03 Mart 2026 08:45
149
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır


Prezident İlham Əliyevin  Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri zamanı ali qonaqla istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində iki ölkə arasında tərəfdaşlığın bir çox vacib sahəsi əhatə olundu. Efiopiya uğurla inkişaf edən ölkədir, o cümlədən iqtisadiyyatı getdikcə artır. Bu səbəbdən iqtisadi sahələrdə, məsələn, energetika, kənd təsərrüfatı  sahələrində  əlaqələri genişləndirmək maraq doğurur.

Əvvəla xatırladaq ki, Efiopiya Şərqi Afrikada yerləşir. Bu, dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Eritreya, şimal-şərqdən Cibuti və tanınmayan Somalilend, şərqdən Somali, cənubdan Keniya, qərbdən Cənubi Sudan, şimal-qərbdən isə Sudanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Əddis-Əbəbədir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il noyabr ayının 2-də qurulub.  

Efiopiya aqrar ölkədir. Ərazisinin 11 faizi  becərilir, 20 faizini  çəmən və otlaqlar, 13,3 faizini meşələr tutur. Əkinçilik kənd təsərrüfatının başlıca sahəsidir. Ölkənin şimalında dincə qoyulan əkinçilik, digər rayonlarında isə tala əkinçiliyi yayılıb. İxrac bitkiləri arasında Harar, Kefa və Sidamo rayonlarının plantasiyalarında becərilən, həmçinin şimal  və cənubunda dağlarda yabanı halda bitən qəhvə mühüm əhəmiyyət kəsb edir. Plantasiya təsərrüfatları qəhvə yığımının cüzi hissəsini təmin etsə də, onlarda daha bahalı sortlar yetişdirilir. Ərzaq bitkiləri darı, həmçinin arpa, qarğıdalı, buğda, paxlalılardır. Texniki bitkilər arasında şəkər qamışı əsas yer tutur. Yağlı bitkilər (noxud, küncüt, gənəgərçək və s.), pambıq, tütün də becərilir. Ölkədə  həmçinin heyvandarlıq inkişaf edib.

Efiopiyanın sənayesində toxuculuq və dəri-ayaqqabı məmulatı istehsal edilir. Sement, metallurgiya, ağac, metal və neft emalı, maşınqayırma müəssisələri fəaliyyət göstərir. Burada eləcə də kustar istehsal inkişaf edib. Toxuculuq, dəri, sümük, ağac və s. üzərində işləmə geniş yayılıb. Əsas mərkəzlər  Əddis-Əbəbə, Dıre-Dauadır.

Qəhvə, dəri, xəz, heyvandarlıq məhsulları, toxum yağları  Efiopiyanın  ixrac etdiyi başlısa məhsullardır. Əsas idxal isə neft və kimya məhsulları, dərman preparatları, maşınqayırma avadanlıqlarıdır. Efiopiya  İsveçrə, Çin, ABŞ, Niderland,  Səudiyyə Ərəbistanı  ilə idxal-ixrac əməliyyatları aparır.

Azərbaycan-Efiopiya iqtisadi əməkdaşlığının tarixi hələ ki, qısadır. Bunu Efiopiyanın  Baş naziri Abiy Əhməd Əli  də ölkəmizdə səfərdə olarkən qeyd edib və perspektivlər  barədə danışıb: "Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ, sadəcə, başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik. İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında, həmçinin çox uzlaşma mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə, hər iki ölkə üçün fərq yaradacağıq".

Qeyd edək ki,  keçən il fevralın 16-da Əddis-Əbəbədə Efiopiya İnvestisiya Holdinqi (EİH) ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) arasında strateji əməkdaşlığın təşviqi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd tərəflər arasında bilik və təcrübə, eləcə də texnologiya mübadiləsi və birgə investisiya təşəbbüsləri kimi əsas sahələrdə əməkdaşlıq üçün çərçivə yaratmağı hədəfləyir.

İmzalanma mərasimindən sonra  tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, Anlaşma Memorandumunun Efiopiya və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək yolunda mühüm addım  olduğu bildirilib. Qeyd olunub ki, bu, investisiya idarəçiliyi sahəsində qarşılıqlı təcrübədən istifadə etməklə, dayanıqlı iqtisadi artımı dəstəkləyən sahələrdə səmərəli əməkdaşlıq üçün zəmin yaradacaq. Bu əməkdaşlıq bilik transferi, texnoloji nailiyyətlər və dövlət müəssisələrinin fəaliyyətini gücləndirəcək birgə təşəbbüslər üçün yeni imkanlar açacaq.

Anlaşma Memorandumunun imzalanması hər iki qurumun iqtisadi transformasiyanı təşviq etmək, dövlət müəssisələrinin fəaliyyətini optimallaşdırmaq və qarşılıqlı maraq doğuran digər sahələrdə yeni investisiya imkanlarını üzə çıxarmaq səylərinin möhkəmləndirilməsi məqsədini daşıyır.

Ötən il noyabrın 25-də isə ölkənin paytaxtı Əddis-Əbəbədə Afrika qitəsində ilk dəfə olaraq Azərbaycan iş adamlarının iştirakı ilə I Azərbaycan-Efiopiya Biznes-Forumu keçirilib. 100-dən çox iştirakçının qatıldığı forum Afrika-Azərbaycan Ticarət Əlaqələri Təşkilatı (Africa-Azerbaijan Cooperation  - AFAZ) təşkilatçılığı və Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyinin dəstəyi ilə reallaşıb. 

Bu dəfə Bakıda da əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bunların sırasında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu" da var. 

Prezident İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə söhbəti zamanı iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Eləcə də kənd təsərrüfatı, mədən sənayesi, enerji, energetika, rəqəmsal transformasiya, süni intellekt sahələrində birgə kadr hazırlığı, turizm, mədəniyyət, təhsil, o cümlədən tələbə mübadiləsinin həyata keçirilməsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.Eyni zamanda Efiopiyada "ASAN xidmət" konsepsiyası əsasında mərkəzlərin uğurla fəaliyyət göstərməsi, həmçinin DOST təcrübəsinin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.

"Əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək", - deyə dövlətimizin başçısı əlaqələrin genişlənəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!