Adətən, insanlar bir işə başlamazdan öncə düşüncələrində götür-qoy edir, nəyi necə edəcəklərini özləri üçün qərarlaşdırırlar.
Müəyyən bir hadisə baş verəndə də onu təhlil edib aydınlaşdırmaq, çətin vəziyyətdən uğurla çıxmaq üçün düşünməyə, daha doğru və ağıllı qərarlar qəbul etməyə ehtiyac yaranır.
Bütövlükdə real addımlar atılmasının, hərəkətə keçilməsinin ilkin başlanğıcı məhz bu cür olur:
Əvvəlcə düşünmə, təhlil etmə, daha optimal qərarlar qəbul etmə, sonra isə hərəkətə keçmə.
Son illər Azərbaycan həm də bəşəriyyətin rahat, təhlükəsiz və firavan yaşayışının təmininə dəstək verilən, ağıllı ideyaların və konkret səmərəli təkliflərin irəli sürüldüyü bir ünvana çevrilmişdir.
Buna Azərbaycanın beynəlxalq nüfuzu, dünya iqtisadiyyatının inkişafına verdiyi töhfələr, gördüyü işlər, xüsusən uzun illər işğal altında qalan torpaqlarını azad etməsi də mənəvi haqq qazandırır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına sədrlik etməsi, Qoşulmama Hərəkatına uğurla rəhbərliyi və buna görə sədrliyinin daha bir il artırılması, 2011-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Humanitar Forumunun işi, COP29-un möhtəşəm səviyyədə keçirilməsi dünyanın diqqətini yenidən Bakıya yönəltmişdir.
Bu günlərdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin himayəçiliyi ilə daha bir ənənəvi beynəlxalq tədbir - XII Qlobal Bakı Forumu keçirildi.
Əvvəlki forumlar kimi budəfəki tədbir də dünyanı dərindən düşündürən və narahat edən, bir çox suallara cavab verilməsini istəyən məsələyə həsr olunmuşdu -"Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi".
Əvvəlkilər kimi bu forum da yüksək səviyyədə keçirildi, çox dəyərli fikirlər və təkliflər səsləndirildi, iştirakçılar dünyanın sabahı ilə bağlı bəzi narahatlıqlarını da dilə gətirdilər.
***
XII Qlobal Bakı Forumunda müxtəlif ölkələrdən gəlmiş 50-dən artıq böyük biliyə və təcrübəyə malik fəaliyyətdə olan, habelə sabiq dövlət və hökumət başçısı iştirak edirdi.
İştirakçıların çıxışlarında müxtəlif və rəngarəng fikirlər səsləndirildi, hətta onlardan üst-üstə düşməyənləri də oldu.
Lakin niyyət saf və sağlam idi, deyilənlər də yaxşılığa doğru dəyişmək istəyindən doğurdu.
Bir məsələdə isə hamı yekdil rəydə idi:
* Hazırda yeni dünya düzəni müəyyənləşir!
* Hələ də beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq konfiqurasiya kimsəyə bəlli deyil!
* Bəzi beynəlxalq təşkilatlar öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədirlər.
* Hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma, hətta beynəlxalq hüquqa belə arxalanmamalıdır!
* Yeni münasibətlərin necə qurulacağı hadisələrin sonrakı gedişindən məlum olacaqdır!
Yaxşı haldır ki, Azərbaycan bu dövrə də hazırlıqlı vəziyyətdə gəlir.
Ən əsası, əsas problemini qələbə ilə həll edərək ərazi bütövlüyünə və konstitusiya əsaslarının təmininə nail olub.
Milli maraqlarını özü öz gücü ilə təmin edir, heç bir kəsə, yaxud heç bir təsisata arxalanmır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev XII Qlobal Forumdakı çıxışında bütün bu vacib məsələlərə toxundu.
***
Dünya üçün faydalı olmaq, dövlətlərə böyük xeyir gətirəcək layihələr gerçəkləşdirmək, işlər görmək nədənsə heç də hamının xoşuna gəlmir.
Azərbaycanı gözü götürməyənlər, ona düşmən münasibəti bəsləyənlər hər vasitə ilə ona mane olmağa, qazandığı nailiyyətləri xəyanətkar üsullarla gözdən salmağa çalışırlar.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi edən Azərbaycan bir neçə dövlət və qurum tərəfindən belə yaramaz münasibətlə üzləşdi.
