İnsan mənəvi dəyərlərə malik olan yeganə varlıqdır.
* İnsanda mənlik hissi olur.
* İnsanda qürur hissi olur.
* İnsanda özünə hörmət hissi olur.
Daxilində mənlik və qürur hissi olan, özünə hörmət edən insan heç zaman yalan danışmır, kimsəni aldatmır!
Dediyi sözün arxasından qaçmır!
Hər bir insan şəxsdir.
Amma hər bir insan şəxsiyyət olmur!
Yuxarıda dediklərimizi və demədiklərimizi özündə ehtiva edən insanlar şəxsiyyət hesab olunurlar.
Mənəvi dəyərlərdir insanı, şəxsi şəxsiyyətə çevirən!
Əsl şəxsiyyət özünə, sözünə, hərəkətlərinə, əməllərinə diqqət və qiymət verən dürüst insanlardan formalaşır.
Belələrinin bir adı da var:
Ləyaqətli insan!
Deyir dünyanı necə tutsan, eləcə də gedər!
Bu deyim isə digər qrup insanlara şamil olunur.
Yalançı, paxıl, hiyləgər, acgöz, xəbis, fırıldaqçı, etibarsız...
Bu sifətlərin sayını bir qədər də artırmaq olar.
Bunlar da insanlara aid "keyfiyyətlər"dir.
Amma ləyaqətsiz insanlara...
Nəfsini hər şeydən yuxarı tutan insanlara.
Cilddən-cildə girməyi bacaran insanlara...
Çox da uzatmırıq!
Həyatda hər iki qəbildən olanların təmsilçilərinə çox rast gəlmişik!
O xalq xoşbəxtdir ki, onun ləyaqətli, şəxsiyyətli övladları çoxdur!
Yazıq o xalqa, o millətə ki, ona ikinci qrupa mənsub insanlar rəhbərlik edir.
Bədbəxt o millətdir ki, ikiüzlülərin, yalançıların, riyakarların başçılığı altında çalışırlar.
Hətta yalanı, riyanı, çoxüzlülüyü özünə peşə seçən, gündəlik davranış normasına çevirən ölkələr, dövlətlər də olur!
Forpost Ermənistan kimi...
***
44 günlük Zəfər müharibəsində dünyanın ədalət tərəzisinin Cənubi Qafqazda əyilən pərsəngi düzəldi!
Bunu Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə etdi!
Ermənistan ordusunu məhv edərək qarşısında diz çökdürdü!
Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və 30 ilədək havada qalan 4 qətnaməsini ordumuzun gücü ilə yerinə yetirdi!
ATƏT-in Minsk qrupunun sülh danışıqları imitasiyası ilə işğalı əbədiləşdirmək niyyətinə son qoydu!
Bütün təsir, təzyiq, hətta hədələrə əhəmiyyət verməyərək sonadək məqsədə doğru getdi:
* Ərazi bütövlüyümüzü bərpa etdi!
* Dövlət suverenliyini və Konstitusiya əsaslarını təmin etdi!
* Rusiya sülhməramlılarını musiqi ilə, mehribanlıqla yola saldı!
Artıq Azərbaycan arxalı düşməninə qalib gəlmiş müzəffər dövlətdir!
Azərbaycan ərazisində bircə nəfər belə "fəal separatçı" olmayan dövlətdir!
Artıq Azərbaycanın ərazisində bir nəfər belə əcnəbi əsgər, hərbi baza yoxdur!
Azərbaycan qürurlu, məğrur dövlətdir!
Azərbaycan həm də hesab soran dövlətdir!
Bu gün Azərbaycan torpaqlarının işğalında, ərazilərimizin dağıdılmasında, yağmalanmasında, soyqırımları törədilməsində, terrorçu dəstələrin yaradılmasında və insanlarımıza qarşı terror əməllərinin törədilməsində təqsiri olanlardan ədalət məhkəməsi qarşısında cavab tələb edildiyi bir ölkədir!
Bir vaxtlar erməni işğalına dəstək verənlərin, işğalın əbədiliyə çevrilməsinə can atanların yeni oyunbazlıqlarının şahidinə çevrilirik.
Müttəhimlər kürsüsündə əyləşənlərə dayaq durmaq, onları məsuliyyətdən yayındırmaq üçün yeni yalanlar uyduranlar, hiyləgər vasitələrlə onlara qahmar çıxanlar da var.
