20 Mart 2025 08:00
544
CƏMİYYƏT
A- A+
Son 5 ilin Novruzu

Son 5 ilin Novruzu


Əsrlərlə yaşı olan bu bayramı indi xüsusi ovqatla qeyd edirik


"Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə qoyub getdiyi ən gözəl yadigardır. Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı olan bu el bayramı gəlişi ilə ömrümüzü bəzəyir. Hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. 

Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərə, xoş arzulara yol açır, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadır, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllərə əsaslanır. 

Artıq beşinci ildir ki, Novruzu insanlarımız böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar. İndi gözəl məkanımız olan Qarabağda da bayram tonqalları çatılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər ordumuzun gücü ilə işğaldan azad etdiyi əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. 

Hər zaman olduğu kimi, bu gün də xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilərək dünyada təbliği, ulularımızdan miras qalmış misilsiz sərvət kimi gələcək nəsillərə ötürülməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas prioritetlərindəndir. Ümummilli Lider Heydər Əliyevin tarixi köklər üzərində milli inkişaf ideyalarını bu sahədə də uğurla davam etdirən dövlətimizin rəhbəri çıxışlarında, siyasi qərarlarında mənəvi dəyərlərin Azərbaycan cəmiyyətindəki mühüm rolunu daim aktuallaşdırır, onların müasir dövrün tələblərinə uyğun yaşadılmasını təmin edir. Xalqımızın mənəvi dünyasında və həyatında xüsusi yer tutan Novruz bayramı da cənab İlham Əliyevin xüsusi önəm verdiyi əsas milli-mənəvi dəyərlərimizdəndir. 


Milli özünüdərk bayramı


Ümumən, Azərbaycan dövlətinin inkişafına, xalqımızın tərəqqisinə çalışan bütün böyük şəxsiyyətlərimiz Novruz bayramına yüksək ehtiram göstərmişlər. Bu da onun mahiyyətinin, fəlsəfəsinin milli özünüdərk, milli kimlik baxışları ilə uzlaşmasından irəli gəlir. 

Bu baxımdan, Azərbaycan Prezidentinin həyata keçirdiyi milli dövlətçilik siyasəti ilə Novruz bayramının təlqin etdiyi mənəvi ideallar arasında kifayət qədər paralellər var. Bu gün cənab İlham Əliyevin müəllifliyi ilə yazılan milli salnaməmizdə - tarixin ən qüdrətli Azərbaycanının dövlətçilik hekayəsində Novruz bayramı da parlaq bir səhifə, bizi əcdadlarımızla bağlayan qırılmaz bağ, əsrlərdən-əsrlərə mənəvi körpü, gələcəyə doğru yolumuzun möhkəm təməlidir.   

Novruz bayramı zaman-zaman yenilənmənin təcəssümüdür, hər dönəmdə qarşıya yeni hədəflər qoymağın, onlara doğru uğurlu başlanğıcların, işin, əməyin, quruculuğun, abadlığın böyük arzu və ümidlərin ifadəçisidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan da zaman-zaman yenilənir, tərəqqi edir, keçmişin sıxıntılarından, maneələrindən qurtulur, həyata keçirilən ardıcıl quruculuq tədbirləri ilə gündən-günə abad olur. Yeni strateji dönəmdə böyük hədəflərinə doğru mətin və məqsədyönlü addımlar atır.  

Minilliklər boyu qeyd olunan bu el bayramı, təkcə təbiətin yenilənməsi və baharın gəlişi ilə deyil, həm də xalqımızın adət-ənənələri, mədəni kimliyi və sosial həmrəyliyi ilə sıx bağlıdır. Novruz hər bir kəsin ruhunu, tarixini və irsini əks etdirən ən mühüm bayramlardandır. Belə mənəvi dəyərlərimizin gücü ilə xalqın milli yaddaşı itmir. Təzyiqlər qarşısında aşınması mümkün olmur. Əksinə, daha da güclənir, möhkəmlənir, nəsillərdən-nəsillərə ötürülür. Elmi cəhətdən daim öyrənilir. Bu bayrama aid folklor nümunələri sənədləşdirilib. Novruzun bir çox simvolları mədəniyyət və incəsənətimizin qiymətli incilərinə çevrilib. Bizi bütün dünyada tanıdan atributlar sırasında qərarlaşdırıb.

Bu bayramın tarixi zamanın ən qədim qatlarına qədər gedib çıxır. Ona görə də Novruz əsrlər boyu Azərbaycan xalqının həyat tərzində mühüm yer tutmuşdur. 

