15 Aprel 2026 16:54
475
CƏMİYYƏT
A- A+
Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolu təsdiqlənib - YENİLƏNİB  

Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolu təsdiqlənib - YENİLƏNİB  


Şuşa şəhərində Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan Azərbaycanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Məcnun Məmmədov komissiyanın iclasının zəngin tarixə və mədəni irsə malik olan Şuşada keçirildiyini, 30 illik işğal dövründə Azərbaycanın tarixi torpaqlarının böyük dağıntılara məruz qaldığını, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, bu torpaqlarda hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Azərbaycan və Latviya arasında 30 ildən çox davam edən əlaqələr qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanır. Bildirib ki, Azərbaycan Latviya ilə əlaqələrin davamlı olaraq möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir, latviyalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadə etməyə çağırıb.

Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze, öz növbəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə Azərbaycanı təbrik edib, iclasın Şuşa şəhərində keçirilməsindən məmnun olduğunu deyib. O, Latviyanın daim Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

Azərbaycanı mühüm iqtisadi tərəfdaş kimi dəyərləndirən latviyalı həmsədr, ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Armands Krauze Azərbaycanın istehsal etdiyi məhsulların Avropa bazarına çıxışına kömək etməyə hazır olduqlarını bildirib. Komissiyanın həmsədri işgüzar əlaqələrin gücləndirilməsi və birgə təşəbbüslərin dəstəklənməsi üçün effektiv platforma kimi Latviya-Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılmasının vacib olduğunu vurğulayıb.

İclasın sonunda Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekununa dair protokol təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, elm, təhsil, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi və meşəçilik, turizm, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının gələn il Riqada keçirilməsi barədə razılığa gəliblər.


15:32


Şuşa şəhərində Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda Azərbaycanla Latviya arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və digər məsələlər müzakirə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan RespublikasıPrezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:42
14 May

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:40
14 May

Bildiriş

01:38
14 May

Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

22:47
13 May

Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib  

22:36
13 May

Azərbaycan güləşçisi Avropa çempionu olub

22:22
13 May

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub  

22:05
13 May

Moldova Xarici İşlər Nazirliyi hava məkanının pozulmasını pisləyir

21:42
13 May

Moskvada PUA hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə cərimələr tətbiq edilir

21:35
13 May

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib

20:37
13 May

Zakarpatye müharibə başlayandan bəri Rusiyanın ən kütləvi hücumuna məruz qalıb

20:27
13 May

Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub, daha dörd nəfər yaralanıb  

20:01
13 May

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar YENİLƏNİB

19:54
13 May

Azərbaycanın və Belarusun hərbi informasiya sahəsində nümayəndələri əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar  

19:45
13 May

Birinci rübdə 44,6 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub

19:26
13 May

ABŞ ilə Çin arasında iqtisadi maraqlar

19:17
13 May

SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib  

19:16
13 May

Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA  

19:15
13 May

Azərbaycanın 7 karateçisi Avropa çempionu olub

19:14
13 May

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans  

19:13
13 May

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

19:11
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!