13 Aprel 2025 16:21
274
CƏMİYYƏT
A- A+
“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub 

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub 


Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.

“Ekspo 2025”in rəsmi açılışında Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, 2000-ci ildən “Ekspo” sərgilərində uğurla təmsil olunan Azərbaycan bu il də dünya sərgisində iştiraka böyük əhəmiyyət verir.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, “Ekspo 2025”in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak ediblər.

Azərbaycan pavilyonu “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (“Connecting Lives”) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (“Seven bridges for sustainability”) mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda, dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.

Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.

Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alıb. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan və yapon ağaclarının sintezi olan “Dostluq ağacı”dır.

155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə “Ekspo 2025”ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın turizm potensialı Mərkəzi Asiyanın aparıcı turizm tədbirində təbliğ olunur  

15:59
24 Aprel

Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib

15:56
24 Aprel

Almaniyada peşə təhsili olmayan gənclərin sayı artır

15:55
24 Aprel

İsmayıllı rayonunda zəlzələ olub

15:53
24 Aprel

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir

15:52
24 Aprel

Fransada 636 iş yeri ləğv edilir

15:51
24 Aprel

Dünya səyyahları Xankəndidə

15:50
24 Aprel

ABŞ-dan olan səyyah: Dağıdılmış ərazilərin yenidən bərpa edilməsini görməkdən çox məmnunam  

15:48
24 Aprel

Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib  

15:47
24 Aprel

Milli Məclisin deputatları və Türkiyənin Düzce Universitetinin rəhbərliyi arasında görüş keçirilib  

15:45
24 Aprel

Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci rübü ərzində 10 beynəlxalq mükafata layiq görülüb  

15:42
24 Aprel

İstanbulda baş verən zəlzələdən sonra 101 min vətəndaş sığınacağa yerləşdirilib  

15:40
24 Aprel

Askarbek Yertaev: Qazaxıstanda miqrasiya sahəsində müsbət dinamika müşahidə olunur 

15:39
24 Aprel

Londonda enerji təhlükəsizliyinin gələcəyi üzrə beynəlxalq sammit keçirilir  

15:37
24 Aprel

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar YENİLƏNİB 

15:36
24 Aprel

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub  

15:34
24 Aprel

Papa Fransisklə vidalaşmaq üçün 100 min insan növbə gözləyir

15:25
24 Aprel

Danimarkalı səyyah: Qısa müddətdə belə gözəl yollar inşa etməyiniz inanılmazdır

15:25
24 Aprel

İstanbulda baş verən zəlzələdən sonra 266 afterşok qeydə alınıb

15:23
24 Aprel

Birəsrlik “erməni məsələsi”nin sosial və siyasi aspektləri  

15:21
24 Aprel

Ukraynanın paytaxtı kütləvi hava hücumuna məruz qalıb

15:20
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!