Ümummilli Lider Heydər Əliyev Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşırdı. Bu bayram müəyyən dövrlərdə qadağalara, təzyiqlərə məruz qalmışdır. Əvvəlcə imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşımızdan silib ilhaq etdikləri ərazilərdə yeni bayramları dəbə gətirməklə onu gözdən salmağa böyük cidd-cəhd göstərmişlər. Bu ənənə sovetlər dönəmində daha ağrılı şəkildə davam etdirilmişdir. O, dini bayram hesab edilərək sovet dövləti tərəfindən unutdurulmağa çalışılmışdır. Ötən əsrin 60-cı illərinin sonlarında ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman qadağalar da tədricən səngimişdir.

Xalqın milli-mənəvi dəyərlərini daim uca tutan Ümummilli Lider Heydər Əliyevin fikirləri indiyə qədər Novruz bayramı haqqında yazılan, deyilən kəlmələrin ümumiləşmiş ifadəsi kimi tarixə əbədi həkk olunub: "Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq, hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır… Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir".


Bizi qoruyub yaşadan dəyərlərimiz


Novruz milli kimliyimizin nişanəsidir. Dəyərlərimiz cəmiyyətdə həmrəyliyi qoruyan, insanların birliyini gücləndirən, xalqımızın tarixən malik olduğu multikulturalizm, tolerantlıq ənənələrinin ən gözəl xüsusiyyətlərini nümayiş etdirən mühüm amillərdəndir. Bu bayram zamanı ailələr, icmalar bir araya gəlir, qohumlar, dostlar bir-birini ziyarət edirlər. Novruz insanları sülhə, dostluğa, birlikdə mehriban yaşamağa çağırır. Dilindən, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq, insanlar Novruzda bir-biri ilə ünsiyyət qurur, bayram əhvali-ruhiyyəsini paylaşırlar. Beləliklə, bu ənənələr cəmiyyətin sosial strukturunun möhkəmlənməsinə və milli birlik hissinin formalaşmasına xidmət edir. Həmçinin Novruz bayramında edilən xeyriyyəçilik və yardımlaşma kimi adətlər bu cür gözəl davranışların aktuallaşmasına, gənc nəslin təmsilçiləri üçün parlaq nümunələrin yaradılmasına kömək göstərir. 

Prezident İlham Əliyevin xalqımızın belə mədəni sərvətlərinə həssas münasibəti xüsusilə qloballaşma dövründə müstəsna əhəmiyyət daşıyır. Məlumdur ki, qloballaşma iqtisadi, siyasi və texnoloji inteqrasiyanı sürətləndirərək insanlara müəyyən faydalar gətirdiyi qədər, eyni zamanda fərqli mədəniyyətlərin assimilyasiyası və homogenləşməsi təhlükəsini də artırır. Belə ki, fərqli mədəniyyətlər arasında sürətli informasiya və ideya mübadiləsinə səbəb olan qloballaşma bir tərəfdən mədəni zənginliyə gətirib çıxarsa da, digər tərəfdən yerli və milli dəyərlərin itirilməsi riskini yaradır. 

Bu cür şəraitdə milli-mənəvi dəyərlər xalqların öz mədəni xüsusiyyətlərini qorumaq, qloballaşmanın mənfi təsirlərinə qarşı çıxmaq və milli kimliyini möhkəmləndirmək üçün əsas vasitəyə çevrilir. Bu iki proses arasında balansın təmin olunması, xalqın milli özünəməxsusluqlarının, malik olduğu dəyərlərin qloballaşmanın mənfi təsirlərindən nəinki qorunması, eyni zamanda qlobal mühitin yaratdığı imkanlardan faydalanaraq onların dünyaya uğurla təqdimatı, bu dəyərlərin mədəniyyət diplomatiyasının, turizm sənayesinin önəmli tərkib elementinə çevrilməsi isə Azərbaycan Prezidenti İlham Əliyev kimi yüksək strateji düşüncəli Liderlərin missiyasıdır.

Qloballaşmanın bəzi aspektlərinin fərdiliyin güclənməsinə və bununla bağlı çoxsaylı fəsadlara səbəb olduğu müasir çağlarda dövlətimizin başçısı məhz belə milli-mənəvi dəyərlərimizin cəmiyyət daxilində birlik və həmrəylik hissini möhkəmləndirdiyini, ailə bağlarının, insanlar arasında sıx sosial əlaqələrin, adət-ənənələrin mənəvi inancların cəmiyyəti bir arada saxlayan əsas faktorlar kimi çıxış etdiyini həssaslıqla nəzərə alır, dəyərlərimizə qayğıkeş münasibətilə bu amilləri gündəmə gətirir. 