* Bu gün Azərbaycan dünyanın
12 dövlətinə təbii qaz ixrac edir və onlardan 10-u Avropa ölkəsidir.
* COVID-19 pandemiyası dövründə Azərbaycan 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərdi.
* "Yaşıl enerji" istehsalını sürətlə artıran ölkəmiz onun Avropaya ixracından ötrü Qara dənizin altı ilə kabel xətti çəkməyi planlaşdırır.
COP29-da isə iki mühüm problemin uğurlu həllinə nail oldu:
Əvvəla, on ildən artıq keçilməz sədd sayılan Paris Sazişinin 6-cı maddəsi üzrə konsensus əldə edildi.
İkincisi, bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara artırılmasına nail oldu.
Halbuki bəzi dövlətlər və beynəlxalq qurumlar COP29-u boykot yolu tutmuşdular.
ABŞ-nin Dövlət Departamenti, "The Washington Post", "The New York Times", "Politico", "Newsweek" və "Associated Press", Fransanın "Le Monde", "Le Figaro" və digər qəzetlər əleyhimizə sistemli təbliğat apararaq barəmizdə saxta xəbərlər yayırdılar.
Nəticə nə oldu?!
Biz istəyən kimi...
Çünki Azərbaycan yalnız özünə güvənir və onun rəhbəri İlham Əliyev nəyi nə vaxt və necə edəcəyini yaxşı bilir.
***
XII Qlobal Bakı Forumundakı çıxışında cənab İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinə də toxundu.
Bu da təsadüfi deyil.
Azərbaycan daim ABŞ-yə dost münasibəti bəsləyib və ehtiyac duyanda ona dostcasına kömək göstərib.
ABŞ-də 11 sentyabr terror aktı baş verəndə buna ilk reaksiya verənlərdən biri Azərbaycan oldu və daim onun yanında olacağını bəyan etdi.
ABŞ İraqda, Əfqanıstanda hərbi əməliyyatlar aparanda Azərbaycan yenə öz hərbi kontingenti ilə onun yanında dayandı.
2001-ci ildə Əfqanıstandakı əməliyyata qoşulan ilk qeyri - NATO dövləti və oradan sonuncu çıxan da Azərbaycan idi.
Elə ki, Bayden administrasiyası, necə deyərlər, yükünü təpəyə yığdı, Ermənistanın yanında dayanaraq 907-ci düzəlişi yenidən bərpa etdi, haylarla strateji tərəfdaşlıq barədə xartiya imzaladı.
ABŞ-nin Dövlət katibi Entoni Blinken isə ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin yeni administrasiyasının sələflərinin bu səhvini düzəldəcəklərini güman etdiyini bildirdi:
"Ümid edirik ki, yeni administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracayıq".
***
* Əgər dünya ikili standartlarla işləyirsə;
* Əgər beynəlxalq hüquq ayaq altında tapdalanırsa;
* Əgər sülh yaratmalı olan qurumların özü tərəf tutursa;
* Əgər təcavüzkar dövlət müdafiə edilərək silahlandırılırsa;
Onda güclü olmalısan!
Onda güclü olmağa borclusan!
Onda ədaləti, beynəlxalq hüququ öz gücünlə təmin etməyi də bacarmalısan!
Azərbaycan da belə etdi və dünyaya mükəmməl bir nümunə göstərdi!
* Vaxt vardı dünya sürətlə silahlanmanı tənqid edirdi...
* Vaxt vardı militarizm siyasəti qınanılırdı...
* Vaxt vardı "tankları əridərək məhsul istehsal edən dəzgahlar düzəldək" şüarı irəli sürülürdü.
Bu gün isə Avropa ölkələri dövlət büdcəsindən hərbi xərclərə daha çox vəsait ayırmağı planlaşdırırlar.
Bu gün Avropa dövlətləri bir-birilərindən Ukraynaya daha çox yardım ayırmağı tələb edirlər.
Bu gün Avropa İttifaqı Ukrayna ilə Rusiya arasındakı dağıdıcı müharibəyə son qoymaq barədə deyil, NATO vasitəsilə Ukraynanı müharibədən qalib çıxarmaq üzərində düşünür.
