06 Aprel 2025 08:05
1456
SİYASƏT
A- A+
Avropa lideri ilə Cənubi Qafqaz lideri arasında iqtisadi əməkdaşlığın perspektivləri genişdir

Avropa lideri ilə Cənubi Qafqaz lideri arasında iqtisadi əməkdaşlığın perspektivləri genişdir


Azərbaycan Avropa İttifaqına daxil olan bütün ölkələrlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. Həmin əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır. Almaniya Avropada və  dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdəndir. Ona görə də bu ölkə ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsindədir. Almaniya isə Azərbaycanı neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlarından hesab edir.

Bu günlər Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri  həmin əlaqələrin uğurla irəlilədiyinin göstəricisidir. Prezident İlham Əliyevlə Frank-Valter Ştaynmayerin arasında keçirilən görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, ticarət, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Dövlətimizin başçısı Frank-Valter Ştaynmayerin Azərbaycana səfərini yüksək qiymətləndirərək iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını vurğulamışdır.

Dövlətimizin başçısı mətbuat üçün bəyanatında Azərbaycan və Almaniya arasında mövcud strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində aparılan  müsbət irəliləyişi dəyərləndirərək Almaniya şirkətlərinin gördüyü işlərin əhəmiyyətini belə qeyd etmişdir: "Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var".  

Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Onlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Benz", "Volkswagen"  kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsinin dəyəri təxminən 350-400 milyon avrodır. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Azərbaycandan isə Almaniyaya 2020-ci illə müqayisədə ixrac 3,3 dəfə artaraq 776,9 milyon dollara çatıb. Bütün bu faktlar o deməkdir ki, hər iki ölkə arasında iqtisadi əlaqələr gələcəkdə rekord həddə çata bilər. 

Ticarət əlaqələrində müşahidə olunan bu artım təbii ki,  təkcə idxal-ixracla məhdudlaşmır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  (İİTKM) Strateji Planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallı Azərbaycan-Almaniya iqtisadi əlaqələri barədə deyir ki, son 5 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi iki dəfəyə yaxın genişlənib. 2020-ci ildə 583,5 milyon dollar olan idxalın dəyəri 2024-cü ildə 1,4 dəfə artaraq 825,7 milyon dollara yüksəlib. Bu göstəricilər Azərbaycanın Avropa bazarına inteqrasiyasının gücləndiyini, Almaniya ilə iqtisadi əlaqələrinin davamlı inkişaf etdiyini sübut edir. Sənaye, enerji və innovasiya sahələrində yeni əməkdaşlıq imkanları Azərbaycan-Almaniya münasibətlərini daha da irəli apararaq strateji tərəfdaşlığın növbəti mərhələsinə qədəm qoymasına şərait yaradır.

 "Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir". Prezident İlham Əliyevin qeyd etdiyimiz bəyanatında dediyi fikirlərə söykənən İİTKM əməkdaşının sözlərinə görə, bu sahədə böyük təcrübəyə malik olan Almaniya şirkətləri ilə əməkdaşlıq ölkəmiz üçün strateji əhəmiyyət daşıyır: "Bu əməkdaşlıq çərçivəsində "yaşıl enerji" layihələrinin həyata keçirilməsi, innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılması əsas prioritetlər sırasındadır. Azərbaycan və Almaniya arasında davam edən dialoq bərpaolunan enerji sahəsində qarşılıqlı təcrübə mübadiləsi və yeni investisiya imkanlarının yaradılmasına töhfə verəcək". 

Məlumdur ki, Azərbaycan qabaqcıl neft ölkəsi olmaqla yanaşı, "yaşıl enerji"yə keçiddə də nümunə göstərir. Bu məqsədlə 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq, 2050-ci ilə qədər isə karbon  emissiyalarını 40 faiz azaltmaq əsas hədəflərdəndir. Həmin istiqamətdə Almaniya ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Enerji sektorunda strateji tərəfdaşlıq iki ölkə  arasındakı əlaqələrin dayanıqlı inkişafını təmin etməklə yanaşı, Azərbaycanın regional və qlobal enerji bazarlarında etibarıını və güvənini də artırır.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində - əlverişli strateji mövqedə yerləşməsi ölkəmizin böyük tranzit imkanlarına sahib olduğunu da göstərir. Əlavə etsək ki, Azərbaycan öz imkanları hesabına Orta dəhlizin inkişafı ilə də bağlı böyük işlər görüb, bu o deməkdir ki, həmin nəqliyyat xəttinin  etibarlı logistika üçün optimal varianta çevrilməsində də ölkəmizin rolu böyükdür. Almaniya və Azərbaycan iqtisadi əlaqələrinin yüksələn xətlə inkişafında  Orta dəhlizin önəmli faktor olduğunu  Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də xüsusi vurğulamışdır: "Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq".


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Artur Abramyan: Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi  

15:57
14 Aprel

Yaponiya əhalisinin sayı rekord dərəcədə azalıb

15:55
14 Aprel

Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub

15:36
14 Aprel

Dubay Beynəlxalq Hava Limanı dünyanın ən işlək aeroportu seçilib

15:34
14 Aprel

Heyvan yağlarına yeni alternativ yağ istehsal ediləcək

15:32
14 Aprel

Əlcəzair hakimiyyəti 12 fransız diplomatı ölkədən çıxarır

15:32
14 Aprel

ABŞ və İran danışıqların yerini dəyişə bilər

15:31
14 Aprel

Tacikistanda zəlzələ nəticəsində 94 yaşayış binası dağılıb

15:29
14 Aprel

ANAMA: Ötən həftə 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib  

15:01
14 Aprel

Xəzər dənizində zəlzələ olub

14:39
14 Aprel

AMADA "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirib

14:35
14 Aprel

Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

14:31
14 Aprel

AÇG və “Şahdəniz”dən hasil edilən qazın 36 faizdən çoxu ixrac edilib

14:30
14 Aprel

Baş prokuror Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib

14:29
14 Aprel

Kiyev 15 milyard dollara ABŞ-dan 10 ədəd “Patriot” sistemi almağa hazırdır

14:27
14 Aprel

Temperatur enəcək, leysan yağacaq - PROQNOZ

14:25
14 Aprel

Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib

14:12
14 Aprel

Azərbaycan Respublikasının kommersiya mübahisələrinə baxan hakimləri Türkiyədə səfərdə olublar  

14:01
14 Aprel

Ekvador Seçki Komissiyası hazırkı prezident Noboanı seçkilərin qalibi elan edib

13:17
14 Aprel

Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub  

13:15
14 Aprel

BƏT-in nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib  

13:12
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!