Azərbaycan Prezidenti Novruz bayramı kimi milli-mənəvi dəyərlərimizi qloballaşma nəticəsində bəzi cəmiyyətlərdə maddi amillərin ön plana çıxması, mənəvi amillərin zəifləməsi, böyük-kiçik arasında sərhədlərin itməsi kimi reallıqlara qarşı qoyur. Ən azı Azərbaycan nümunəsində göstərir ki, belə bir dünyada milli-mənəvi dəyərlər əxlaqi prinsiplərin, humanizmin, sosial məsuliyyətin qorunmasına nə qədər böyük kömək göstərə bilər. 


Mənəvi işıq


Novruz böyük mənəvi gücə malikdir. Azərbaycan Prezidentinin dəyərlərimizlə bağlı həyata keçirdiyi siyasət təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Dövlətimizin başçısı bunları, o cümlədən Novruz bayramını dünyaya təqdim edir. Azərbaycan xalqı olaraq bizi bu dəyərlər işığında beynəlxalq aləmdə tanıdır. Bütün dünyanın bu dəyərlərin verdiyi istiqamətlə bəşəriyyətin gələcək xoşbəxtliyinə doğru aydın yol tapmasına çalışır.

Bu gün Azərbaycanın səsi-sözü dünyada eşidilir, dövlətimiz qlobal proseslərə təsir imkanları ilə nüfuzunu getdikcə artırır, türk dünyasının əsas inkişaf mərkəzlərindən biri kimi türkdilli dövlətləri milli-mənəvi dəyərlər ətrafında bir araya gətirir, Azərbaycanın regionda yaratdığı reallıqlarla türk dünyasının ortaq keçmişindən ortaq gələcəyinə doğru aydın bir yol başlanır. 

Ölkəmizin Prezidentinin rəhbərliyi, məqsədyönlü siyasəti, qətiyyəti ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bugünkü inkişafı, abadlığı, vətəndaşlarımızın getdikcə yüksələn rifahı insanlarımızın Novruz arzularının təcəssümüdür. Azərbaycan Prezidenti xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olmaqla bütün dünyada sülhün, daha gözəl bir dünyanın, insanın xoşbəxtliyi uğrunda əməkdaşlığın təmsilçisi kimi çıxış edir. Hər il Novruz bayramı ərəfəsində imzaladığı sərəncamlarla yüzlərlə ailəyə sevinc bəxş edir.

Dövlət rəhbərimiz regionda həqiqətən dayanıqlı sülh və təhlükəsizlik arzulayan bütün maraqlı tərəflərə əməkdaşlıq təklif edir. Bölgənin iqtisadi imkanlarını, kommunikasiya infrastrukturunu bu imkanlardan faydalanmaq niyyətində olan hər kəsin üzünə açır. Bu, ulularımızdan gələn yanaşmadır. Milli-mənəvi dəyərlərimizin təlqin etdiyi prinsiplərdir. Bunlar o dəyərlər, prinsiplərdir ki, əsrlərlə özünü doğruldub. Dünyanın ən müxtəlif məkanlarında dəfələrlə sübuta yetirib ki, sülhün, mehriban münasibətlərin, qarşılıqlı əməkdaşlığın, müştərək faydalar yaratmağın alternativi, müharibəninsə axırı yoxdur. Kin-küdurət, əbədi nifrət duyğusu fərdi də, bütövlükdə toplumu da kiçildir, cılızlaşdırır, insanlıq normalarından uzaqlaşdırır.

İnsanın xoşbəxtliyi, rifahı barışdadır, qarşılıqlı hörmətdədir, keçmişin qaranlıq səhifələrini qapadıb gələcəyə yönəlməkdədir. Yeni sabahları yeni niyyətlərlə, işıqlı amallarla qarşılamaqdadır. Bu gün Azərbaycan sülh proseslərinə sadiqliklə, Ermənistanla sülhün əldə olunması üçün üzərinə düşən işləri ən yüksək səviyyədə yerinə yetirir və bütün dünyaya öz dəyərlərinə, prinsiplərinə nə qədər bağlı olduğunu göstərir.

Novruz bayramı Azərbaycan cəmiyyətində faydalı adət-ənənələri yaşadır. Bu ənənələrin qorunmasında, yeni çağırışlara uyğun inkişaf etdirilməsində, beynəlxalq aləmdə təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. 

