10 Aprel 2025 08:15
480
SİYASƏT
A- A+
"Qərbin Cənubi Qafqazla bağlı planları iflasa məhkumdur"

"Qərbin Cənubi Qafqazla bağlı planları iflasa məhkumdur"


"Bəzi Qərb dövlətlərinin ikili standartlara əsaslanan, qərəzli siyasətinin yaratdığı problemləri sadalamaqla bitməz. Azərbaycan dövləti Qərbin qərəzli siyasəti ilə çox üzləşib. İstər keçmiş işğal illərində,  istərsə də postmüharibə dövründə bəzi Qərb dövlətlərinin həyata keçirdiyi siyasət birmənalı şəkildə regionumuzda təhlükəsizliyin təmin olunmasına təhdid yaradır". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Deputat bildirib ki, qərəzli, beynəlxalq hüquqa zidd siyasəti ilə dünyada özünü nüfuzdan salan Fransanın regionumuzda Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək əvəzinə Ermənistanı silahlandırması yeni münaqişə ocağı yaratmağa hesablanıb. Bu siyasət, əslində, Qərbin Cənubi Qafqazla bağlı planlarını növbəti dəfə açıq şəkildə ortaya qoyur. Reallıq budur ki, Qərb Ermənistanı silahlandırmaqla təkcə onu yeni müharibəyə hazırlamır, digər yandan, Cənubi Qafqazla bağlı planlarını mərhələli şəkildə həyata keçirməyə cəhdlər edir. "Qərb regionda öz maraqlarını həyata keçirmək,  bölgəni təsir dairəsində saxlamaq üçün Ermənistandan istifadə edir. Bu siyasət Ermənistan üçün yaxşı heç nə vəd etmir. Casus funksiyası yerinə yetirən Avropa İttifaqının Ermənistandakı missiyası da bu planın tərkib hissəsidir. Bayden-Blinken administrasiyası dövründə həm dünyada, həm də Cənubi Qafqazla bağlı dağıdıcı, riyakar siyasətin şahidi olduq. Qərbin otuz il ərzində qurduğu bütün planlar Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində darmadağın oldu", - deyə deputat əlavə edib.

V.Rəhimzadə qeyd edib ki, Qərbin regionla bağlı növbəti planları da iflasa məhkumdur. Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı da bildirdi ki, Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb. Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə,  əgər xəritəyə baxsaq, Azərbaycanın burada əsas yer tutduğunu görə bilərik. Bəziləri Azərbaycanı nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!