13 Aprel 2025 09:00
517
İQTİSADİYYAT
A- A+
Bir "yaşıl enerji" dəhlizi isə başlanğıcını Naxçıvandan götürəcək

Bir "yaşıl enerji" dəhlizi isə başlanğıcını Naxçıvandan götürəcək


Azərbaycan-Türkiyə enerji əməkdaşlığı uğurla davam edir. Neft-qaz  və ixrac layihələrinin həyata keçirilməsi zamanı əldə olunan zəngin təcrübə "yaşıl enerji" üçün də  "yaşıl yol" açır. 

Məlum olduğu kimi, bu ayın 4-də  Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar da iştirak edirdi. Prezident İlham Əliyev Alparslan Bayraktarı qəbul edərkən Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, bunun gələcəkdə daha da inkişafı üçün böyük imkanların mövcudluğu qeyd olundu. Görüş zamanı elektrik enerjisinin ixracı məsələsinə  də toxunuldu və  bu xüsusda SOCAR-ın artıq Türkiyəyə satışlar həyata keçirdiyi vurğulandı.

"Azərenerji" ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı imzalanacaq sənədin əhəmiyyəti qeyd edildi, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı sənədin imzalanacağı bildirildi.

Elə həmin gün "Azərenerji" ilə TEİAŞ arasında Əməliyyat Müqaviləsi imzalandı.  Azərbaycanın   energetika naziri Pərviz Şahbazov  bu barədə məlumat verərək deyib: "Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə birgə strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığımızı dəyərləndirdik. "Cənub qaz dəhlizi", Naxçıvan-Türkiyə Enerji Transmissiyası və Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan "Yaşıl Enerji" Dəhlizi layihələrinin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədi ilə "Azərenerji" ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti  arasında Əməliyyat Müqaviləsi imzalandı.

Xatırladaq ki, Prezident İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı "yaşıl enerji" zonaları elan edib. Konkret olaraq Naxçıvanın bu sahədəki imkanlarını qeyd etməli olsaq, deməliyik ki, muxtar respublikada həm günəş və külək, həm də su-elektrik stansiyalarının inşası üçün böyük potensial var.

Əvvəla, elə indinin özündə də Naxçıvan MR-də istehsal olunan elektrik enerjisinin xeyli hissəsi alternativ və bərpaolunan enerji mənbələrindən yaranır. Muxtar respublikada 1500 MVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılmasına imkan var. Odur ki, Naxçıvanın özünün "yaşıl enerji" mənbələri potensialı ilə enerjinin bu növünün ixracatçısına çevrilməsi də hədəflənib. Bu istiqamətdə Azərbaycan-Türkiyə Enerji Forumu möhkəm platforma təşkil edir. 

İlk dəfə 2021-ci ildə Bakıda təşkil olunan Azərbaycan-Türkiyə Enerji Forumu iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdu. Əsasən "yaşıl enerji" konsepsiyası çərçivəsində formalaşdırılan bu platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini hədəfləyirdi. 2022-ci ildə Türkiyədə keçirilən ikinci forumdan sonra növbəti dəfə tədbirə Naxçıvan evsahibliyi etdi. 

2023-cü ilin sentyabr ayında keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumunda vurğulandı ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq Naxçıvanı "yaşıl enerji"nin istehsalçısı, ixracatçısı mənbəyinə və tranzit məkanına çevirəcək. Bu xüsusda "yaşıl enerji" layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırıldı. Yekunda isə "Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu", həmçinin "Naxçıvan üzərindən "Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə" layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə TEİAŞ və "Azərenerji" ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi", bir sıra digər sənədlər imzalandı.

Qeyd edək ki, son üç ildə ənənəvi Bakı Enerji Həftəsində də Naxçıvan "yaşıl enerji" zonası kimi diqqətdə olub. 2023-cü ildə Naxçıvanda Bakı Enerji Həftəsinin xüsusi sessiyası da keçirildi. Həmin tədbirdə də muxtar respublikada 1500 MVt gücündə "yaşıl enerji" layihələrinin reallaşdırılacağı bildirildi. Sessiyanın gedişində Azərbaycanın Energetika Nazirliyi və "Total Energies" şirkəti arasında "250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş-elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", eyni zamanda adıçəkilən nazirliklə "Nobel Energy Management" MMC arasında "Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş- elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalandı. Naxçıvanın "yaşıl enerji" potensialının müzakirə olunduğu həmin sessiyada bir sıra ölkələrin nümayəndələri də iştirak edirdi ki, bu da sözügedən istiqamətdə yeni addımların atılmasına zəmin yaradır. 

Keçən il iyunun əvvəlində keçirilən Bakı Enerji Həftəsində də həmin mövzuya geniş toxunuldu. Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar tədbirin açılış mərasimindəki çıxışında dedi: "Biz Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Məqsədimiz burada - Naxçıvan ilə Türkiyə arasında qarşılıqlı enerji bağlantısı imkanlarını artırmaqdır. Bu investisiyaların yekunlaşdırılması ilə daha çox yeni "yaşıl enerji"ni təmin edə və bunları Türkiyə bazarına nəql edə bilərik. Çıxışımı yekunlaşdırmazdan əvvəl bildirmək istəyirəm ki, Türkiyə bu istiqamətdə enerji layihələrinin regionda əsas vasitəçisi kimi çıxış edir. Belə ki, Türkiyə Şərq ilə Qərb arasında unikal mövqedə yerləşir. Düşünürəm ki, regional əməkdaşlığı daha da təşviq etməklə, enerji təhlükəsizliyini prioritet kimi görməklə biz dayanıqlı və dinamik enerji landşaftı qura bilərik ki, bu da gələcək nəsillərə xidmət edə bilər".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevdə Rusiyanın kütləvi hücumları nəticəsində həlak olanlarla bağlı matəm günü elan olunub

21:57
24 Aprel

Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib

21:56
24 Aprel

Əbu-Dabidə Dünya Təbiəti Mühafizə konqresi keçiriləcək

21:54
24 Aprel

Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub  

21:48
24 Aprel

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

21:43
24 Aprel

Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib  

21:41
24 Aprel

“Global Times”: Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir  

21:39
24 Aprel

Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır 

21:37
24 Aprel

Dünyanın məşhur səyyahları Ağdama gəliblər YENİLƏNİB

21:36
24 Aprel

Alper Gezeravcı: Azərbaycan yaxın gələcəkdə kosmik ekosistemin əsas iştirakçılarından biri olacaq  

21:32
24 Aprel

Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı

21:25
24 Aprel

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

21:21
24 Aprel

4 min illik yemək reseptləri tərcümə edilib

18:55
24 Aprel

“Audi” yeni elektromobilini təqdim edib  

18:54
24 Aprel

İngiltərəli səyyah: Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir

18:53
24 Aprel

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” - elmi-praktik konfrans  

18:52
24 Aprel

Dünyanı xilas edə biləcək çağırışlar  

18:51
24 Aprel

Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın iştirakı ilə maliyyə konfransı keçirilib  

18:50
24 Aprel

Voleybol üzrə Azərbaycan çempionu olan "Azərreyl" komandası mükafatlandırılıb  

18:49
24 Aprel

Xəbərdarlıq: İntensiv yağış yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək  

18:48
24 Aprel

Avropalıların öz iqtisadiyyatlarına inamı azalıb

18:48
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!