23 Aprel 2025 08:30
325
SİYASƏT
A- A+
"Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlayır"

"Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlayır"


"Avropa strukturları, xüsusən Avropa Parlamenti və AŞPA-da son illər açıq fazaya qədəm qoymuş anti-Azərbaycan mövqeyi bir daha göstərir ki, Cənubi Qafqazda beynəlxalq hüququn aliliyinin təmin olunmasında ehtiva olunan status-kvo Qərb imperializmini qane etmir. Onlar regionda yeni münaqişəli vəziyyətin formalaşmasında maraqlıdırlar".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, xüsusən Avropa İttifaqının "müşahidə missiyası" adı altında regionda təxribatçı fəaliyyətləri, hər hansı hüquqi bağlılıq olmadan Avropa Parlamentinin "Azərbaycan məsələsini" daimi gündəliyə çevirməsi sübut edir ki, Bakı və İrəvan arasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlamaqdadır. Sirr deyil ki, Qarabağ və Şərqi Zəngəzurun işğala məruz qaldığı 30 il ərzində Qərb Azərbaycanı ərazi itkiləri ilə barışdırmaq üçün davamlı şəkildə sülh və xalqlar arasında etimad quruculuğuna təşviq edirdi. Lakin Vətən müharibəsi və antiterror tədbirlərində zəfərimizdən sonra avrostrukturlar, xüsusən Fransanın önəmli təsir mexanizmləri formalaşdıra və alətə çevirə bildiyi Avroparlament və AŞPA-nın açıq formada sülh qarşısında maneəyə çevrildiyini gördük. 

"Məsələn, Azərbaycanın Avropa Şurası ilə münasibətlərində artıq ikinci ildir ki, müşahidə olunan və birmənalı şəkildə Bakıdan qaynaqlanmayan gərginlik AŞPA-nın Qərbin təcavüzkar niyyətlərinin alətinə çevrildiyini ifşa etdi. Sirr deyil ki, Avropa Şurası Parlament Assambleyası özü belə Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına dair qərarı verərkən bu mövqeyini əsaslandıra biləcək praqmatik izah ortaya qoya bilmədi. Görünən odur ki, Avropa Şurası Parlament Assambleyası özünün təsis ideallarından açıq formada kənarlaşaraq insan haqları və demokratiyanı ayrı-ayrı dövlətlər üzərində təzyiq mexanizminə çevirərək bəzi üzv dövlətlərin, o cümlədən Azərbaycanın suveren haqları üzərində nəzarət imkanları əldə etməyə çalışdı. Lakin tam siyasi və iqtisadi cəhətdən müstəqil dövlət kimi özünü təsdiq etmiş, hərbi-siyasi qələbələri ilə regionun əsas güc mərkəzinə çevrilmiş Azərbaycanın bu kimi çirkin konfiqurasiyalarla təsir altına salınması, təbii ki, mümkün deyildi. Prezident İlham Əliyev özü də dəfələrlə bəyan edib ki, heç kəs bizim iradəmizə təsir edə bilməz", - deyə deputat əlavə edib. 

B.Məhərrəmov qeyd edib ki, bu günlərdə AŞPA prezidenti, özünün Yunanıstanda korrupsiya qalmaqalları ilə "məşhur olan" Rousopoulosun Azərbaycana münasibətdə qərəz dolu, ikrah doğuran bəyanatları, əslində, bu strukturun özünün dilemma qarşısında qaldığını göstərir. Aydındır ki, Azərbaycanın Avropa ilə münasibətləri Avropa Şurası, yaxud Avropa Şurası Parlament Assambleyası üzərindən həyata keçirilmir. Azərbaycan Avropanın 10-a yaxın dövləti ilə strateji tərəfdaşlıq müqaviləsinə malikdir və Avropanın, o cümlədən Avropa Şurasına üzv olan bir çox dövlətin enerji təhlükəsizliyində, dolayısı ilə milli təhlükəsizliyində həlledici söz sahibidir. Habelə Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, həmçinin BMT Nizamnaməsinə sadiqdir və ölkəmiz üçün dialoq mühiti alternativsizdir, lakin bizim üçün suveren haqlarımız, milli maraq və mənafelərimiz istənilən beynəlxalq təsisatla münasibətlərdən daha önəmlidir. Xüsusən də  Qərb imperializmi Cənubi Qafqazda maraqlarını "parçala və hökm sür" siyasəti üzərində quraraq Azərbaycan və Ermənistan arasında artıq başa çatmış münaqişənin yenidən alovlanması və davamlılığına özlərinin regiondakı maraqlarının təmini üsulu kimi baxırsa. Lakin Azərbaycanın 2020-2023-cü illər ərzində Ermənistan və havadarlarını iki dəfə kapitulyasiyaya məcbur etməsi, sonrakı dövrdə isə geosiyasi status-kvonu davamlı şəkildə lehinə çevirməsi ilə planları pozulan Qərb Bakıya qarşı müxtəlif platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi təsisatlarda uğursuz qarayaxma kampaniyalarına başladı. 2023-cü ilin aprelindən sentyabrına qədər "humanitar fəlakət" bəhanəsi ilə, yaxud 2024-cü il ərzində Qarabağdan "köçürülən ermənilərlə" bağlı, habelə ötən il ərzində, xüsusilə ilin ikinci yarısından etibarən Azərbaycanın COP29-a evsahibliyinin bloklanması məqsədilə Azərbaycan və şəxsən Prezident İlham Əliyevə qarşı miqyaslı təzyiq, qarayaxma və böhtan kampaniyası buna bir misaldır. Lakin çoxsaylı hücumların fiaskoya uğraması və regionda məhz Bakının direktivlərinin reallaşması fonunda Qərb yaxşı başa düşür ki, Azərbaycan asan rəqib deyil. 

