2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə aprelin 14-də Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib. Konfransda prokurorluq, hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında dayanan prioritetlərdən bəhs edib. Rektor qeyd edib ki, Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də regionun elmi-intellektual mərkəzi kimi formalaşmaq yolundadır. Şahin Bayramov xüsusilə vurğulayıb ki, universitetin fəaliyyətində Heydər Əliyev irsinin, dövlətçilik prinsiplərinin və suverenlik dəyərlərinin təbliği əsas istiqamətlərdəndir.
Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək, Heydər Əliyev irsinin təhsil sistemində milli ideologiyanın və dövlətçilik dəyərlərinin formalaşmasındakı rolunu diqqətə çatdırıb. Bildirib ki, gənc nəslin tərbiyəsi mühüm əhəmiyyət kəsb edir, hər bir gəncimiz tariximizə ehtiramla yanaşıb onu dərindən mənimsəməli, xüsusən xalqımızın qanı bahasına əldə edilmiş suverenliyimizin təminatını özlərinə ən ümdə məqsəd bilməldirlər. Nazir, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Qarabağda təhsil infrastrukturunun yenidən qurulmasının və təhsilin keyfiyyətli şəkildə bərpasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu ərazilərdə təhsil sistemi yalnız fiziki olaraq deyil, həm də mənəvi və ideoloji cəhətdən tam suveren Azərbaycan modelinə uyğun şəkildə yenidən formalaşdırılır.
Baş prokuror Kamran Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin suveren Azərbaycanın hüquqi əsaslarının formalaşdırılmasında müstəsna tarixi rolunu, Qarabağ bölgəsinə və ümumilikdə ərazi bütövlüyümüzə dair prinsipial mövqeyini qeyd edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Baş prokuror bildirib ki, Ümummilli Liderin dövlət quruculuğu və hüquqi islahatlar sahəsindəki fəaliyyəti nəticəsində bu gün Azərbaycanda müstəqil, demokratik və hüquqi dövlət bərqərar olub.
Kamran Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olması ilə yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulayıb.
Həmçinin çıxışda Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsindən, 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərindən danışılıb. Bildirilib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız tarixi Qələbə nəticəsində azad edilib. Dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə yanaşı, milli qürurumuzun bərpası həm də dünyaya ədalətin gec, ya da tez bərqərar olduğuna dair bir mesajdır.
Tarixə nəzər salan Baş prokuror SSRİ Nazirlər Sovetinin 14 oktyabr 1988-ci il tarixli qərarı ilə Xankəndi Pedaqoji İnstitutunun fəaliyyətinin dayandırılmasından illər sonra Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamasını, 2024-cü il sentyabrın 20-də universitetin təmirindən sonra açılışında şəxsən iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşməsini növbəti dəfə tarixi ədalətin bərqərar edilməsi kimi qiymətləndirib.
Tədbirdə, həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. O, çıxışında Qarabağın suveren Azərbaycan dövləti çərçivəsində inteqrasiyası, dövlət idarəçiliyinin bərpası və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verib, Heydər Əliyev irsinin bu prosesdə yolgöstərici rolunu xüsusi vurğulayıb.
Konfrans çərçivəsində “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Telman Kərimli, Xankəndi şəhər məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev, Xankəndi şəhər prokuroru Rəşadət Orucov və Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev çıxışlarında Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, hüquqi islahatlara yanaşması və suverenliyin qorunması istiqamətində atdığı addımlardan ətraflı bəhs ediblər. Məruzəçilər 1995-ci il Konstitusiyasına əsaslanan hüquqi bazanın bu gün də ölkənin inkişafına möhkəm zəmin yaratdığını bildiriblər.
Daha sonra Qarabağ Universitetinin “Maarifləndirmə və hüquq-mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi” (ECOLEAD) layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorunun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb.
Konfransda Baş Prokurorluq və Azərbaycan Televiziyası QSC ilə birgə ərsəyə gətirilmiş “Azərbaycanın suverenlik yolu” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Türkiyə klubu finalda
"İmişli" və "Karvan" Premyer Liqada
Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçildi
Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini anlayır və əvvəllər mövcud olan stereotiplərdən geri çəkilir
Tarix ən böyük ibrət dərsidir
Cümhuriyyət Ordusu 1920-ci il 28 aprel işğalının qarşısını ala bilərdimi?
Lerik kəndliləri builki baharı bərəkət fəsli adlandırırlar
Milli mətbuatımızın 150 illiyi ölkəmizdə geniş qeyd olunacaq
Avropa İttifaqı Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır
Mühüm mərhələnin başlanğıcı
Prezident İlham Əliyevin qətiyyətli tələbi
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmı şiş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi və “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarının ləğv edilməsi barədə
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələrin təsdiq edilməsi haqqında
“Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nın təsdiq edilməsi haqqında
“Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
“Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar”ın təsdiq edilməsi haqqında
Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!