24 Aprel 2025 15:56
512
CƏMİYYƏT
A- A+
Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib

Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib


Aprelin 24-də “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və bir sıra qurumların dəstəyi ilə Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova statistikaya əsasən, dünyada hər 31 uşaqdan birinin autizm spektr pozuntusu ilə doğulduğunu bildirib: “Rəqəmlər artmaqda davam edir və bu fakt bir daha göstərir ki, cəmiyyət olaraq məsələyə daha ciddi yanaşmalı, maarifləndirmə işlərini gücləndirməliyik”. O qeyd edib ki, konfransın əsas məqsədi autizm spektr pozuntusu haqqında elmi və praktik bilikləri bölüşmək, yeni yanaşmaları müzakirə etmək və mütəxəssislər arasında əməkdaşlıq platforması yaratmaqdır. Konfrans çərçivəsində keçirilən seminar və təqdimatlar bu sahədə çalışan mütəxəssislər üçün dəyərli təcrübə və məlumat mənbəyidir. “Bu tədbirin hər bir iştirakçı üçün faydalı olacağına və mütəxəssislərin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyinə inanıram. Biz birgə gücümüzlə bu sahədə daha geniş nəticələrə nail olmalı, autizmli fərdlərin cəmiyyətə inteqrasiyasını və rifahını təmin etməliyik”, - deyə A.Eynalova bildirib.

Türkiyəli professor Elif Tekin İftar Azərbaycanda autizm diaqnostikası üzrə peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyinə və təlim-tədris sahəsində bir çox uğurlar əldə olunduğuna diqqət çəkib: ”Konfransın əsas məqsədi yalnız diaqnostika ilə məhdudlaşmır. Əsas diqqətimiz tədqiqatdan təcrübəyə keçidə, praktik biliklərin paylaşılmasına yönəlib. Tədbir çərçivəsində autizm sahəsində fəaliyyət göstərən mütəxəssislər öz tədris təcrübələrini və fikirlərini bölüşəcəklər. Burada həm şifahi təqdimatlar, həm də praktiki məşğələlər təşkil olunacaq. Bu isə iştirakçılara yalnız nəzəri deyil, həm də tətbiq edilə bilən bilik və bacarıqlar qazandıracaq. Qürurla qeyd etmək istəyirəm ki, tədbirə İsveç, Norveç, İrlandiya və Türkiyədən də tanınmış mütəxəssislər qatılıb”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda autizm sahəsində aparılan işlər və bu istiqamətdə əldə olunan nailiyyətlərdən bəhs edib: “Uğurlarımız cəmiyyətimizin həssas mövzulara diqqət yetirdiyini və bu sahədə mühüm irəliləyişlərin əldə olunduğunu göstərir”. O qeyd edib ki, son illərdə autizm spektr pozuntuları ilə bağlı statistik göstəricilər təkcə Azərbaycanı deyil, bütün dünyanı ciddi narahat edir: “Bu artımın səbəbləri və elmi izahları ayrı-ayrı müzakirə mövzusudur. Lakin bizim əsas vəzifəmiz bu məsələnin cəmiyyətdə yaratdığı təsirləri azaltmaq və bu vəziyyətdən əziyyət çəkən insanlara vaxtında və effektiv dəstək göstərməkdir. Konfrans çərçivəsində edilən çıxışlar və təqdimatlar bu sahədə görülən işlərin, əldə olunan uğurların real göstəricisidir. Sağlam cəmiyyətin qurulması üçün, ilk növbədə, dəstəyə ehtiyacı olan insanların yanında olmaq, onlara psixoloji, sosial və praktiki dəstək göstərmək əsas şərtdir”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov autizm spektr pozuntusu ilə yaşayan uşaqlar üçün təhsil və ünsiyyətin əsas açar vasitələr olduğuna diqqət çəkib: “Onların cəmiyyətə uğurlu inteqrasiyasının başlıca yolu məhz erkən müdaxilə, düzgün yönləndirilmiş təlim və dayanıqlı ünsiyyət bacarıqlarının inkişafıdır. Bu uşaqlar bəzi hallarda öz yaşıdlarından daha yaradıcı və fərqli düşüncə tərzinə sahib olurlar. Onların potensialını üzə çıxarmaq və dəstəkləmək bizim əsas məqsədimizdir. Təhsil Nazirliyi olaraq inklüziv təhsilin inkişafı bizim üçün prioritet sahələrdən biridir. Qürurla qeyd edə bilərəm ki, 2024-2025-ci tədris ilində artıq 79 nəfər autizmli uşaq sağlam həmyaşıdları ilə birlikdə ümumi təhsilə cəlb olunub. Bu, inklüziv təhsilin inkişafı istiqamətində atılmış mühüm bir addımdır və biz bu istiqamətdə işlərimizi daha da genişləndirməyə davam edəcəyik”.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, autizm sahəsində ali təhsil müəssisələrinin üzərinə ciddi və məsuliyyətli yük düşür: “Savadlı və ixtisaslı kadrların hazırlanması inklüziv təhsilin keyfiyyətli şəkildə inkişafına birbaşa təsir edən əsas amillərdəndir”. Rektor ali təhsil sisteminin bu məsələdə təkcə elmi bilik verməklə kifayətlənmədiyinə diqqət çəkib: “Biz, eyni zamanda, fərqli fərdlərin cəmiyyətə inteqrasiyası üçün uyğun şərait yaradan mütəxəssislər yetişdirməliyik. Çünki fərqlilik dəyərdir və bu dəyər düzgün yönləndirildikdə böyük nəticələr doğurur. Bakı Slavyan Universitetində də bu istiqamətdə bir sıra uğurlu addımlar atılır. Hazırda universitetimizdə inklüziv təhsil sahəsində müxtəlif yeni layihələr həyata keçirilir. Əsas məqsədimiz peşəkar və dərin ixtisas biliklərinə malik mütəxəssislərin hazırlanmasıdır”.

