11 Mart 2026 08:00
8921
SİYASƏT
A- A+
Güclü siyasi iradənin və qətiyyətin təzahürü

Güclü siyasi iradənin və qətiyyətin təzahürü


Prezident İlham Əliyevin prinsipial mövqeyi dövlətimizin beynəlxalq imicini yüksəldən əsas faktorlardan biridir


Dünya düzəninin sürətlə dəyişdiyi və regional güc balansının yenidən formalaşdığı dövrdə dövlətlərin suverenliyini qoruyan ən mühüm amil hərbi güclə yanaşı, həm də liderlik fenomeni və sarsılmaz siyasi iradədir. Tarixin sınaq anlarında millətlərin taleyi onların liderlərinin qətiyyəti ilə yazılır. 

Azərbaycanın son illərdə keçdiyi çətin yol göstərdi ki, milli maraqların müdafiəsi üçün düzgün zaman seçmək, strateji səbir və prinsipial liderlik mütləq mənada vəhdət təşkil etməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu məhz bu təməllər üzərində yüksələrək, ölkəmizi regionun şərtləri diktə edən əsas aktoru səviyyəsinə qaldırdı. 

Bölgədə cərəyan edən proseslər fonunda Azərbaycan dövlətinin prinsipial mövqeyi bir daha təsdiqlədi ki, məmləkətimizin milli təhlükəsizlik mənafeləri Bakının yürütdüyü siyasətin təməl daşını təşkil edir. Hazırda Azərbaycan dövləti daxildə sabitliyi, əmin-amanlığı, eyni zamanda regionda barış mühitinin davamlılığını təmin etmək naminə sistemli və məsuliyyətli iş aparır. Milli qürurun qorunması naminə atılan hər bir addım, səslənən hər bir bəyanat Azərbaycanın suverenlik qalxanını daha da keçilməz edir. Bu kontekstdə xüsusi qeyd edilməlidir ki, Azərbaycanın dövlət siyasəti anlıq emosiyalara deyil, uzaqgörən milli strategiyaya söykənir. Ötən dövrlərdə üzləşdiyimiz geosiyasi fırtınalardan itkisiz və daha güclü çıxmağımızın təməlində məhz dövlət başçısının nümayiş etdirdiyi siyasi iradə və strateji gedişlər dayanır. Çünki mürəkkəb durumlarda, fors-major hallarda, xarici təhdid və təzyiqlər, regional münaqişələr, sərhəd təxribatları və digər  vəziyyətlərdə bir liderin ən böyük sınağı onun təmkinliyidir. 

Prezident İlham Əliyevin siyasətində ən bariz xüsusiyyətlərdən biri təzyiqlər qarşısında nümayiş etdirdiyi sarsılmaz iradə, əzm və qətiyyətdir. Dövlətimizin  başçısının kifayət qədər kritik məqamlarda sərgilədiyi prinsipial mövqe dövlətimizin milli maraqlarının kompromis predmeti olmadığını göstərir. Bu, xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı geosiyasi gərginliklər zamanı özünü aydın şəkildə büruzə verdi. Xarici diplomatik təzyiqlərə rəğmən dövlətimizin başçısı "nəyi necə və nə vaxt etmək lazım olduğunu" bildiyini sözdə və əməldə dəfələrlə sübuta yetirdi. Ən böyük xarici təzyiqlər belə dövlət başçısını vaxtından əvvəl və ya hazırlıqsız addım atmağa sövq edə bilmədi. İstər Zəngəzur dəhlizi (TRIPP) məsələsində, istərsə də sərhədlərin delimitasiyası prosesində dövlət başçısının birmənalı mövqeyi göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi hansısa siyasi və ya iqtisadi vədlə dəyişdirilə bilməz.

Sarsılmaz iradə həm də xalqdan alınan gücə söykənir. Vətən müharibəsi zamanı cənab Prezidentin xalqa müraciətləri və xarici mediaya verdiyi çoxsaylı müsahibələr bir növ informasiya cəbhəsinin hücum diplomatiyası oldu. Bu qətiyyət cəmiyyətdə daxili inamı artırdı və insanlarda dövlətin arxasında dayanan güclü bir iradənin olduğu əminliyini yaratdı. Azərbaycan liderinin prinsipial mövqeyi dövlətin beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınması üçün də vacib amildir. Zamanı yetişəndə sərt yanaşma sərgiləmək Azərbaycanın xarici siyasətdə hadisələrə, sadəcə, reaksiya verən tərəf yox, həmçinin prosesin axınını dəyişən bir aktor olduğunu göstərir. Hər kəs birmənalı anlayır ki, Azərbaycanla şantaj və ya hədə-qorxu dilində danışmaq mümkün deyil. Bu yanaşma ölkənin suverenliyinin ən böyük təminatlarından biridir. Qətiyyətli mövqe təkcə xarici siyasət üçün deyil, həm də daxili sabitlik üçün mühümdür. Liderin prinsipiallığı dövlət-xalq vəhdətini möhkəmləndirən, milli həmrəyliyi təmin edən əsas sütundur. Bu strategiyanın praktiki təzahürü kimi Azərbaycan Prezidenti İlham Əliyevin son hadisələrlə bağlı verdiyi cəsarətli və qətiyyətli bəyanatlar ölkəmizin milli mənafelərinin müdafiəsində hər hansı geri çəkilmənin olmadığını bariz şəkildə ortaya qoydu. 

