23 Aprel 2025 08:40
613
SİYASƏT
A- A+
Paşinyanın sözləri ilə hərəkətləri üst-üstə düşmür

Paşinyanın sözləri ilə hərəkətləri üst-üstə düşmür


Onun bəyanatlar verərkən səmimiliyinə əmin olmaq mümkün deyil


"Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan media nümayəndələri qarşısında çıxış edərkən birbaşa və ya dolayısı ilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı bir sıra maraqlı açıqlamalar verib. Paşinyan xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələyə toxunub".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O xatırladıb ki, Ermənistan baş naziri delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi məsələsi ilə bağlı  Azərbaycana yazılı təklif göndərdiklərini və cavab gözlədiklərini bildirib. "Düşünmürəm ki, çıxılmaz vəziyyət yaranıb və biz bu istiqamətdə ardıcıl işləməyə davam edəcəyik", - Paşinyan deyib. Həqiqətən də, digər məsələlərdən fərqli olaraq, delimitasiya və demarkasiya məsələsi münasibətlərin normallaşması yolunda ən az sual doğurur və bəlkə də ən məhsuldar məsələdir. Paşinyan Ermənistanın üçtərəfli Bəyanata sadiqliyini bir daha bədnam "sülh kəsişməsi"nin bəzi perspektivləri ilə əvəz edərək kommunikasiyaların açılması məsələsindən də danışıb. Bu mənada Paşinyan növbəti dəfə manipulyativ ritorika səsləndirib: "Azərbaycanda deyirlər ki, Ermənistan həll yolu təqdim etmədiyi üçün onlar İran marşrutundan istifadə edəcəklərini qərara alıblar. Bu o deməkdir ki, İran marşrutu və şərtləri onlar üçün məqbuldur, əks halda onlar bu yoldan istifadə etməzdilər. Biz də o cümlədən bu kontekstdə hər şeyi aydın və başadüşülən etmək üçün Ermənistanın ərazisindən eyni yolu təqdim etməyə hazırıq".

K.Bayramov qeyd edib ki, Ermənistanın baş nazirinin bəlkə də ən maraqlı açıqlaması Ermənistan Konstitusiyası ilə bağlı dediyi fikirlər olub: "İllər əvvəl Ermənistan Respublikasının müstəqillik bəyannaməsinin qəbulunun ildönümü ilə bağlı mesajımda demişdim ki, bəyannamənin mətnini öyrənərək, bu mətnin müstəqil, suveren Ermənistanın mövcud olmaması ilə bağlı olduğu qənaətinə gəldim. Və əgər mən bunu deyirəmsə, deməli, Konstitusiyanın yeni mətnində müstəqillik bəyannaməsinə istinadın olmasını bəyan edə bilmərəm. Əksinə, mən deyə bilərəm ki, fikrimcə, konstitusiyanın yeni mətnində müstəqillik bəyannaməsinə istinad olmamalıdır, lakin bununla bağlı Ermənistan xalqı qərar verəcək və təbii ki, siyasi qüvvələr lehinə və əleyhinə arqumentlər irəli sürməli olacaqlar". Həmişə olduğu kimi, bəyanat bir az qarışıqdır, amma mətləbi bəllidir. Yeri gəlmişkən, xatırladım ki, Paşinyan müstəqillik bəyannaməsi haqqında "illər əvvəl" deyil, keçən ilin noyabrında, Ermənistan parlamentində 2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb. Paşinyan o zaman qeyd edib ki, bu bəyannaməni son illər dəfələrlə oxuyub və dəhşətli qənaətə gəlib ki, müstəqillik bəyannaməsinin məzmunu ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz".

Deputat vurğulayıb ki, o, həmin vaxt Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinə istinadın çıxarılmasının zəruriliyi ilə bağlı mövqeyini aydın ifadə edib. İndi isə bu fikri yenidən səsləndirən Paşinyan Ermənistan ictimaiyyətini inandırmağa tələsib ki, onun mövqeyi Bakının tələbləri ilə bağlı deyil və bu məsələ Ermənistandakı inqilabdan dərhal sonra gündəmdə olub. Bəli, həqiqətən də, hələ 44 günlük Vətən müharibəsindən əvvəl Paşinyanın komandası Konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayıb. Halbuki o vaxt müzakirələr müstəqillik bəyannaməsindən deyil, daha çox Ermənistan dövlətçiliyinin struktur islahatlarından, xüsusən də prezident idarəçiliyi formasına mümkün qayıdışdan gedirdi. Əlbəttə ki, Ermənistan liderinin əsas qanuna dəyişikliklərin edilməsi zərurətini öz cəmiyyətinə nə dərəcədə dəqiq təqdim etməsi bizi maraqlandırmır. Əsas odur ki, bu iş görülsün. Erməni xalqının nə düşündüyünü indi anlamaq bizim üçün çox vacibdir. Əgər seçicilər referendumda Konstitusiyanı dəyişməkdən imtina edərsə, bu o deməkdir ki, sülh çox uzun müddət görünməyəcək. 

Deputat bildirib ki, bütövlükdə Paşinyanın çıxışını Konstitusiyanın dəyişdirilməsinin zəruriliyinin təbliği baxımından konstruktiv hesab etmək olar: "Eyni zamanda həmişə nəzərə almaq lazımdır ki, bu irəliləyiş Paşinyanın sülhsevərliyi ilə deyil, rəsmi Bakının Ermənistanı buna məcbur etməsi ilə izah olunur. Üstəlik, Paşinyanın sözləri tez-tez hərəkətlərindən fərqlənir və onun bəyanatlarında səmimi olduğuna əmin ola bilmərik. Ermənistanın fəal silahlanması isə bu fikrimizi gücləndirməyə vadar edir. Nəzərə almaq lazımdır ki, əsas qanuna əlavə və dəyişikliklərlə bağlı səsvermə günündə seçimi Paşinyan yox, Ermənistanın bütün vətəndaşları etməli olacaq. Lakin Ermənistan cəmiyyətinin bu seçimə nə dərəcədə hazır olacağı baş nazirdən asılıdır. Paşinyan erməni cəmiyyətini köhnə ideologiyadan qurtulmağın zəruriliyinə inandırmaqda aktiv və ardıcıl olacaqmı, yoxsa çiyinlərini çəkərək, "özünüz qərar verin" deyimi ilə sadəcə olaraq problemi bəyan edəcəkmi, bunu zaman göstərəcək".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!