Dağılan yaşayış məntəqələri, vacib infrastruktur, qırılan genofond, qanı axıdılan mülki vətəndaşlar, qaçqına çevrilən insanlar kimsəni narahat etmir.
Bu müharibənin bir hədəfi də Ukraynanın nadir metal elementlərinə yiyələnməkdir.
Belə dünyada başı salamat saxlamaq heç də asan deyil!
* Güclü olmalısan!
* Ağıllı olmalısan!
* Doğru və uzaqgörən siyasət yürütməlisən!
* Milli maraqlarını qoruya bilməlisən!
* Azərbaycandan öyrənməyi və Azərbaycandan nümunə götürməyi bacarmalısan!
Odur ki, hamı Azərbaycana böyük həvəslə toplaşır, dünyanın gələcəyi ilə bağlı müzakirələrdə fəal iştirak edir, öz təcrübəsi barədə danışır, bildiklərini başqaları ilə səxavətlə bölüşür, ən əsası, dünyanın sabahı ilə bağlı narahatlığını söyləyərək birgə tədbirlər görülməsi, birlikdə doğru yol tapılması üçün fikir mübadiləsində aktiv iştirak edir.
Bəli, artıq on ikinci dəfədir ki, Qlobal Bakı Forumu dünyanın tanınmış siyasətçilərini, hazırkı və keçmiş dövlət başçılarını, müdrik və uzaqgörən insanlarını ətrafına toplayaraq maraqlı müzakirələr keçirir, dəyərli fikir mübadiləsinə, maraqlı təkliflər söylənilməsinə şərait yaradır!
Çünki Azərbaycanın niyyəti təmiz, məqsədi aydın, hədəfi sülh və əməkdaşlıqdır!
***
Mirzə Ələkbər Sabirin məşhur bir beyti var:
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!
Dünya yenə çalxalanır!
* Dövlətlər bir-biriləri ilə mehribancasına deyil, hədə, təhdid dilində danışmağa başlayıblar.
* Beynəlxalq hüquq selektiv şəkildə tətbiq olunur.
* Yaxın Şərqdə, Rusiya-Ukrayna cəbhəsində hələ də silahlar susmayıb və sülhün nə vaxt bərqərar olacağı bilinmir.
* Afrikada gərginlik davam edir.
Dünya birinciliyinə iddialılar məqsədlərinə necə çatacaqlar və görəsən, dünyanın qalan hissəsi bundan faydalanacaq, yoxsa ziyan çəkəcəkdir?!
Bütün bunlar dünyanın liderlərini, ağıllı siyasətçilərini düşündürən və narahat edən məsələlərdir.
Görünən isə odur ki, bu ziddiyyətli proseslər içərisində Azərbaycan da var.
Azərbaycan dünyada əmin-amanlıq, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma, qarşılıqlı faydalanma mühitinin yaranması üçün əlindən gələni edir.
Bir neçə iqtisadi əməkdaşlıq təşkilatına üzv olan Azərbaycan dünyada gedən proseslərə müsbət mənada təsir göstərməyi bacarır, səmərəli təşəbbüsləri və layihələri ilə hamıya fayda gətirə bilir.
Bu gün dünya Azərbaycan Prezidenti İlham Əliyevi sevir, ona hörmətlə yanaşır, onun rəhbərliyi və himayəçiliyi ilə keçirilən beynəlxalq tədbirlərə həvəslə qatılaraq səsinə səs verirlər.
Bu səslər o qədər güclü və faydalı olur ki, bədxahlarımızın səsini eşidilməz edir, əməllərini puça çıxarır!
Müharibələr, münaqişələr, qarşıdurmalar nə qədər kəskin olub uzun sürsələr də, sonda sülhlə nəticələnirlər.
Bu, birmənalıdır!
İlham Əliyevin Azərbaycanı isə bu gün hamını irəlicədən sülhə və əməkdaşlığa dəvət edir, inkişafın və sabitliyin yolunu göstərir, insan övladının sülh şəraitində rahat və təhlükəsiz yaşaması üçün imkanlarını və köməyini səxavətlə bölüşür.
Bəxtiyar SADIQOV
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Ağdam rayonunda mina hadisəsi baş verib
Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib
ANAMA-nın əməkdaşı minaya düşüb
Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib
“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Almaniyanın ən məşhur gölü quruyur
HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb
Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!