Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumu (ADF 2025) başa çatıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirin yekununda Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransı keçirib.
Çıxışı zamanı forumun işini yüksək qiymətləndirən nazir tədbirin sadəcə geosiyasi məsələlər deyil, bəşəri problemlərə də ev sahibliyi etdiyini deyib: “Üç gün ərzində burada irqçiliklə mübarizə, qadın hüquqlarının qorunması kimi bir çox bəşəri məsələlər müzakirə olundu. Tədbir əsnasında bir çox ikitərəfli görüşlər, panellər, toplantılar keçirildi. İştirakçılar da öz baxışları çərçivəsində dünyanın müxtəlif bölgələrindən olan həmsöhbətləri ilə görüşmək imkanı əldə etdilər. Bütün bunlar forumumuzun birləşdirici gücünü bir daha nümayiş etdirdi. Üç gün boyu sadəcə mövcud deyil, eyni zamanda, gələcəyin dünya düzəninə dair suallara cavab axtardıq. Dünyanın müxtəlif sınaqlardan keçdiyi bu dövrdə qlobal diplomatiyada da yeni bir ağıla, yeni bir dilə və cəsur addımlara ehtiyac duyulur. Bütün qlobal hadisələrin müzakirəsi diplomatiyaya olan ehtiyacı bir daha göstərdi. Türkiyə dünyada baş verən qarşıdurmaların aradan qaldırılmasında konstruktiv və vasitəçi mövqeyini, yenidən formalaşan Avropa təhlükəsizlik mexanizmində aktiv rolunu davam etdirəcək. Avropanın da bu fəaliyyətimizə lazımi qarşılıq verəcəyinə ümid edirik”.
Hakan Fidan çıxışı zamanı forumun həyata keçirilməsində iştirak edən və tədbirdə verilən mesajların dünya ictimaiyyətinə çatdırılmasına dəstək olan media nümayəndələrinə təşəkkür edib.
Sonra nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, üç gün davam edən IV Antalya Diplomatiya Forumuna yüzə yaxın dövlət və hökumət başçısı, nazirlər, deputatlar, QHT-lər, dünyanın tanınmış ictimai-siyasi xadimləri, mətbuat qurumlarının nümayəndələri də daxil olmaqla, dünyanın 155 ölkəsindən ümumilikdən altı mindən artıq iştirakçı qatılıb. Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilk dəfə ADF-də iştirak ediblər.
Tədbirdə bir çox qlobal hadisələrlə yanaşı, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh sazişi, Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edilib.
Azərbaycan tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş heyətlə təmsil olunub.
Xatırladaq ki, Antalya Diplomatiya Forumunun əsas məqsədi dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir.
Bəzi bölgələrdə 30 dərəcə isti olacaq, yüksək dağlıq ərazilərdə isə qar yağacaq
2025-ci ilin birinci rübündə aqrar sektorda artım tempi 1,9 faiz olub
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib YENİLƏNƏCƏK
Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyev Çin Dövlət Şurasının Baş naziri ilə görüşüb YENİLƏNƏCƏK
Azərbaycanda təşkil olunacaq III MDB Oyunları ilə bağlı ilk mətbuat konfransı keçirilib VİDEO
Azərbaycan Mərkəzi Bankının sədri neftin builki qiyməti ilə bağlı proqnozunu açıqlayıb
Çinin Sədri Si Cinpinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Parlamentin komitə sədri: Kənd təsərrüfatına göstərilən diqqət və dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB
Türkiyə ekspertləri: Cənubi Qafqazda kommunikasiyaların açılmasının əsas şərtlərindən biri regiondankənar aktorların müdaxilədən imtinasıdır
ABŞ-ın Ukrayna ilə bağlı sülh planının təfərrüatları açıqlanıb
“Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilir
XTNS-də şair-həkimlərin iştirakı ilə musiqili poeziya axşamı təşkil edilib
AMB sədri: Bu il 3,3 faiz iqtisadi artım proqnozlaşdırılır
“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verilib
Ötən gün 51 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
Səfir: Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilişi gələn il başa çatdırıla bilər
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!