21 Aprel 2026 08:15
428
SİYASƏT
A- A+
Prezidentin mesajları: sülh, əməkdaşlıq və qlobal inteqrasiya

Prezidentin mesajları: sülh, əməkdaşlıq və qlobal inteqrasiya


Azərbaycan geosiyasi cazibə mərkəzi, dayanıqlı inkişafın və təhlükəsizliyin memarıdır


Ölkəmizin qazandığı tarixi Zəfər Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaranmasına rəvac verib. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində, sadəcə, regional güc mərkəzi yox, qlobal gündəliyi müəyyənləşdirən strateji dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciət yeni reallıqların beynəlxalq müstəvidə rəsmi bəyanatı və gələcəyə baxış konsepsiyasıdır. Dövlətimizin başçısının müraciəti Azərbaycanın sülhə, dayanıqlı inkişafa və qlobal inteqrasiyaya sadiqliyini təsdiq edən mühüm siyasi sənəddir.

Müraciətdə Azərbaycanın sülhə verdiyi töhfələrə, beynəlxalq nüfuzuna və dayanıqlı inkişafına dair mühüm məqamlara diqqət yönəldilib: "BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq".

Dövlətimizin başçısının müraciətində vurğulanan məqamlar regional və qlobal səviyyədə ciddi mesajlar ehtiva edir. Bu müraciət ölkəmizin qitələrarası iqtisadi-siyasi arxitekturanın qurulmasında nə dərəcədə fəal rol aldığını göstərir. Dövlətimizin başçısının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasını "ən geniş və təsirli regional platforma" kimi xarakterizə etməsi təsadüfi deyil. Asiya və Sakit okean hövzəsi hazırda dünya iqtisadiyyatının lokomotivi sayılır. Azərbaycanın bu platformada xüsusi aktivliyi ölkəmizin Avropa ilə yanaşı, Şərqin nəhəng bazarları ilə iqtisadi körpü yaratmaq istəyinin də göstəricisidir. Dünyada ikili standartların və birtərəfli qərarların artdığı bir vaxtda Azərbaycanın çoxşaxəli əməkdaşlığa sadiqliyi ölkəmizin beynəlxalq hüquqa əsaslanan balanslı xarici siyasət yürütdüyünü nümayiş etdirir. 

Prezidentin "artan qlobal qeyri-müəyyənlik" ifadəsi bugünkü dünya nizamının real mənzərəsidir. Dövlətimizin başçısı açıq şəkildə bildirir ki, hərbi münaqişələr və geosiyasi gərginlik siyasi sabitliklə paralel, onilliklər boyu zəhmətlə qurulmuş iqtisadi inkişafı da məhv edə bilər: "Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır".

Azərbaycan liderinin xüsusi yanaşdığı vacib məqamlardan biri dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsidir. Ölkəmiz 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa etmiş bir dövlət kimi bu prinsipi beynəlxalq münasibətlərin "qırmızı xətti" hesab edir. Azərbaycan özünü dünyaya təhlükəsizlik arxitekturasının qoruyucusu və regional inteqrasiyanın əsas güclərindən biri kimi təqdim edir. Bununla, Bakı qlobal xaosun içində ən etibarlı tərəfdaş və beynəlxalq hüquq tərəfdarı imicini daha da möhkəmləndirir. 

Müraciətdə diqqət çəkilən önəmli məqamlardan biri də sülhün kağız üzərində qalmadığının, gündəlik həyatın reallığına çevrildiyinin bir daha vurğulanmasıdır. Ermənistanın işğalçı siyasəti ucbatından onilliklər boyu bağlı olan sərhədlərin ticarət üçün açılması regionun iqtisadi konfiqurasiyasını tamamilə dəyişir. Bu, Ermənistanın Azərbaycanın iqtisadi resurslarından və bazarlarından faydalanmağa başladığının rəsmi etirafıdır. Bakının İrəvan üçün tranzit çıxışı yaratması Azərbaycanın regionda əməkdaşlığı stimullaşdıran birləşdirici güc olmasından xəbər verir. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən tarixi görüşlər, ABŞ-nin prosesdə iştirakı Azərbaycanın sülh modelinin dünya nəhəngləri tərəfindən qəbul edildiyini sübuta yetirir. 

Ölkəmizin rəhbərinin vurğuladığı kimi, 2021-ci ildən bu yana suverenliyin tam bərpası və sülhün iqtisadi mərhələyə keçməsi inanılmaz hadisələrdir. Prezidentimiz sülhün bəhrəsinin şahidi olduğumuzu bəyan edib: "Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir". Dövlətimizin başçısının vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini xüsusi qeyd etməsi sülhün xalqlar səviyyəsində dərinləşdiyinə işarədir. Əvvəllər Ermənistanla münasibətlər təhlükəsizlik prizmasından müzakirə olunurdusa, artıq tranzit, ticarət və qarşılıqlı səfərlər kontekstində danışılır. Nəticədə regionun Qlobal Cənub və Şərq-Qərb dəhlizlərindəki rolu daha da artır. Bu məqam beynəlxalq sosial platformalar üçün çox vacibdir, çünki sosial inteqrasiya olmadan iqtisadi inkişaf dayanıqlı ola bilməz. 

Prezident İlham Əliyev "Böyük qayıdış"dan da bəhs edib və vurğulayıb ki, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir: "Böyük qayıdış proqramı uğurla icra olunur. 80000-dən artıq insan öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar". Nəzərə alaq ki, işğaldan azad edilmiş torpaqlarımız bəzi dövlətlərin ərazisindən daha böyükdür. Qısa müddətdə 80 min insanın öz yurdlarına qayıdışı regionun demoqrafik və iqtisadi mənzərəsinin tamamilə dəyişməsi deməkdir. 

