11 Mart 2026 08:20
2585
SİYASƏT
A- A+
İlham Əliyevin sülh strategiyası real nəticələr verir

İlham Əliyevin sülh strategiyası real nəticələr verir


Onilliklər boyu davam edən Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub və region tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Cənubi Qafqazda müşahidə olunan faktiki sülh şəraiti Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Rəsmi Bakı tərəfindən irəli sürülən sülh gündəmi bölgənin iqtisadi və sosial həyatında praktik müstəvidə də özünü göstərir. Azərbaycanın qətiyyətli səyləri sayəsində bölgədə sabitlik bərqərar olub ki, bu da həm iki ölkə, həm də bütün region üçün hərtərəfli inkişafa yeni imkanlar açıb.


Konstruktiv addımlar


Azərbaycanın başlatdığı sülh prosesi artıq real nəticələri ilə diqqət çəkir. Bu kontekstdə ölkəmizin atdığı addımlar həm də regional kommunikasiya əlaqələrinə əlavə töhfələr kimi dəyərləndirilməlidir. Ötən il avqustun 8-də Vaşinqton sammitində Ağ Ev rəhbəri Donald Trampın iştirakı ilə iki ölkə arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişi mətninin paraflanması bu yolda ən mühüm irəliləyişlərdən biri oldu. Bu diplomatik uğur normallaşma prosesinə güclü təkan verdi.

Eyni zamanda bölgənin ticari-iqtisadi inkişafı birbaşa yolların açılmasından keçir. Ağ Evdə Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı əldə olunan razılaşma bu baxımdan strateji əhəmiyyətə malikdir. Bu layihə təkcə Azərbaycan və Ermənistanı deyil, bütövlükdə regionu qlobal logistik mərkəz mövqeyinə daşıyacaq.

Azərbaycanın sülh prosesinə sadiqliyi təkcə bəyanatlarda deyil, konkret əməllərdə özünü büruzə verir. Ötən il ölkəmizin Ermənistana qarşı tətbiq edilən tranzit məhdudiyyətlərini aradan qaldırması bunun ən bariz nümunəsidir. Bu addım nəticəsində Qazaxıstan və Rusiyadan Ermənistana dəmir yolu vasitəsilə mühüm yüklər daşınıb. Rəqəmlərə nəzər saldıqda da bu prosesin miqyasını aydın görə bilərik. Belə ki, cari il martın 9-da Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 488 ton olan 7 vaqon taxıl göndərilib. İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit qaydada 21 min tondan çox taxıl daşınıb. Bu həcmdə yük ümumilikdə 302 vaqonla daşınaraq təyinat məntəqəsinə çatdırılıb. Bununla yanaşı, eyni marşrut üzrə 610 ton gübrə də daşınıb ki, bu da 9 vaqon vasitəsilə həyata keçirilib. Sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən Ermənistana 560 ton Rusiya taxılı yola salınıb.

Azərbaycandan Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin gün bu ölkəyə 1220 ton "Aİ-95" markalı avtomobil benzini göndərilib.

Bu daşımalar Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında imzaladığı qərara əsasən həyata keçirilir. Həmin qərarla Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. 

Martın 5-də 31 vaqonda 1984 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı daşıyan 39 çən vaqonu göndərilib. Bundan əvvəl isə yanvarın 11-də 979 ton "Aİ-92" markalı avtomobil benzini yüklənmiş 18 vaqon Ermənistana çatdırılıb. Yanvarın 9-da isə ümumilikdə 2698 ton neft məhsulu tədarük edilib. Həmin yüklərə 1742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

Bu nümunələr Azərbaycanın qətiyyətli səyləri nəticəsində bölgədə əldə olunan faktiki sülhün real nəticələrini ortaya qoyur. Artıq Ermənistan cəmiyyətində də bu prosesin yaratdığı iqtisadi müsbət təsirlər açıq şəkildə etiraf olunur.

Tranzit yollarının açılması ilə Ermənistana taxıl, neft məhsulları və digər mühüm malların birbaşa daşınması regionda yeni bir dövrün başlanğıcıdır. İllərdir iqtisadi blokadada qalan Ermənistan üçün bu, nəfəslik rolunu oynayır. Taxıl və yanacaq kimi strateji məhsulların daha qısa və ucuz yolla gəlməsi bu ölkəni iqtisadi sıxıntıdan çıxarır.  

