27 Aprel 2025 08:30
562
SİYASƏT
A- A+
Tarix ən böyük ibrət dərsidir

Tarix ən böyük ibrət dərsidir


Fransa bundan nəticə çıxarmır


Fransanın iki yüzillik müstəmləkəçilik siyasətini Emmanuel Makron hökuməti təzyiqlərlə, təhdidlərlə davam etdirməyə çalışır. Lakin dövranın artıq müstəmləkəçilərin, işğalçıların xeyrinə olmadığını hər addımda görür. Fransa artıq müstəmləkə altında saxladığı ölkələrdə istədiyi kimi hökmranlıq edə bilmir. Uzun illərdir ki, Afrikada, Mayotda, Fransa Polineziyasında, Yeni Kaledoniyada, Korsikada və başqa ərazilərdə zülmlər, işgəncələr verdiyi, təbii sərvətlərini talayıb, ac-yalavac qoyduğu, adət-ənənələrini yaşatmağa, milli-mənəvi dəyərlərinə sahib çıxmağa imkan vermədiyi yerli sakinlər öz haqlarını tələb edirlər.

Müstəmləkəçilik siyasəti tarixinin səhifələrində qara ləkəyə çevrilmiş Fransa baş verənlərdən ibrət dərsi almaq niyyətində deyil. Rəsmi Paris bunu istilaçıları qovaraq öz ölkələrində azad yaşamaq istəyənlərə qarşı gördüyü sərt tədbirlərlə dönə-dönə təsdiq edir. Lakin Fransa hökumətinin müstəmləkə zəncirlərini qırmaqda israrlı olan xalqların gözlərini qorxutmaq cəhdi boşa çıxır. Çünki qorxu, xof yaratmaqla, günahsız insanları cəzalandırmaqla, həbsxanalara salmaqla müstəmləkə ölkələrindən eşidilən haqq səslərini boğa bilmir. 

Rəsmi Parisin əvvəlki kimi hökm verməkdə çətinlik çəkdiyi ərazilərdən biri də Yeni Kaledoniyadır. Fransa hökuməti təzyiqlərlə, həbslərlə də müstəqillik hərəkatının qarşısını ala bilmir.

Yeni Kaledoniyada növbəti qalmaqala sürücülük vəsiqələrində müstəqillik tərəfdarlarının (FLNKS) bayrağının yer alması səbəb olub. Yeni kaledoniyalıların hüquq və azadlıqlarını pozmaqda davam edən Fransa hökuməti məsələni məhkəmə yolu ilə öz xeyrinə həll etməyə səy göstərib. Rəsmi Paris yerli bayrağın götürülməsi ilə bağlı iki məhkəmə qərarı çıxarmağa nail olub. Yeni Kaledoniya hakimiyyət orqanları isə buna qarşı çıxıb. Əvvəllər Yeni Kaledoniyada sürücülərə verilən vəsiqələrin üzərində Fransa bayrağı ilə yanaşı, yerli bayraq da əks edilirdi.

Emmanuel Makron hökumətinin Yeni Kaledoniyada adi sürücülük vəsiqəsində oranın bayrağının əks olunmasına belə təhlükəli məsələ kimi baxması çox mətləblərdən xəbər verir. Bu, rəsmi Parisin Yeni Kaledoniyadakı hadisələrə necə böyük qorxu və həssaslıqla yanaşdığını göstərir.

Yeni Kaledoniyada ötən ilin mayında Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətl törədildiyi, 200 nəfərdən çox şəxsin saxlanıldığı unudulmayıb. O zaman Fransanın bu Sakit Okeandakı dənizaşırı ərazisində baş verən iğtişaşlar nəticəsində dəymiş ziyan ilkin olaraq 150 milyon avro dəyərləndirilib. Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsinin rəhbəri Mimsi Dali iğtişaşların region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini diqqətə çatdırmışdı.

