13 Dekabr 2025 10:41
451
SİYASƏT
A- A+
Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

Mən elə bir nəslin nümayəndəsiyəm ki, həm insani, həm də peşəkar formalaşma dövrümüz 1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı illərə təsadüf edir. Həmin vaxt mən çox gənc idim, lakin bu hadisə bizim hamımız üçün böyük miqyaslı dönüş nöqtəsi oldu. Cəmi bir neçə ay ərzində Azərbaycan Sovet İttifaqının ən parlaq, qabaqcıl və güclü respublikalarından birinə çevrilməyə başladı.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərlə söhbətində tanınmış rusiyalı jurnalist, bakılı Mixail Qusman bildirib.

“Biz respublikamızla və liderimizlə səmimi şəkildə qürur duyurduq və o vaxtdan artıq onu məhz lider kimi qəbul edirdik. Heydər Əliyev gənc idi, güclü və enerjili idi, hələ 50 yaşı tamam olmamışdı. O, güc, iradə və əminlik saçırdı. Biz heç olmasa nədəsə ona bənzəməyə və onun müəyyən etdiyi yüksək meyarlara uyğun gəlməyə çalışırdıq”, – deyə Qusman vurğulayıb.

Onun sözlərinə görə, sonrakı illərdə Heydər Əliyev böyük Sovet İttifaqının rəhbərlərindən birinə çevrildi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu.

“Biz əmin idik ki, elə bir gün gələcək o, daha yüksək vəzifələrə qalxacaq”, – deyə jurnalist qeyd edib.

Heydər Əliyevin sonralar ağır xəstəlik keçirdiyini və bir çoxlarının onun yenidən fəal siyasi fəaliyyətə qayıdacağına inanmadığını xatırladan jurnalist bildirib ki, buna baxmayaraq, görkəmli siyasi xadimin mənəvi gücü, cəsarəti və iradəsi və ən əsası, ölkəsinə qarşı məsuliyyət hissi qeyri-mümkünü mümkün etdi.

“Respublikanın parçalandığı bir vaxtda xalq onu geri dönməyə və ölkəni xilas etməyə çağırdı. O isə yalnız bu çağırışı əsas götürərək geri döndü və ilk prezident seçkilərində demək olar yekdilliklə prezident seçildi. Bu isə o demək idi ki, o, arxasında xalqın etimadı olan liderdir”, – deyə Qusman vurğulayıb.

Ümummilli Liderə həsr olunmuş “Liderin qəlbi” sənədli filmi barədə danışan Mixail Qusman qeyd edib: “Biz onun haqqında film çəkdik və mümkün qədər çox tamaşaçının izləməsini istərdim. Mən əminəm ki, lider olmaq sadəcə sonradan əldə edilən keyfiyyət deyil, lider doğulmaq lazımdır. Heydər Əliyev məhz belə bir lider kimi dünyaya gəlib”.

Əgər yenidən Heydər Əliyevlə görüş imkanı olsaydı, ona verəcəyi son sualın nə olacağı barədə sualın cavabında Qusman deyib: “Zamanı geri qaytarmaq mümkün deyil və bu söhbəti canlı təsəvvür etmək də mümkün deyil. Lakin mən tez-tez onun xatirəsinə müraciət edirəm. Yəqin ki, belə soruşardım: “Heydər Əliyev, sevimli Azərbaycanınızın bu günkü həyatından razısınızmı?” Mən əminəm ki, o, gülümsəyərək cavab verərdi: ‘Bəli, razıyam’.”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 59 cinayətin açılması təmin edilib

10:35
03 Mart

Dünya birjalarında neft bahalaşıb

10:24
03 Mart

Dünya bazarında qızıl və gümüşün bahalaşması davam edir

10:19
03 Mart

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:15
03 Mart

Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb  

10:15
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edir YENİLƏNƏCƏK

10:08
03 Mart

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!