdilər. "Bir sahilin adamları", "Nəğməli Könül", "Hamı doğmadır mənə" və başqa pyesləri müxtəlif teatrların səhnələrində uğurla tamaşaya qoyuldu. O həm hekayə, povest və romanlarında, həm də pyeslərində cəmiyyəti düşündürən məsələlərdən, əhəmiyyətli hadisələrdən bəhs edirdi.
İstedadlı yazıçı, dramaturq olmaqla bərabər, tərcüməçi kimi də ədəbiyyatsevərlərin rəğbətini qazandı. Tərcümə etdiyi əsərlərlə kiçik yaşlı oxucuları dünya xalqlarının ədəbiyyatı, mədəniyyəti ilə tanış edirdi. Xalidə Hasilova türkiyəli məşhur yazıçı Əziz Nesinin uşaqlar üçün yazdığı hekayələri "İndiki uşaqlar möcüzədir" adlı kitabda balaca oxuculara təqdim etdi. Onun N.Nosov, N.Tixonov və başqa müəlliflərdən etdiyi tərcümələr də maraqla qarşılandı.
Xalidə Hasilova uzun illər mətbuat sahəsində də fəaliyyət göstərdi. O, maraqlı, aktual mövzulu məqalələrlə mətbuatda mütəmadi çıxış edən istedadlı və peşəkar jurnalist kimi tanındı. Dövrünün ən çox oxucu auditoriyasına malik, sevilən jurnallarından olan "Göyərçin" jurnalında baş redaktor, "Azərbaycan qadını" jurnalında ədəbi işçi və baş redaktor vəzifələrində çalışdı. Redaktor işlədiyi müddətdə neçə-neçə istedadlı qələm sahibi onun köməyi və dəstəyi ilə üzə çıxdı, oxucuların diqqətini cəlb edən məqalələri işıq üzü gördü.
Xalidə Hasilova həm də bir sıra nəzəri məqalələrin müəllifidir. O, "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında", "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və digər məqalələrində uşaq ədəbiyyatı problemlərini işıqlandırmışdır.
Respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən Xalidə Hasilova Azərbaycan Qadınlar Şurası Rəyasət Heyətinin üzvü, Bakı Şəhər Sovetinin deputatı, Qadınların əməyi və analığı mühafizə komissiyasının sədri oldu. O, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə mükafatlandırıldı.
Yazıçı, dramaturq, tərcüməçi, redaktor, ictimaiyyətçi Xalidə Hasilova 1996-cı il dekabrın 5-də vəfat etdi.
İllər ötsə də, onun qəhrəmanları oxucuya, tamaşaçıya bu gün də doğmadır. Çünki yazıçı, dramaturq Xalidə Hasilovanın bütün əsərlərində insanları başa düşmək, sevmək arzusu, istəyi var. O, bu hisslərlə "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" dedi. Yorulmadan, usanmadan, ruhdan düşmədən həyatın sınaqlarından keçdi, "Çətin yollar boyunca..." əbədiyyətə üz tutdu.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib
Kamran Əliyev: Pirallahı Rayon Prokurorluğu həm vətəndaş məmnunluğunu, həm də prokurorluq fəaliyyətinin səmərəliliyini artıracaq
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlarda 158 şübhəli saxlanılıb
Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya
İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi ümummilli məqsədimiz və vəzifəmizdir
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin itkin düşən şəhidi Mübariz Hüseynov Suraxanıda dəfn olunub
“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək
Türkiyə hökuməti Azərbaycanla qaz Sazişini təsdiq edib
İtaliyada kanat yolunda qəza nəticəsində ölənlər var
Xüsusi nümayəndə: Azad olunmuş ərazilərdəki dəyişikliklər sadəcə inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır
Müdafiə Nazirliyi: Qazaxıstanlı nümayəndə heyəti Komando və XTQ hərbi hissələrində olublar
Polşa nüvə silahına sahib olmaq istəyir
FHN: Yağışlarla əlaqədar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir
Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar
Hikmət Hacıyev: Müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslər şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar
Ötən il Vəkillər Kollegiyası 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib
Ukraynanın Xarkov, Sumı və Dnepr şəhərlərinə hava zərbələri endirilib, ölənlər var
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı paylaşım edib
DİN: Ötən gün 7,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!