25 May 2026 17:36
125
CƏMİYYƏT
A- A+
Neftçalada Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb  

Neftçalada Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb  

Bununla bağlı keçirilən aksiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası, qanunsuz balıq ovçuluğunun qarşısının alınması və akvakulturanın ekoloji baxımdan davamlı inkişaf etdirilməsi biomüxtəlifliyin mühafizəsinin əsas istiqamətlərindəndir. 

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqəti nəticəsində ölkəmizdə balıqçılıq və akvakultura üzrə dövlət siyasəti ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir: “Ölkəmizdə biomüxtəlifliyin mühafizəsi sahəsində beynəlxalq öhdəliklərə uyğun olaraq ardıcıl tədbirlər görülür. Müasir infrastrukturun yaradılması, beynəlxalq təcrübənin tətbiqi və sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi bu siyasətin əsas prioritetləri sırasında yer alır”. 

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Xəzər dənizi və onun ekosisteminin unikal təbii sistem hesab olunduğunu diqqətə çatdırıb. Nərə balığı və Xəzər qızılbalığının nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər olduğunu deyən C.Əliyev biomüxtəlifliyin qorunmasını mühüm məsuliyyət adlandırıb, nadir növlərin qorunması istiqamətində tədbirlərin davamlı olacağını vurğulayıb. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə ölkəmizdə biomüxtəfliyin qorunması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. Bildirib ki, 2025-ci ildə Axar-Baxar və İlisu Milli Parkları yaradılmaqla Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 913 min hektara qədər artırılıb: “Hazırda xüsusi mühafizə olunan təbiət ərazilərimiz 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığının tərkibində idarə və mühafizə olunur. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,5 faizini təşkil edir. 2030-cu ilə kimi bu göstəricinin 12 faizə kimi artırılması hədəflənir”. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev bu növ ekoloji aksiyaların əhəmiyyətindən bəhs edərək Xəzərin su bioresurslarının bərpası və dayanıqlı idarə olunması istiqamətində birgə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. 

Tədbirdə iştirakçılara bioloji müxtəlifliyin qorunması, nərə növlərinin ekosistemlərdə rolu və su bioresurslarının davamlı idarə olunması ilə bağlı ətraflı məlumat verilib. Çıxışlarda regionda ekoloji tarazlığın qorunması üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin rolu xüsusi qeyd olunub. Bildirilib ki, bu aksiya ölkədə su bioresurslarının bərpası və bioloji müxtəlifliyin qorunması istiqamətində görülən işlərin vacib tərkib hissəsidir. Tədbir həm ekoloji maarifləndirmə, həm də Xəzər regionunda nadir balıq növlərinin populyasiyasının dəstəklənməsi baxımından vacibdir. Bu aksiya cari ilin ilk kütləvi balıq körpələrinin buraxılışı kimi xüsusi əhəmiyyət kəsb edir və regionda su bioresurslarının bərpasına yönəlmiş ekoloji fəaliyyətlərin davamıdır.

Aksiya çərçivəsində çəkisi 300-500 qram arasında olan 2 min balıq körpəsi Xəzər dənizinə buraxılıb. Qeyd edək ki, mövsüm ərzində ümumilikdə 500 mindən çox nərə balığının və 50 mindən artıq Xəzər qızılbalığının təbii su hövzələrinə buraxılması planlaşdırılır. 


Seyran CAVADOV,

 “Azərbaycan


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!