B.Məhərrəmov vurğulayıb ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində heç bir Qərb subyekti açıq formada Azərbaycanın qarşısında mövqe tuta bilməyib və onlar siyasi bəyanatlarla, İrəvana vədlərlə kifayətlənməli olublar: "Əlbəttə, Qərb bu reallığın fərqindədir və fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi çıxışında cənab Prezidentin də dediyi kimi, "Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir". Həqiqətən də, zaman keçdikcə müşahidə olunanlar, Bakıya münasibətdə qeyri-adekvat davranışlar da sübut edir ki, Vətən müharibəsində və antiterror tədbirlərində hərbi-siyasi qələbəmizlə cənab İlham Əliyev Qərb imperializminin regionda münaqişənin və separatizmin davamlılığında ehtiva olunan imperialist niyyətlərinə köklü və nəticələri aradan qaldırılmayacaq zərbə vurdu. Sonrakı dövrlərdə Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət, o cümlədən görülən təhlükəsizlik tədbirləri, həyata keçirilən ordu quruculuğu və müdafiə sənayesi həmlələri Azərbaycanın regionda əməliyyat şəraitinə tam və dayanıqlı şəkildə nəzarətilə nəticələndi. Təbii ki, beynəlxalq hüququn aliliyinə əsaslanan yeni reallıq Qərb imperializmini razı sala bilməzdi. Hərbi, siyasi və diplomatik yolla hər hansı nəticələr əldə edə və regionda təcavüzkar məqsədlərlə planlarını həyata keçirə bilməyəcəyini anlayan Qərb üzünü yerlərdəki dayaqlarına tutmalı oldu. Bu prosesin gedişində isə tamamilə başqa məqsədlə yaradılmış, lakin bu gün Qərbin imperializm niyyətlərinin realizəsi mexanizminə çevrilmiş Avropa İttifaqı xüsusi rol oynamaqdadır".