Ermənistanda yanacaq və qida məhsullarının daşınma xərclərinin aşağı düşməsi birbaşa bazardakı qiymətlərə təsir edir və sadə insanların rifahının yüksəlməsinə səbəb olur. 

Bu mənada sözügedən daşımalar, sadəcə, ticarət deyil, həm də sülhün gətirdiyi real nəticə kimi dəyərləndirilməlidir. 

İqtisadi maraqların ölkələri çox hallarda münaqişələrdən yayındırması real faktdır. 


Etimad quruculuğu 


Sülh həm də insanlar arasında etimadın bərpası deməkdir. İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri xalqlar arasında buzların əriməsində və gələcək birgəyaşayışın təməllərinin atılmasında müstəsna rol oynayır.

Azərbaycanın bu sülhməramlı liderliyi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Cari il fevralın 4-də Əbu-Dabidə Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilməsi də bunun əyani sübutudur. 

Bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. 

Mükafatlandırma mərasimində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nümunəsi hələ də müharibə vəziyyətində olanlar üçün bir "yol xəritəsi" olmalıdır: "...Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".

Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllindən sonra ölkəmizin seçdiyi xətt yalnız sülh və qarşılıqlı anlaşma üzərində qurulub. Bakının liderliyi ilə regionda artıq real zəmində sülh mühiti formalaşdırılıb.

Bir sözlə, Azərbaycanın liderliyi ilə uğurla irəliləyən sülh prosesi göstərir ki, barış, sadəcə, sözdə deyil, əməldə də mümkündür. 

İndi əsas vəzifə bu mövcud vəziyyəti hüquqi çərçivəyə salmaq və sülh müqaviləsini imzalamaqdır. 

Ötən il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin imzalanmamasının tək səbəbi Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasının olmasıdır. Cari ildə bu ölkədə parlament seçkiləri keçiriləcək. Parlament seçkilərindən sonra gündəmə gələn referendumda ümumxalq səsverməsi ilə Ermənistan konstitusiyasının preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi gözlənilir. Bu halda iki ölkə arasında sülh müqaviləsi imzalanacaq.

İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməli və bu tarixi fürsətdən istifadə edərək regionun tam normallaşmasına töhfə verməlidir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Tesla”dan FSD istifadəçiləri üçün yeni mobil həll  

18:12
15 Aprel

Yeni “Google Gemini” təqdim edilib

18:01
15 Aprel

Kahramanmaraş məktəbinə hücum edənin atası saxlanılıb YENİLƏNİB 2

18:00
15 Aprel

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilib  

17:57
15 Aprel

Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi iki ayda 47,1 milyon dollar təşkil edib  

17:56
15 Aprel

Putin: Rusiyada iqtisadi göstəricilərin trayektoriyası gözləntilərdən aşağıdır  

17:55
15 Aprel

İran Qırmızı dənizi, körfəzləri bağlamaqla hədələyib

17:45
15 Aprel

Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb  

17:25
15 Aprel

Tramp: İranla müharibə bitən kimi neft qiymətləri çox aşağı düşəcək

17:18
15 Aprel

2030-cu ildə orta illik inflyasiya 5 faizdən aşağı olacaq

17:12
15 Aprel

ABŞ İranla atəşkəsin uzadılmasına rəsmi olaraq razılıq verməyib

17:05
15 Aprel

ABŞ Prezidenti: İranla müharibə bitməyə çox yaxındır

17:04
15 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib

17:03
15 Aprel

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 3,4 milyard manatı ötüb

17:02
15 Aprel

2027-2030-cu illərdə azad olunmuş ərazilərin bərpasına 13,3 milyard manat xərclənəcək - PROQNOZ

17:01
15 Aprel

Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolu təsdiqlənib - YENİLƏNİB  

16:54
15 Aprel

Sahibə Qafarova: Parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdırlar

16:52
15 Aprel

Tramp: Bu vəziyyət bir daha təkrarlanmayacaq

16:50
15 Aprel

Məcnun Məmmədov: Azərbaycan ilə Latviya arasında ticarətin şaxələndirilməsi və dövriyyənin artırılması üçün geniş imkanlar var  

16:48
15 Aprel

Energetika naziri bp-nin regional prezidenti ilə görüşdə enerji sahəsində diversifikasiya siyasətinin davam etdirildiyini qeyd edib  

16:48
15 Aprel

Azərbaycan və Qazaxıstan arasında hüquq sahəsində əməkdaşlıq genişlənir  

16:47
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!