Azərbaycanın postmünaqişə dövründə qarşılaşdığı ən böyük problemlərdən biri işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsidir. Prezident İlham Əliyev müraciətində mina terrorunu növbəti dəfə dünya ictimaiyyətinin gündəminə çıxarıb və bildirib ki, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır: "Asiya və Sakit okean üzrə komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar". 

2020-ci ildən bu yana mina terroru nəticəsində 400-dən çox insanın həyatını itirməsi və ya yaralanması o deməkdir ki, Ermənistanın basdırdığı minalar müharibə bitsə də, can almağa davam edən "səssiz qatillər"dir. Minalar insanların həyatına ciddi təhdid olmaqla bərabər, kənd təsərrüfatına, tikintiyə və investisiya axınına böyük maneçilik törədən görünməz səddir. Bakı mina təhlükəsini qlobal müstəviyə daşıyaraq, bu sahədə beynəlxalq koalisiya qurmağın vacibliyini vurğulayır. Düzdür, Azərbaycan öz gücünə möcüzələr yaradır, lakin beynəlxalq birlik də mina terroruna səssiz qalmamalıdır. 

Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını, qlobal daşımalarda önəmli nəqliyyat mərkəzinə çevrildiyini xüsusi vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir: "Cari geosiyasi mühitdə, Orta dəhlizin əhəmiyyəti artır. Zəngəzur dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq. Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir". 

Ölkəmiz gələcəyin logistik xəritəsinin formalaşmasında çox önəmli mövqeyə malikdir. Burada söhbət adi nəqliyyat yollarından yox, qlobal güc balansını dəyişən strateji dəhlizlərdən gedir. Şərqlə Qərbin ən qısa "nəfəsliy"i sayılan Orta dəhliz beynəlxalq daşımalarda alternativ olmaqdan çıxaraq birbaşa zərurət halına gəlib. Ölkəmiz bu dəhlizin əsas bağlayıcı halqası kimi çıxış edərək, Çindən Avropaya yük daşımalarının müddətini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu dəhlizin inkişafı Azərbaycanı dünyanın təchizat zəncirində əvəzedilməz oyunçuya çevirir. Prezidentin Zəngəzur dəhlizi haqqında fikirləri bu layihənin Azərbaycan-Ermənistan arasında bir yol olmaqdan daha çox qlobal əhəmiyyətli bağlantı kimi vurğu edir. Zəngəzur dəhlizi enerji xətləri və rəqəmsal şəbəkələr üçün də yeni kanal olacaq. 

Azərbaycanın enerji siyasəti neft-qaz ixracı ilə məhdudlaşmır, ölkəmiz Avropanın və regionun enerji təhlükəsizliyinin memarı kimi çıxış edir. Dövlətimizi etibarlı tərəfdaşa çevirən ən mühüm məqam odur ki, Azərbaycan öz öhdəliklərini tam yerinə yetirir və heç vaxt enerji ehtiyatlarından siyasi təzyiq aləti kimi istifadə etmir. Dəfələrlə vurğulandığı kimi, Azərbaycan əlverişli coğrafi mövqeyə malik olsa da, bu coğrafiyanın qlobal mərkəzə çevrilməsinin səbəbi doğru yürüdülən infrastruktur siyasətidir. 

Beləliklə, dövlətimizin başçısının müraciəti Azərbaycanın postmünaqişə dövründəki strateji hədəflərinin aydın mənzərəsini cızır. Prezidentin toxunduğu hər məqam Azərbaycanın təkcə öz maraqlarını deyil, bütövlükdə regionun və dünyanın iqtisadi təhlükəsizliyini düşündüyünü sübut edir. Bu gün Azərbaycan öz coğrafi taleyini uzaqgörən siyasətlə birləşdirərək, Asiya və Avropa arasında etibarlılıq və inkişaf mərkəzi kimi öz imzasını möhkəmləndirir. Bu müraciət bir daha təsdiqləyir ki, Azərbaycanın iştirakı olmadan regionda və geniş Avrasiya məkanında heç bir strateji layihə uğur qazana bilməz. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belçika və Niderland parlamentərinin qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

13:04
21 Aprel

Bakı metrosunun bütün stansiyalarına sərnişinlərin girişi müvəqqəti məhdudlaşdırılıb  - YENİLƏNİB

13:01
21 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 36 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

13:00
21 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək

12:59
21 Aprel

İranda yanvar iğtişaşlarının daha bir iştirakçısı edam edilib

12:58
21 Aprel

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:43
21 Aprel

Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır

12:42
21 Aprel

Birinci rüb Azərbaycanda duz istehsalı 33 faiz artıb

12:39
21 Aprel

Regional məsuliyyət – müasir beynəlxalq münasibətlər sistemində yeni mərhələ

12:34
21 Aprel

AFFA “Neftçi”ni yüksək məbləğdə cərimələyib

12:21
21 Aprel

Zərdabda Kür çayında suyun səviyyəsi artıb, vəziyyət nəzarət altındadır - AÇIQLAMA

12:13
21 Aprel

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir

12:02
21 Aprel

Gədəbəyin Şahdağ kəndində 6500-dən çox ağac əkilib

11:56
21 Aprel

Dövlət Komitəsinin rəsmisi: Uşaqlara onlayn riskləri idarə etmək bacarıqları da aşılanmalıdır  

11:48
21 Aprel

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!