Martın 8-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq humanitar dəstəyə görə minnətdarlıq ifadə etməsi və Naxçıvana dron hücumunun araşdırılacağını deməsi göstərdi ki, tərəflər ən mürəkkəb və təhlükəli insidentlər zamanı belə birbaşa rabitə kanallarını açıq saxlayırlar. Bu, regionda gərginliyin nəzarətdən çıxmaması üçün fundamental şərtdir. Prezident İlham Əliyev məsələnin araşdırılmasının vacibliyini qeyd edərək, təhlükəsizlik məsələlərində kompromisə yer olmadığını və faktların dəqiq müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladı. 

Azərbaycanın tutduğu yol hər zaman şəffaf və dəyişməzdir. Dövlətimiz daim qonşularla münasibətlərdə qarşılıqlı ehtiram və dinc yanaşı yaşamaq prinsiplərini üstün tutub. Ölkəmiz öz ərazilərinin digər dövlətlərə qarşı hər hansı təhdid platformasına çevrilməsinə heç vaxt yol verməyib və bu kursa sadiq qalıb. Hər zaman, hər şəraitdə bölgədə asayişin, sabitliyin və tərəfdaşlığın qəti tərəfdarı kimi çıxış edib. Bütün qonşu dövlətlərlə etimada söykənən əlaqələrin güclənməsinə xüsusi önəm verib. İranın ali rəhbərinin dünyasını dəyişməsi zamanı Prezident İlham Əliyevin dərhal başsağlığı verməsi, səfirliyi ziyarət etməsi və humanitar dəstək jesti Azərbaycanın mənəvi dəyərlərə və mehriban qonşuluq münasibətlərinə verdiyi yüksək qiymətin göstəricisidir. 

Azərbaycan qüdrətli dövlət strukturu, güclü ordusu və dönməz siyasi iradəsi olan bir ölkədir. Dövlətin təməl hədəfi regionda sülhü qorumaqdır. Lakin Azərbaycan öz təhlükəsizliyini və vətəndaşlarını hədəf alan hər bir təhdidə qarşı ən sərt və adekvat cavabı vermək iqtidarındadır. Bu mənada Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının toplantısında vurğuladığı fikirlər təkcə cari duruma verilən reaksiya deyildi, eyni zamanda Azərbaycanın dövlət iradəsinin nümayişi idi. Gərgin məqamda dövlət başçısının qətiyyətli duruşu həm xalqa, həm də xarici dairələrə yönəlmiş konkret mesaj mahiyyəti daşıyır. Azərbaycan öz suveren hüquqlarını qorumaq üçün bütün resurslarını işə salmağa hazırdır. Sülh tərəfdarı olsa da, təzyiqlər qarşısında heç vaxt susmayacaq. Bu yanaşma yeni geosiyasi şəraitdə Azərbaycanın bölgədə həlledici və qətiyyətli bir oyunçu olduğunu təsdiqləyir. 

Digər tərəfdən mövcud vəziyyətlə bağlı dünya dövlətlərinin liderlərinin ardıcıl şəkildə Prezident İlham Əliyevə telefon açması Azərbaycanın qlobal arenadakı artan çəkisinin və ölkəmizə olan beynəlxalq dəstəyin aydın təzahürüdür. Bu hal Azərbaycanın beynəlxalq münasibətlərdə güvənilən və ciddi tərəfdaş statusunu bir daha möhkəmləndirir. Bütün bu faktlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regional, həm də qlobal miqyasda qəbul olunan, söz sahibi və özünə xas müstəqil siyasi xətti ilə seçilən nüfuzlu bir dövlətdir. Bunun kökündə isə yalnız güclü ordu və iqtisadi potensial deyil, eyni zamanda qüdrətli lider amili, mənəvi-siyasi birlik üzərində qurulmuş dövlətçilik fəlsəfəsi dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar və atdığı hər bir addım gələcək nəsillərə daha qüdrətli, suveren və sülh içində bir Vətən miras qoymaq məqsədinə xidmət edir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada neft qiymətlərində azalma müşahidə olunub

21:14
21 Aprel

Avstraliyada qaz vergisi ilə bağlı müzakirələr genişlənir

21:01
21 Aprel

“PlayStation”da yaş məhdudiyyəti

20:52
21 Aprel

Xarici işlər nazirləri ABŞ və İran arasındakı danışıqları müzakirə ediblər

20:43
21 Aprel

“Titanik”in yadigarı xilasedici jilet rekord qiymətə satılıb

20:31
21 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub  

19:28
21 Aprel

Roma Papası: Bəşəriyyətin gələcəyi təhlükə altındadır

19:18
21 Aprel

İrlandiya parlamentariləri Azərbaycanın demokratik inkişafı barədə məlumatlandırılıb  

19:12
21 Aprel

Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib

18:58
21 Aprel

Yaponiya silah ixracı qaydalarını yumşaldıb  

18:42
21 Aprel

Gürcüstanın yeni daxili işlər naziri təyin edilib

18:41
21 Aprel

Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb

18:31
21 Aprel

Asiya İnkişaf Bankı Azərbaycanda ticarət və “Yaşıl inkişaf “ layihəsini nəzərdən keçirir

18:31
21 Aprel

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib  

18:30
21 Aprel

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb

18:29
21 Aprel

Bahar Muradova: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür  

18:28
21 Aprel

Qazaxıstanlı ekspert: Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir  

18:27
21 Aprel

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur  

18:26
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!