23 Aprel 2025 08:35
539
SİYASƏT
A- A+
"Xristian klubları"nın bitməyən qərəzi

"Xristian klubları"nın bitməyən qərəzi


Aİ və AŞPA ikili standartları ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıblar


İkili standartlar, böhtan, şantaj kampaniyası bu gün bir çox beynəlxalq təşkilatı, parlamentləri, siyasətçiləri çıxılmaz vəziyyətə salıb. Avropa İttifaqı və AŞPA bu baxımdan xüsusilə fərqlənir. 

Bu təşkilatların İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı apardıqları çirkin böhtan kampaniyaları, ikili standartlar prinsipləri ilə yanaşma məsələləri daha da genişlənib. Xüsusilə də Fransa ölkəmizə qarşı həyata keçirilən siyasətin başında duraraq Cənubi Qafqazda yaranmış sabitliyin pozulması üçün əlindən gələni edir.  Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müəyyən beynəlxalq dairələri, o cümlədən Fransanı ciddi narahat edir. Çünki dövlətimizin erməni işğalçılarını torpaqlarımızdan qovması ilə Fransa kimi ölkələrin Cənubi Qafqazdakı planları pozulub. Bu səbəbdən də rəsmi Paris davamlı olaraq ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. Fransa ermənilərdən çox ermənilik edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe ortaya qoyur. Bu ölkənin Avropa və xarici işlər naziri Jan-Noel Baronun Avropa İttifaqının XİN başçılarının iclasında Azərbaycan haqqında birtərəfli və ermənilərin mövqeyinə uyğun fikirlər səsləndirməsi də bunun göstəricisidir. Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə münasibətini  bildirib və fransız nazirin iddialarını rədd edərək pisləyib. Bəyanatda qeyd olunduğu kimi, Fransanın siyasətindəki ikili yanaşma, yəni sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət isə regionda davamlı sülh perspektivlərinə mane olur. Bu gün də Qərb, Avropa İttifaqı, AŞPA və bəzi beynəlxalq təşkilatlar öz haqqını, ədaləti bərpa edən, düşməni torpaqlarından çıxaran, sülhə, əmin-amanlığa, Cənubi Qafqazda təhlükəsizliyi təmin etməyə çalışan Azərbaycana qarşı düşmən mövqeyindədirlər.

Aprelin 12-də AŞPA prezidenti Teodoros Rusopulosun "Alpha News" qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddialar da bir daha təsdiq etdi  ki, "xristian klubları" sifarişlər əsasında Azərbaycana qarşı çirkin kampaniya həyata keçirir. 

Onu da qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvü kimi Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.  Onun Azərbaycanla bağlı səsləndirdiyi fikrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə dərhal reaksiya bildirərək ölkəmizin mövqeyini bəyan etmişdi. Qeyd edilmişdi ki, Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində ölkəmiz əleyhinə atılan addımdan sonra belə Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. 

Həqiqətən də, əgər AŞPA sədri diktator axtarırsa,  diktatorun ən böyüyü Fransa Prezidentidir, çünki o, siyasi rəqiblərinə qarşı müharibə elan edib, "sarı jiletli"lərə,   vətəndaşlara qarşı da belə davranıb. Əlcəzairdə nə qədər insanın qanını töküblər. Bu kimi nə qədər faciələr törədiblər. Yaxşı olar ki, bu təşkilat ölkəmizi ittiham etməkdənsə özlərinə baxsın, Azərbaycana qarşı apardığı çirkin siyasətə son qoysun. 

Elə məhz bu səbəbdən də AŞPA Azərbaycan xalqının haqlı nifrətini qazanıb.

Fransa Aİ-dəki səlahiyyətindən istifadə edərək Azərbaycana qarşı sanksiyaların qəbul edilməsinə can atır. Hayastanı yenidən revanşizmə sürükləyir. Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi Cənubi Qafqazda sülh üçün ən böyük təhdidlərdən biridir. 

Avropa İttifaqının "mülki missiyası"nın səlahiyyət müddətinin uzadılması və bu fonda "müşahidəçi"lərin Azərbaycan-Ermənistan sərhədlərində yenidən aktivləşməsi  regiona yaxşı heç nə vəd etmir və Cənubi Qafqazda yeni təxribatlara hazırlığın göstəricisidir. Təbii ki, nə missiyanın səlahiyyət müddətinin uzadılması, nə də missiyanın yenidən fəallaşması təsadüf hesab edilməlidir. Bütün bunlar Azərbaycana qarşı aparılan çirkin kampaniyanın, ikili standartların tərkib hissəsidir.

Lakin regionun lider dövləti olaraq Azərbaycana heç bir təzyiq göstərmək mümkün deyil. Cənubi Qafqazda sülhün təminatçısı kimi Azərbaycan öz yolu ilə irəliyə doğru inamla addımlayır. Heç bir təzyiq, təhdid ölkəmizi öz yolundan döndərə bilməz. Bunu ölkənin lideri Prezident İlham Əliyev yerli və xarici ölkələrin KİV-inə müsahibələrində, beynəlxalq forumlar və konfranslardakı çıxışlarında dəfələrlə bəyan edib.  


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

16:59
16 Mart

SOMDA-nın əməkdaşları peşə bayramını qeyd ediblər

16:58
16 Mart

Peter Siyyarto: Ukrayna “Drujba” kəməri ilə bağlı görüşdən imtina edib

16:57
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!