Baş vermiş iğtişaşların, etirazların xofu, həyəcanı bütün keçmiş müstəmləkələrində nəyin bahasına olursa-olsun qalmağa çalışan Fransanı təşvişə salır.

Hind okeanı turuna çıxan Fransa prezidenti Emmanuel Makron Mayot və Reyunyondan sonra Madaqaskara gedib. Onun Reyunyon adasında səsləndirdiyi iddia belədir: "Hind-Sakit okean regionunda 8000-dən çox əsgərimiz var. Bu, gözlədiyimiz və inkişaf etdirdiyimiz işin nəticəsidir. Mən də buna görə Madaqaskarda Hind Okeanı Komissiyasında iştirak etmək istədim. Burada regional əməkdaşlıq və iqtisadi təhlükəsizlik məsələlərində Fransanın mövqeyini müdafiə edəcəyəm".

Madaqaskarda Fransa prezidenti məkrli niyyətini bir daha ifadə edib. Bu ölkəyə ikigünlük rəsmi səfər edən Emmanuel Makronun məqsədi ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və Hind okeanında Fransanın rolunu bir daha təsdiqləməkdir. Fransa rəhbəri Hind-Sakit okean strategiyasını inkişaf etdirmək üçün Hind okeanında fransızların təsirini artırmaq istəyir.

Fransa prezidenti ölkəsinin özünü regionda güclü dövlət kimi təqdim etdiyini bildirdi. Buna görə də ümid edir ki, Qəmər adalarının etirazına baxmayaraq, Mayotu Hind Okeanı Komissiyasının proqramlarına uyğunlaşdırmaq üçün imkanlara malik olacaq.

"Hind Okeanı Komissiyasının bazarını fəth etməliyik. Şərqi Afrika, Hind okeanı, müəyyən sektorlarda Hindistana qədər uzanan estafet... Biz dünyaları dəyişirik" deyən Fransa prezidenti əsl niyyətini - Hind okeanına böyük bazar kimi baxdığını dilə gətirdi.

Olduqca vacib strateji marşrut hesab edilən, Şimali Amerika və Avropa bazarlarına çıxmağa imkan verən, suları əhəmiyyətli qaz və neft ehtiyatlarına malik olan Mozambik kanalı barədə maraqlarını da Makron Madaqaskar səfərində bildirdi.

Hələ Mayot adasında olanda o, Mozambik kanalının malqaşlar üçün iqtisadi imkanlarını qeyd etdi. Vurğuladı ki, Fransanın iri şirkətləri tezliklə orada yerləşdirilməlidir.

Beləliklə, bir daha aydın oldu ki, Fransa hər birində qaranlıq müstəmləkə keçmişi olan ərazilərdən əl çəkmək, törətdiyi repressiya, zorakılıq və istismar siyasətinə görə üzr istəmək, yerli sakinlərə azadlıq vermək niyyətində deyil. Əksinə, rəsmi Paris qarət etmək, talamaq üçün növbəti planlar qurmaqdadır.

 Sülhlə işi olmayan Fransa hökuməti Cənubi Qafqazda da dincliyin hökm sürməsini, sabitliyin bərqərar olmasını qəbul edə bilmir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması rəsmi Parisin maraqları dairəsində deyil. Ermənistanla Azərbaycan arasında gərginliyi artırmaq, yeni münaqişə yaratmaq niyyətini müxtəlif vasitələrlə nümayiş etdirir. Vətən müharibəsindən sonra Fransanın rəsmi dairələrinin, parlament üzvlərinin ölkəmizə qarşı sərt bəyanatları suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı qərəzli mövqedən xəbər verir.

Fransa hökuməti bir tərəfdən də Ermənistana silah-sursat verərək müharibəyə təhrik edir. Ancaq Fransa da, Ermənistan da bir həqiqəti unutmamalıdırlar ki, tarix ən böyük ibrət dərsidir. Məqsədi, məramı sülh olan Azərbaycan işğalçılara, təxribatçılara layiq olduqları cavabı verməyə qadirdir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!