06 Aprel 2025 08:00
2279
SİYASƏT
A- A+
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi

İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi


Azərbaycan Prezidentinin iradəsi ilə reallaşan layihələr Avropanın sabit enerji təminatında xüsusi rol oynayır


Aprelin 4-də Bakı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına evsahibliyi etdi. 2015-ci ilin fevral ayından etibarən keçirilən bu tədbir artıq 3-cü ildir ki, həm də "yaşıl enerji" məsələlərini əhatə edir.  Bu da ondan xəbər verir ki, Azərbaycan ənənəvi enerji sahələrində olduğu kimi, Avropaya "yaşıl enerji"nin ixracı ilə də bağlı etibarlı təməllər yaradır.


Əməkdaşlıq  və  müzakirə platforması


Azərbaycanın hasil etdiyi təbii qaz artıq 2020-ci ilin sonundan "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropaya ixrac olunur. Bu qaz dəhlizinin çəkilişi ilk gündən Prezident İlham Əliyevin siyasi iradəsinə və qətiyyətinə söykəndi. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərində olduğu kimi, "Cənub Qaz Dəhlizi"nin çəkilişi də bəzilərinə xəyal kimi görünürdü. Onlara bu cür düşünməyə əsas verən o idi ki, Avropanın enerji təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülsə də, müəyyən ideyalar ortaya atılsa da, heç biri reallaşmamışdı. Məsələn, vaxtilə uzlaşmayan siyasi yanaşmalar səbəbindən reallaşdırılmayan NABUKKO layihəsi kimi. İllər öncə NABUKKO ətrafında müzakirələr aparılsa da, layihə həyata vəsiqə almamışdı.

Lakin Azərbaycandan "qoca qitə"yə qədər 3500 km məsafə qət edən "Cənub Qaz Qəhlizi" layihəsində Prezident İlham Əliyevin imzası və qətiyyəti vardı. O qətiyyət  ki, buna qədər Azərbaycanın bütün enerji layihələrinin uğurla həyata keçirilməsini təmin etmişdi. Bu baxımdan "Cənub Qaz Dəhlizi"nin ideyadan reallığa çevrilməsi məhz Prezident İlham Əliyevin siyasi diplomatiyasının  nəticəsi oldu. Dövlətimizin başçısı bütün maraqlı tərəfləri, siyasi və iqtisadi strukturları bu layihə ətrafında səfərbər etdi, onları komanda halında birləşdirdi. Həm Avropa İttifaqının, həm də "Cənub Qaz Dəhlizi" üzərində yerləşən dövlətlərin iştirakı ilə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası formatında bu layihə ətrafında uğurlu əməkdaşlıq  və müzakirə platforması yaradıldı. 

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında Prezident İlham Əliyev bununla bağlı deyib: "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı".

Eləcə də həm Aİ-nin rəhbər şəxsləri, həm də "Cənub Daz Dəhlizi"nin birləşdirdiyi dövlətlərin rəhbərləri enerji təhlükəsizliyi məsələlərində Azərbaycan Prezidentinin uzaqgörənliyini və müdrikliyini yüksək qiymətləndiriblər. Onlar Prezident İlham Əliyevin enerji məsələləri ilə bağlı təşəbbüslərinin, Azərbaycanın etibarlı tərəfdaş olmasının Avropanın sabit enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını dəfələrlə qeyd ediblər. 


Respublikamız qlobal çağırışların önündə gedərək "yaşıl enerji" mənbələri yaradır


Çağdaş dünyanın çağırışları artıq bir müddətdir ki, həm də "yaşıl" və hidrogen enerji mənbələrinin yaradılmasını qlobal gündəmə gətirib. Azərbaycan dövləti də enerji təhlükəsizliyi ilə bağlı hədəflərini yalnız ənənəvi enerji resursları üzərində müəyyən etmir. Respublikamız həm də yeni qlobal çağırışların önündə gedərək alternativ enerji mənbələri yaradır, "yaşıl" və bərpaolunan enerjiyə sürətli keçid edir. 

"Bu gün günəş və külək enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik" deyən Prezident İlham Əliyev respublikamızda bu istiqamətdə atılan addımları, Şərqi Zəngəzur və Qarabağ ərazilərində həyata keçirilən layihələri diqqətə çatdırdı. İşğaldan  azad edilmiş ərazilərdə artıq 270 meqavatlıq su-elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su-elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su-elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. 

230 MVt gücündə Qaradağ Günəş- Elektrik Stansiyasının istifadəyə verilməsi,  240 meqavat gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının inşasının davam etdirilməsi, Cəbrayıl rayonunda 240 MVt-lıq "Şəfəq" Günəş- Elektrik Stansiyasının təməlinin atılması təsdiq edir ki, Azərbaycanda "yaşıl enerji"yə keçidlə bağlı təşəbbüslər sürətlə reallaşır. 

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu sazişin imzalanması mərasimində Avropa Komissiyası prezidentinin də iştirakı göstərirdi ki, ölkəmizlə bağlı enerji təşəbbüsləri Aİ tərəfindən dəstəklənir və Azərbaycan ümumavropa enerji təchizatçısı kimi qəbul olunur.

Azərbaycandan Avropaya "yaşıl enerji"nin ötürülməsi ilə bağlı çəkiləcək kabellə əlaqədar texniki əsaslandırma işləri son mərhələdədir. Hazırda isə Azərbaycanın, Gürcüstanın, Macarıstanın və Rumıniyanın təmsil olunduğu "yaşıl enerji" komandasının sıraları tezliklə daha da genişlənəcək. Çünki bu genişlənməni zaman və mövcud reallıqlar tələb edir. Necə ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iştirakçılarının sayı zamanla artmışdı. Bu baxımdan cəmi bir neçə il sonra Avropa bir daha Prezident İlham Əliyevin müdrik uzaqgörənliyinə şahidlik edəcək.

Azərbaycanın "yaşıl enerji" planları artıq real nəticələrlə müşahidə olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bütün bunlar isə Azərbaycanın qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərini daha da gücləndirəcək. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!