Mehriban xanımın təşəbbüsü və ardıcıl səyləri nəticəsində 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin dünyada tanınması və qorunması üçün atılan ən mühüm addımlardandır. 2010-cu ildə isə BMT Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. Mehriban xanım Əliyeva bu prosesdə də xüsusi rol oynayaraq Novruzun beynəlxalq səviyyədə qeyd edilməsinə töhfə verib. 

Bu qərarlar bayramın yalnız bir neçə xalqın deyil, bəşəriyyətin ortaq mədəni dəyəri olduğunu təsdiqləyib, onun geniş şəkildə qeyd edilməsinə şərait yaradıb, dünya mədəni irsinin bir hissəsi kimi qorunmasına, tanıdılmasına və inkişaf etdirilməsinə mühüm töhfə olub. 

Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu hər il bu bayrama həsr olunmuş mədəni tədbirlər, sərgilər, konsertlər təşkil edir. Həmin tədbirlər vasitəsilə milli musiqi, folklor və xalq sənətkarlığı ənənələri yaşadılaraq geniş kütlələrə çatdırılır. Novruz atributları, onların mahiyyəti, o cümlədən xalq oyunları və digər mədəni ənənələr geniş şəkildə təbliğ edilir. 

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu hər il uşaq evləri, internat məktəbləri və aztəminatlı ailələr üçün şənliklər təşkil edir. Uşaqlara hədiyyələr paylanır, bayram süfrələri qurulur. Novruz bayramı günlərində şəhid ailələrinə, müharibə veteranlarına xüsusi diqqət ayrılır. Heydər Əliyev Fondu bayram münasibətilə müxtəlif yardım kampaniyaları həyata keçirir, ehtiyacı olan insanların ərzaq və digər vacib ehtiyaclarını təmin edir.

Daha bir xoş məqamsa bundan ibarətdir ki, Novruzla bağlı ziyarətlərdə, xeyriyyə tədbirlərində Azərbaycan Prezidentinin övladları da fəal iştirak edir, onların bayram mərasimlərində iştirakı minlərlə insana unudulmaz sevinc, xoş təəssüratlar bəxş edir.


Azad yurdlarımızda alovlanan bayram tonqalları 


Hər bir dəyəri yaşadan insanlardır. Novruz bayramı kimi dəyərlərin var olması,  bütün çağlarda öz əsas məzmununu qoruması və bu məzmunda milli-ictimai yaddaşın mühafizəsi üçün də hər zaman onları yaşadan, bununla başqalarına da nümunə göstərən insanlara ehtiyac var. Bu baxımdan, cəmiyyətimiz üçün Novruz bayramına münasibətdə ən parlaq nümunəni elə məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaradır.

Dövlətimizin başçısının rəhbərliyi ilə Novruz bayramı hər il yüksək səviyyədə və böyük təntənə ilə qeyd olunur. Cənab İlham Əliyev ailə üzvləri ilə birlikdə Novruz şənliklərində iştirak edir, bayram münasibətilə xalqa təbriklərini yetirir. Hər çıxışında Novruzun milli-mənəvi dəyərlər sistemimizdəki yerini, rolunu vurğulayaraq, onun Azərbaycan xalqının tarixi kökləri ilə sıx bağlılıqlarına diqqət yönəldir. Prezident İlham Əliyevin alovlandırdığı Novruz tonqalları bütün Azərbaycan ailələri, tarixi Vətəndə nəfəs alan hər bir dünya azərbaycanlısı üçün böyük bir qürur doğurur. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində bayram tonqalları çatıldı. Azərbaycan Prezidenti növbəti bayram tonqalını Ağdərə rayonunun Həsənriz kəndində sakinlərlə birlikdə alovlandırdı. Yurdumuzun qalibiyyət zirvəsində şölələnən bu tonqalların işığı bütün dünyaya gedib çatdı.  

Azərbaycan Prezidentinin alovlandırdığı o bayram tonqalından tariximizə şəfəq düşdü, nigaran ruhlar rahatlıq tapdı. Dövlət rəhbərimizin özünün də qeyd etdiyi kimi bu, böyük bir xoşbəxtlikdir və Azərbaycanın bu günlərinə şahid olmağın özü də hər birimiz üçün misilsiz bir səadətdir. Bu baxımdan, Novruz artıq sadəcə bir el bayramı deyil, həm də milli qürurun, qələbənin və suverenliyin rəmzidir.


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!