23 Aprel 2025 08:15
493
SİYASƏT
A- A+
Ərazilərimizin bütövlüyü günü

Ərazilərimizin bütövlüyü günü


Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağının dalğalandırılmasından iki il ötür 


"23 aprel hadisələri çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik".

Ötən ilin yanvarında yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın üçrəngli, ay-ulduzlu şanlı bayrağının 2023-cü il aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində yüksəldilməsi xalqımızın daha bir milli hədəfinə yetməsinin təcəssümü oldu. 

Qalib lider İlham Əliyevin sərgilədiyi qətiyyətli siyasətin, müstəsna səylərin, prinsipial mövqeyin sayəsində torpaqlarımızın bütövlüyü, sərhədlərimizin bərpası kimi tarixi qələbəyə imza atdıq.  


Milli maraqların təmini


Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin ərazilərimizi tərk etmələri ilə bağlı qəbul etdiyi 4 qətnaməsini öz gücünə təmin etdi. Çünki düz 27 il ərzində aparılan səmərəsiz danışıqlar nəticəsində iki ölkə arasında münaqişə nəinki yoluna qoyulmuş, əksinə, dalana dirənərək həlli mümkünsüz vəziyyət yaratmışdı. Məsələnin bu hala gəlməsində isə ATƏT-in keçmiş Minsk qrupunun xüsusi rolu olmuşdu. Yarıtmaz həmsədrlər, eləcə də erməni lobbisinin rüşvətləri sayəsində işğalçı Ermənistana havadarlıq edən digər qərəzli Qərb siyasətçiləri elə hesab edirdilər ki, vəziyyəti olduğu kimi saxlamaqla Azərbaycanı işğal siyasəti ilə barışdıracaqlar. O da təsdadüfi deyildi ki, bədnam Qərb dairələri alternativ variant kimi müharibə versiyasını qəbul etmirdilər. 

Ancaq 2020-ci il noyabrın 10-da Ermənistanı təslimçilik aktına imza atmağa məcbur edən Azərbaycan həm torpaqlarının 30 illik işğalına son verdi, həm də dünyada həlli müşkülə çevrilən bu tip münaqişələrə son qoymağın unikal modelini ortaya qoydu. 

Vətən savaşından ötən 3 illik müddət ərzində isə ölkəmiz milli maraqlarının təmini istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmağa başladı. Təbii ki, məqsəd tezliklə ərazi bütövlüyünün bərpası və suverenliyin tam təmini idi ki, bu da Xankəndi-Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasını birmənalı edirdi. 

Sözügedən ərazidə sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının təxirəsalınmaz şəkildə həyata keçirilməsini tələb edən bir başqa hal isə məhz Ermənistanın bu yol vasitəsilə Qarabağda qanunsuz yerləşdirilmiş silahlı qruplaşmalara silah-sursat daşıması idi. 

Ermənistan 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Qarabağda fəaliyyət göstərən qanunsuz erməni hərbi birləşmələrini ərazilərimizdən çıxarmaq əvəzinə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan hərbi təyinatlı yüklər daşıyaraq ölkəmizə qarşı təxribatlar törədirdi. 

Vətən müharibəsindən sonra 2021-ci il istehsallı minaların bu yolla gətirilərək Azərbaycan ərazilərində basdırılması faktları da mövcud idi. 

Digər tərəfdən separatçılar Qarabağda təbii sərvətlərimizi istismar edir, talayır və Laçın yolu ilə daşıyırdılar. Eyni zamanda həmin ərazilərdə ekoloji terror törədirdilər. Buna görə də 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinədək ekofəallarımız Laçın yolunda dinc etiraz aksiyası həyata keçirmişdilər. Bunun sayəsində Laçın yolundan Ermənistan tərəfindən hərbi təyinatlı yüklərin daşınmasına son qoyulmuş, lakin İrəvan yenə də qanunsuz əməllərindən əl çəkməyərək Laçın yoluna paralel olan torpaq yollarla Qarabağ iqtisadi zonasına gizli şəkildə silah-sursat, canlı qüvvə daşımağa davam etmişdi. Həmin vaxt separatçıların bu qanunsuz əməllərinə Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi uğurlu əməliyyatla son qoyulmuşdu.


Suverenliyimizin təmininə uzanan yol 


Ermənistan tərəfindən törədilən bu və digər sadalamadığımız təxribatlar Azərbaycanın Laçın yolunun son nöqtəsində nəzarət-buraxılış məntəqəsini yaratmasını qaçılmaz etmişdi. 

Beləliklə, 2023-cü il aprelin 23-də bu vacib addım atılmış və Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılmışdı. 

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasına gətirib çıxaran hadisələr barədə Prezident İlham Əliyev sözügedən müsahibəsində demişdi: "Nəhayət, aprelin 23-də bizim başqa çarəmiz qalmamışdı, biz daha gözləmək fikrində deyildik. Biz bir neçə saat ərzində həmin o Həkəri çayının üzərindəki körpüdə yerləşdik. Təbii ki, buna hazırlıq aparılmışdır və bəzi səylərə baxmayaraq, oradan artıq heç yerə getmədik. Beləliklə, Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz olmuşdu". 

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini heç cür qəbul edə bilməyən qərəzli Qərb dairələri isə həmin zaman Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasını fərqli və məkrli şəkildə dünyaya tirajlayırdılar. Onlar əsassız ittihamlar səsləndirir, gülünc bəyanatlar verirdilər. Bu anti-Azərbaycan təbliğatın başında da Cənubi Qafqazda sülh istəməyən Fransa dayanırdı. Lakin Avropada yuvalanmış antiazərbaycançı qüvvələrin uydurduqlarının əksinə, Laçın yolu ilə yalnız Qarabağa qanunsuz silah-sursatların, silahlı qüvvələrin daşınması mümkünsüz olmuşdu. Humanitar gediş-gəliş üçün heç bir maneə yox idi. 

2023-cü il iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçında Azərbaycana məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbini yekdilliklə rədd etdi. BƏM-in bu qərarı Azərbaycanın separatizm üzərində qəti qələbəsinin beynəlxalq hüquqla təsdiqlənməsi kimi böyük əhəmiyyətə malik oldu. 

Azərbaycanın tarixi ədalətin, beynəlxalq hüququn bərqərar olması üçün nümayiş etdirdiyi qərarlı və israrlı mövqeyi nəticəsində Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bundan cəmi 5 ay keçdikdən sonra - 2023-cü il sentyabrın 19-20-də keçirilən 23 saatlıq antiterror tədbirləri sayəsində isə Qarabağda quldur yuvası tamamilə dağıdıldı, Azərbaycan bayrağı Xankəndidə qürurla dalğalandırıldı. 

Beləliklə, Azərbaycan xalqının onilliklərin o üzündən milli maraqlarının təmini istiqamətində çıxdığı və torpaqlarının işğaldan azad edilməsindən, ərazi bütövlüyünün bərpasından keçərək suverenliyinə uzanan haqq yolu məntiqi zirvəsinə çatdırıldı. 

  

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!