04 Aprel 2025 08:00
1499
SİYASƏT
A- A+
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır


Prezident Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi  səfəri əlaqələrin inkişafına mühüm təkan verəcək


Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan xarici dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Azərbaycanın bir çox dövlətlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri mövcuddur. 

Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edir. Onlardan biri də Almaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindəndir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də ölkəmizə rəsmi səfəri isə iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verərək gələcək yaxın əməkdaşlıq üçün əlverişli imkanlar yaratdı.

Səfərin məqsədi ölkələrimiz arasında olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İki ölkənin prezidentləri arasında keçirilən görüşlərdə müzakirə edilən məsələlər münasibətlərin daha da gücləndirilməsinə müsbət impuls verdi.

Onu da vurğulamalıyıq ki, ikitərəfli münasibətlərin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəri kimi yadda qaldı. 

Azərbaycan-Almaniya münasibətlərinin əsası 1992-ci il yanvarın 12- də qoyulub. Həmin vaxt Almaniya Azərbaycanın müstəqilliyini tanıyıb və bir ay sonra iki ölkə arasında diplomatik münasibətlər qurulub. Hər iki ölkədə səfirliklər fəaliyyətə başladıqdan sonra Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrdə geniş əməkdaşlıq həyata keçirilib. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlığı daha da möhkəmləndirib. 

Bu əməkdaşlıq hökumət və parlament başçılarının qarşılıqlı səfərləri zamanı daha da inkişaf edib. İki ölkə arasında indiyə qədər 77 sənədin imzalanması ikitərəfli əməkdaşlığın dinamik inkişafından xəbər verir. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Almaniya Bundestaqında isə Azərbaycanı da əhatə edən Almaniya-Cənubi Qafqaz parlament qrupu fəaliyyət göstərir. 

Almaniya Prezidentinin bu səfəri iki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağından xəbər verir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatında da diqqətə çatdırdı: "Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir".

Azərbaycan Prezidenti iki ölkə arasındakı iqtisadi əlaqələri dəyərləndirərək bildirdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr hər iki tərəfi ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olub. Ona görə Azərbaycan hesab edir ki, gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılmalıdır. Bu, xüsusilə bərpaolunan enerji sahəsində də reallaşmalıdır. Çünki bu sahədə Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları mövcuddur: "Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir".

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə Azərbaycanın əlverişli coğrafi mövqeyini dəyərləndirərək ölkəmizin böyük potensiala sahib olduğunu vurğuladı. Onun fikrincə, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində Azərbaycanın rolu var. 

"Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək", - deyə Almaniya Prezidenti vurğulayıb. 

Prezident Frank-Valter Ştaynmayer Azərbaycana təşəkkürünü də çatdırdı. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsi zamanı baş vermiş gərginlikdə Almaniyanın qaz təchizatında yaranmış problemin həllidir. Belə ki, 2022-ci ildə Almaniyanın qaz təchizatında problem baş verib: "Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. 

Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var".

Göründüyü kimi, aparılan danışıqlar, verilən tapşırıqlar, gəlinən ümumi razılıqlar onu deməyə əsas verir ki, Azərbaycan-Almaniya siyasi-iqtisadi münasibətlərində yeni uğurlu mərhələ başlayır. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub  

09:19
10 Aprel

Maarifçi xeyriyyə cəmiyyətləri

09:00
10 Aprel

Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri

08:55
10 Aprel

İhsan Doğramacı fenomeni

08:50
10 Aprel

BP-dən təhsilə növbəti dəstək

08:45
10 Aprel

Dünya COP30-a hazırlaşsa da...

08:40
10 Aprel

Tikdikləri əsrlərə yadigar... 

08:35
10 Aprel

Rəsmi İrəvan mina terroruna son qoymalıdır

08:30
10 Aprel

Dildə barış, əməldə savaş

08:25
10 Aprel

Rəsmi İrəvan sülhü oda atır

08:20
10 Aprel

"Qərbin Cənubi Qafqazla bağlı planları iflasa məhkumdur"

08:15
10 Aprel

Ermənistanın xilası sülh müqaviləsidir 

08:10
10 Aprel

İkili standartlar tarixi ədalətin bərpasına mane ola bilməz

08:05
10 Aprel

44 ölkə, 80-dən çox beynəlxalq ekspert

08:00
10 Aprel

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

03:53
10 Aprel

A.N.Eminovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

03:52
10 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili" adlı müsabiqə keçirir

03:51
10 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili" adlı müsabiqə həyata keçirir

03:51
10 Aprel

Dövlət komitəsinin sədri Zərdabda məscidlərin fəaliyyəti ilə tanış olub  

23:46
09 Aprel

Ersin Tatar: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm  

23:45
09 Aprel

ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb  

22:37
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!