18 Aprel 2025 12:26
315
CƏMİYYƏT
A- A+
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib  

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib  


Aprelin 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ARVK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, ardınca Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirin açılışında çıxış edən ARVK-nın sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun tarixi inkişaf yoluna nəzər salıb, son illərdə bu sahədə əldə olunan mühüm nailiyyətlər, həyata keçirilən islahatlar və Kollegiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Anar Bağırov bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilir, vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Sədr nəzərə çatdırıb ki, ötən il ərzində ARVK tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu tədbirlərin əsas məqsədi vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsidir.

Eyni zamanda, A.Bağırov çıxışında son dövrlərdə vəkillərin say artımı ilə müşayiət olunan müsbət dinamikanı da qeyd edərək bildirib ki, Vəkillər Kollegiyası Akademiyasında vəkillərin peşəkar inkişafına xüsusi önəm verilir. Burada vəkillər, gənc hüquqşünaslar davamlı olaraq müxtəlif mövzularda təlim və tədris proseslərinə cəlb olunur, onların etik davranışının, hüquqi savadının, praktiki bilik və bacarıqlarının artırılmasına diqqət yetirilir.

Sədr, həmçinin hüquq ictimaiyyəti üçün mühüm platformalardan biri olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının nüfuzunu xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hazırlanmış ikinci Monitorinq Hesabatına əsasən, bu jurnal ölkədə ən çox oxunan hüquqi nəşrlər sırasında birinci yeri tutub.

Tədbirdə diqqətə çatdırılıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib. Bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək Kollegiya üzvlüyünə qəbul olunub.

Bu gün keçirilən mərasimdə isə daha 102 namizəd vəkil andı içərək ARVK-nın üzvü olub. Bununla da, ölkəmizdə vəkillərin ümumi sayı 2609 nəfərə çatıb. Yeni qəbul olunan vəkillərdən 56 nəfəri kişi, 46 nəfəri isə qadındır. Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edir.

Sonra tədbirdə Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Mərasimdə ARVK-nın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək namizədləri təbrik edib, onların gələcək peşə fəaliyyətində uğurlar qazanacağına inandığını söyləyib.

Vəkillik peşəsinin yüksək etik dəyərlərə və məsuliyyətə əsaslanan bir fəaliyyət sahəsi olduğunu deyən Əməkdar hüquqşünas gənc vəkillərə daim insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, hüquqi biliklərini davamlı olaraq təkmilləşdirməyi, habelə vəkillik nüfuzunun qorunması istiqamətində əzmlə çalışmağı tövsiyə edib.

Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək ARVK üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər. Onlara vəkil vəsiqələri təqdim edilib.

Mərasimdə çıxış edən yeni qəbul olunmuş vəkillər peşəyə yiyələndikləri üçün böyük qürur hissi keçirdiklərini ifadə edib, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının ardıcıl və sistemli şəkildə təşkilinə görə ARVK Rəyasət Heyətinə təşəkkürlərini bildiriblər.

Tədbir fəaliyyəti dövründə fərqlənmiş və yubiley yaşı tamam olmuş Kollegiyanın bir qrup üzvü təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!