A.Nağıyev qeyd edib ki, bu kadrlar yalnız Bakıda deyil, ölkənin müxtəlif regionlarında da fəaliyyət göstərməlidir: “İnklüziv təhsildə mütəxəssis çatışmazlığı ilə bağlı bir sıra yeni layihələr mövcuddur.

Əminəm ki, bu tədbir həm təhsil, həm də sosial dəstək sahəsində çalışan hər bir qurum üçün istiqamətverici olacaq. Fərqli fərdləri cəmiyyətə qazandırmaq, onların potensiallarını ortaya çıxarmaq bizim ortaq vəzifəmizdir”.

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva qeyd edib ki, autizmli şəxslərin cəmiyyətə effektiv inteqrasiyası, onların keyfiyyətli təhsilə çıxış imkanlarının artırılması, əmək məşğulluğunun təmin edilməsi, həmçinin cəmiyyətin autizm haqqında düzgün məlumatlandırılması diqqət və qayğı tələb edən məsələlərdir. O vurğulayıb ki, “Regional İnkişaf” İctimai Birliyinin 2018-2020-ci illərdə həyata keçirdiyi "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi əhəmiyyətli nəticələr əldə edib: “Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında 6 İnklüziv Təhsil Mərkəzi yaradılıb və tam təchiz edilib. Beynəlxalq ekspertlərlə birlikdə İnklüziv Təhsil üzrə Müəllim İnkişafı Proqramları hazırlanıb və onlar əsasında 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru, 400 müəllim-professor heyəti, 2 mindən çox tələbə, 600-dən çox valideyn inklüziv təhsil üzrə məlumatlandırılıb. Eyni zamanda, iki beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə olunaraq çap edilib. Bunlar ali və orta məktəblərə paylanılıb, inklüziv təhsilə dair portal yaradılaraq ictimaiyyətin istifadəsinə verilib”.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri Fidan Fərzəliyeva çıxışında deyib: “Uzun illər ərzində təhsil sistemindəki uyğunsuzluqlar və düzgün yanaşmaların olmaması səbəbindən bəzi uşaqlar, o cümlədən autizm spektr pozuntusu ilə yaşayanlar cəmiyyətdən kənarda qalıblar. Ancaq xoşbəxtlikdən bu gün vəziyyət tamamilə dəyişib. Artıq inklüziv təhsil prinsipləri geniş yayılıb, bu fərqliliklər isə dəyər kimi qəbul olunub”. O qeyd edib ki, inklüziv təhsilə dəstək göstərmək, əslində, gələcəyə dəstək verməkdir: “Bu, cəmiyyətin hər bir üzvünün inkişafını təmin etmək, fərqlilikləri dəyərləndirmək və insan potensialından tam şəkildə istifadə etmək deməkdir. “Azərbaycan Hava Yolları” QSC olaraq biz də sosial məsuliyyət çərçivəsində bu sahəyə diqqət yetirir, autizmli fərdlərin cəmiyyətə inteqrasiyası və məşğulluğu istiqamətində bir sıra addımlar atırıq. Təşkilatda bu problemdən əziyyət çəkən şəxslərin işlə təmin olunması üçün xüsusi proqramlar həyata keçirilir. Biz autizmli insanların əmək bazarına inteqrasiyasını yalnız sosial məsuliyyət deyil, həm də onların unikal bacarıqlarının üzə çıxarılması və bu bacarıqlardan səmərəli istifadə olunması kimi dəyərləndiririk. İnanırıq ki, belə tədbirlər sayəsində daha inklüziv, anlayışlı və ədalətli cəmiyyət qurmağa bir addım daha yaxınlaşırıq”, - deyə F.Fərzəliyeva bildirib.

“Kapital Bank”ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə autizmli fərdlərin cəmiyyətə inteqrasiyası və onların potensialının üzə çıxarılmasında birgə addımlar atmağın vacibliyinə diqqət çəkib: “Autizm fərqlilikdir, qüsur deyil. Bu fərqliliklərin arxasında isə çox zaman güclü intellekt, yaradıcı yanaşma və unikal bacarıqlar gizlənir. Lakin bu bacarıqların parlaması üçün düzgün təlim, dəstək və anlayış vacibdir”.

Daha sonra bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə şirkətxarici kommunikasiyalar rəhbəri Tamam Bayatlı çıxışında inklüziv təhsil sisteminin inkişafı, ixtisaslı mütəxəssislərin hazırlanması və məşğulluq imkanlarının yaradılmasının bu prosesin əsas dayaqları olduğunu deyib. Onun sözlərinə görə, dövlət qurumlarından tutmuş ali təhsil müəssisələrinə, beynəlxalq əməkdaşlıqlardan tutmuş özəl təşkilatlara qədər hər kəs bu yolda məsuliyyət daşıyır.

Açılış mərasiminin bədii hissəsi “Mavi Ürəklər” inklüziv musiqi qrupunun çıxışları ilə yekunlaşıb.

Aprelin 25-dək davam edəcək beynəlxalq konfransda “İnklüziv siniflərdə autizmli şagirdlərə bacarıqların öyrədilməsi barədə tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda seminarlar keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!