26 May 2026 15:07
125
SİYASƏT
A- A+
Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur

Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur


Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, ərazilərimizin 20 faizinin işğalı ölkəmizdə kənd təsərrüfatına böyük zərbə vurmuşdu. İşğal dövründə hektarlarla əkin və bağ sahələri sıradan çıxmış, suvarma sistemləri yararsız hala düşmüşdü. 

Azərbaycanın tarixi zəfərindən sonra işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri başlayıb və vüsətlə davam etməkdədir. Quruculuq işləri təkcə tikinti sahəsinə aid deyil, bu, həm də kənd təsərrüfatının bərpasını və inkişafını əhatə edir. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın su ehtiyatlarının böyük bir hissəsi formalaşır ki, bu da kənd təsərrüfatının inkişafında mühüm şərtlərlərdən biridir. Lakin işğal dövründə ermənilər həmin suyun qarşısını kəsmişdilər və bu, respublikamızın kənd təsərrüfatı üçün fəsadlar doğururdu. Ona görə bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin bir istiqamətini də işğaldan azad edilmiş ərazilərin su potensialından səmərəli istifadə təşkil edir. Müşavirədə Prezident İlham Əliyev bununla bağlı deyib: “Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək”.

Ümumiyyətlə, son onilliklərdə Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm işlər görülüb, layihələr həyata keçirilib. Yaradılan infrastrukturlar qaz təchizatının yaxşılaşdırılması, yeni yolların çəkilməsi də kənd təsərrüfatının inkişafına təsir göstərib. Prezident İlham Əliyev müşavirədə barədə bildirdi ki, bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil: “O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi”.

Bu gün dünyanı narahat edən məsələlərdən biri urbanizasiyadır. Prezident İlham Əliyev bununla bağlı müşavirədə deyib: “Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”.

Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” göstərdi ki, aqrar sahədə  yeni inkişaf dövrü başlayır. Dövlət Proqramı 2026–2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Bu çərçivədə Dövlət Proqramında aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil, elm və innovasiya sahələrinin inkişaf etdirilməsi, aqrar-emal və logistika infrastrukturunun genişləndirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsallaşma təşəbbüslərinin dəstəklənməsi, habelə balıqçılıq və akvakultura sahəsində institusional və istehsal potensialının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir. Proqramın icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur.

 Qlobal iqtisadi çağırışların artdığı bir dövrdə kənd təsərrüfatının inkişafının sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində respublikamızda kənd təsərrüfatında məhsuldarlıq daha da artacaq, ixrac imkanlarının genişlənəcək, ərzaq təhlükəsizliyimiz daha da güclənəcək. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aqrar sektor müasir çağırışlara uyğun şəkildə yenilənir və inkişaf edir. Dövlətin ardıcıl dəstəyi nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi daha da inkişaf edəcək, regionların inkişafına və əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfələr verəcək.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Emin Ağalarov: “Sea Breeze”də sahil iqliminə uyğunlaşdırılmış 11 milyon ağac və bitki əkilib

15:48
26 May

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən  

15:46
26 May

Emin Ağalarov: İnfrastrukturun inkişafı “Sea Breeze”in investisiya cəlbediciliyinin əsas hərəkətverici qüvvəsi olaraq qalır  

15:45
26 May

2026-cı ilin daimi seçici siyahıları dəqiqləşdirilib - MSK-da iclas

15:44
26 May

Rusiya səfiri: “Sea Breeze” Azərbaycanın turizm və mədəni cəlbediciliyinin bir hissəsinə çevrilib

15:43
26 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:42
26 May

Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb

15:42
26 May

Səfir: Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edir

15:41
26 May

Ali Məclisin yaz sessiyası başa çatıb

15:39
26 May

WUF13 Azərbaycanın növbəti qlobal uğuru oldu 

15:37
26 May

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

15:31
26 May

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

15:29
26 May

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

15:22
26 May

Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur

15:07
26 May

2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb

15:07
26 May

Xocalıya daha 29 nəfər qayıdıb

15:01
26 May

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

14:50
26 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14:36
26 May

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

14:32
26 May

Milli Məclisin yaz sessiyası başa çatıb

14:30
26 May

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

14:26
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!