21 Aprel 2026 18:28
709
CƏMİYYƏT
A- A+
Bahar Muradova: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür  

Bahar Muradova: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür  

Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlara yeni imkanlar yaratmaqla yanaşı, onları ciddi risklərlə də üz-üzə qoyur. Kiberzorakılıq, şəxsi məlumatların sui-istifadəsi, zərərli kontentə çıxış və onlayn istismar artıq qlobal problemə çevrilib. Bu səbəbdən hüquqi çərçivələrin mövcudluğu kifayət deyil - əsas məsələ onların real və effektiv tətbiqidir. Burada dövlətin həm tənzimləyici, həm də qoruyucu və preventiv rolu xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 21-də Ankarada keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi sahəsində beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda tədbir zamanı səsləndirib.

Tədbir çərçivəsində nazirlər səviyyəsində təşkil olunan “Rəqəmsal mühitdə uşaqların qorunması və gücləndirilməsi” başlıqlı dəyirmi masada çıxış edən Komitə sədri beynəlxalq təcrübəyə diqqət çəkərək bildirib ki, bu sahədə ən uğurlu yanaşmalar kompleks xarakter daşıyır.

Onun sözlərinə görə, qanunvericilik müasir texnoloji inkişafla uzlaşmalı, çevik və dinamik olmalıdır. Eyni zamanda, dövlət qurumları, təhsil müəssisələri, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti arasında güclü əməkdaşlıq qurulmadan onlayn təhlükəsizliyi təmin etmək mümkün deyil.

Dövlət Komitəsinin sədri bu istiqamətdə Azərbaycanda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun xüsusi əhəmiyyət kəsb etdiyini ifadə edib: “Qanun uşaqların fiziki, psixoloji və mənəvi inkişafına zərər verə biləcək informasiyadan qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edir. Eyni zamanda, uşağın mənafeyinin üstün tutulması prinsipi bütün tədbirlərin mərkəzində dayanmalıdır”.

Monitorinq və qiymətləndirmə mexanizmlərinin gücləndirilməsinin də vacib olduğunu qeyd edən B.Muradova bildirib ki, qəbul edilən siyasətlərin təsiri mütəmadi ölçülməli, mövcud boşluqlar operativ şəkildə aradan qaldırılmalıdır. Bununla yanaşı, rəqəmsal mühit sərhəd tanımadığından beynəlxalq əməkdaşlıq da bu sahədə mühüm rol oynayır.

“Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” və “Uşaq hüquqları haqqında” Qanun bu sahədə sistemli yanaşmanı gücləndirir”, - deyə Komitə sədri ifadə edib.

Yekun olaraq B.Muradova qeyd edib ki, güclü qanunvericilik, effektiv icra, geniş maarifləndirmə və çoxtərəfli əməkdaşlıq birlikdə tətbiq olunduqda uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!