Deputat xatırladıb ki, hələ 10 il əvvəl "vətəndaş cəmiyyətlərinə dəstək" adı altında regiona soxulmağa çalışan təsisatlar Azərbaycanda neytrallaşdırıldı. Avrostrukturların Azərbaycandakı missiya rəhbərlərinin və bəzi Qərb səfirlərinin mütəmadi şəkildə antimilli ünsürlərlə kommunikasiyası da onu göstərdi ki, bu prosesdə Qərb imperializminin yerli dayağı qismində məhz bu dairələr çıxış edir. Qərb Azərbaycanda radikal müxalifətin güclənməsi və ictimai qayda, ictimai təhlükəsizlik üzərində təhdid mühiti formalaşdıra biləcək gücə çevrilməsində maraqlıdır. İşğal, təcavüz, o cümlədən müxtəlif qlobal platformalarda hücumların effektsiz qaldığını görən Qərb Azərbaycanı məhz daxildən bu marionetlər vasitəsilə təzyiq altına salmaq, ictimai-siyasi mühitdə birmənalı söz sahibi olmaq istəyir. "Lakin proseslərin gedişatı da göstərir ki, bu qüvvələrin Azərbaycanda heç bir güc, imkan və nüfuz perspektivi yoxdur. Xalq qalib liderin ətrafında çox sıx birləşib və bu kursa alternativ görmür. Bu mənada indiki halda Avropa İttifaqı rəsmisinin radikallarla görüşü təsisatın özünün və həmin "partiya sədrlərinin" ifşasından başqa bir şey olmadı. Görüşün keçdiyi ab-hava, yayılan şəkillərdə masa üzərində olan elementlər də bir daha göstərir ki, 30 ildir özünü milli qüvvə kimi təqdim etməyə, sırımağa çalışan bu adamlar, əslində, hakimiyyət naminə bütün dəyərlərini satmağa hazır olan antimilli ünsürdən başqa bir şey deyillər. Qərbin Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdığı informasiya resurslarını daha da gücləndirərək hazır vəziyyətə gətirməyə çalışması da vəziyyəti dəyişmədi, çünki Bakının qabaqlayıcı tədbirləri faktiki olaraq Avropa imperializmini bu alətindən də məhrum etdi", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, nəticədə daha da azğınlaşan Avropa strukturları artıq gizlin yox, açıq fəaliyyətə keçməklə, habelə "müşahidə missiyası"nın say və müddətini artırmaqla güc nümayiş etdirmək niyyətində olduğunu göstərdi. Prezident İlham Əliyevin də dediyi kimi, "əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı". Yəni ötən bir il ərzində Avropa İttifaqının Ermənistandakı missiyasının pensiyaçı hərbçilərdən ibarət "mülki" xarakteri ilə pərdələnən Qərb artıq regionda özlərinin hərbi mövcudiyyətlərini legitimləşdirmək niyyətini gizlətmir. Yəni faktiki olaraq bu dairələr məqsədli formada Ermənistandakı revanşist dairələrdə yeni münaqişə başlayarsa, İrəvana hərbi dəstək verəcəyinə dair illüziya formalaşdırır. Bu isə Ermənistanı yeni müharibəyə təşviq etməkdir. Belə olan halda Bakıdan da dəfələrlə ifadə olunduğu kimi, Aİ və ABŞ bölgədə sabitliyi pozan hər hansı mümkün ssenariyə görə Ermənistanla birgə məsuliyyəti bölüşəcəklər. Üstəlik, Azərbaycan da prosesləri sükutla qəbullanmaq niyyətində deyil. Rəsmi Bakı hələlik "bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır". Lakin qarşı tərəf daha da irəli getməyə çalışarsa, cənab İlham Əliyevin dediyi kimi, bizim cavabımız amansız, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcəkdir.

B.Məhərrəmov qeyd edib ki, hazırda sülh şərtlərinin razılaşdırıldığı bir dövrdə təbii ki, yalnız sülh realizəsini və dayanıqlı sabitlik arzu edirik. Lakin biz prosesləri diqqətlə izləyirik və əminliklə deyə bilərik ki, ölkəmizin bölgədə əməliyyat şəraitinə tam şəkildə nəzarəti, Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqilliyi bizə proseslərin gedişinə uyğun olaraq adekvat qərar qəbul etmək suverenliyi tanıyır. Bu isə o deməkdir ki, regionda maraqlarını qanuni, hüquqi əsaslarla təmin etmək istəyən istənilən beynəlxalq subyektin regionda hesablaşacağı yeganə söz sahibi Azərbaycan Respublikasıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Hamburq” klubunun Bundesliqaya yüksəlişi münasibətilə keçirilən şəhər bayramında 100 min nəfər iştirak edib  

22:07
19 May

Məhkəmədə Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

22:05
19 May

Türkiyənin iki şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirlər keçiriləcək  

20:09
19 May

Baş Prokuror korrupsiyaya qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində üç ölkənin nümayəndə heyəti ilə görüş keçirib  

20:03
19 May

Vyetnam Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

19:58
19 May

Milli Məclisin sədri İspaniya Krallığı Senatının sədri ilə görüşüb

19:57
19 May

Dağıstanla investisiya, KOB, sənaye sahələrində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub  

19:23
19 May

Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib  

19:16
19 May

Litva şirkəti ilə “Araz Vadisi İqtisadi Zonası”nda həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub  

19:07
19 May

İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

19:03
19 May

Azərbaycan-İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir

18:51
19 May

Elektromobillərə və hibrid avtomobillərə güzəştin müddəti bitir – qiymət artacaqmı?

18:50
19 May

Azərbaycan ilə Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

18:48
19 May

Pasiyentləri süni zəkanın müalicə etdiyi klinika istifadəyə verilib

18:16
19 May

Azərbaycanın aerobika gimnastları Fransada 4 medal qazanıblar

18:13
19 May

Bu ilin ilk rübündə AKİA tərəfindən 2480 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib  

18:04
19 May

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır 

18:02
19 May

Qebreyesus: ÜST rəhbər heyəti və departamentləri yarıya qədər ixtisar edəcək  

17:58
19 May

Netanyahu: İsrail bütün Qəzza sektorunu nəzarətə götürəcək

17:56
19 May

Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır

17:53
19 May

KOBİA: Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır

17:51
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!