Amma Azərbaycan 44 günlük Zəfər müharibəsində olduğu kimi, ədalət mühakiməsində də qətiyyətli, inamlı və heç bir təsir, təzyiq cəhdindən çəkinməzdir!
Hər şey Femida tərəzisində çəkilərək obyektiv qiymətini alacaqdır!
***
Təkcə hərbi cəhətdən deyil, hüquqi, mənəvi, insani cəhətdən də sarsıdıcı məğlubiyyətə uğradılan haylar yenə də əsas silahlarından - yalan, hiylə və riyakarlıqlarından əl çəkmirlər.
Erməni yalanlarının tarixi isə çox qədimdir.
Nə qədər ifşa olunsalar da, yenə həyasızlıqlarından, öz adlarını özgələrinə qoymaqdan əl çəkmirlər!
Maskalanmağı, baş verənləri başqa cür təqdim etməyi də məharətlə bacarırlar.
Ən tutarlı "fakt"ları guya 1915-ci ildə baş vermiş "erməni soyqırımı"dır.
Bu iddialarında iki məqsəd güdürlər:
Əvvəla, Osmanlı dövlətinə etdikləri xəyanəti "soyqırımı" bəhanəsi ilə pərdələyirlər.
İkincisi, özlərini "fağır", "məzlum", "zavallı", "köməyə ehtiyacı olan millət" kimi təqdim edirlər.
Bu əfsanənin günümüzə qədər gəlib çıxmasının səbəbkarları isə "soyqırımı" uydurmasını məkrli niyyətlərlə müdafiə edənlərdir.
Ermənilər özləri də bilirlər ki, dedikləri yalandır!
Odur ki, qorxularından nə öz tarixi arxivlərini ictimaiyyətə təqdim edir, nə də Türkiyə arxivlərində birlikdə işləməyə razılıq verirlər!
Bilirlər ki, bu yalanı təsdiq edəcək bircə dənə də həqiqi tarixi sənəd, fakt yoxdur!
Amma özləri Azərbaycan xalqına qarşı XX əsrin ən böyük faciələrindən biri sayılan Xocalı soyqırımını törətdilər.
26 fevral 1992-ci ildə erməni faşistləri tərəfindən törədilən bu soyqırımı televiziya və fotoçəkilişləri, maddi sübutlar, şahid ifadələri ilə təsdiq olunur.
"Xocalıya ədalət!" kampaniyasına cavab olaraq dünyanın bir sıra dövlətləri və parlamentləri Xocalı soyqırımını etiraf və qəbul ediblər.
"Məzlum millət"in maskalarından biri belə cırılıb!
Ermənilər daim özlərini "qədim və mədəni xalq", "xristian dinini ilk qəbul edən millət" kimi təqdim etməyi də sevirlər.
Ancaq bircə tarixi və mədəni abidələrini ortaya çıxara bilmirlər!
Bircə qədim dini məbədləri belə meydanda yoxdur, olanlar isə ondan-bundan oğurladıqları, müxtəlif üsullarla saxtalaşdırdıqlarıdır!
"Mədənilik"lərini işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri vandallıqla, ekosid, urbisid, kulturosidlə bütün dünyaya nümayiş etdirdilər.
Qarabağda, Şərqi Zəngəzurda törədilən vəhşiliklər erməni yalanlarını ifşa edən saysız-hesabsız faktlardır!
***
1988-ci ildən Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan, əsl niyyəti "miatsum" (Qarabağın Ermənistana birləşdirilməsi) olan hərəkat erməni yalanlarının yeni mərhələsi idi.
Havadarlarının hərtərəfli dəstəyinə güvənən haylar bu niyyətlərinin gerçəkləşdirilməsinə də yalan, hiylə və məkrlə başladılar:
* Guya keçmiş DQMV iqtisadi cəhətdən digər bölgələrdən geri qalırmış...
* Guya buradakı ermənilər başqalarından pis yaşayırmış...
Canını tapşırmaqda olan qırmızı imperiya bu dəfə də erməni yalanlarının dəstəkçisinə çevrildi.
Daim forpostlarının nazı ilə oynayan Moskva hayların könlünü ələ almaq, əslində, separatizmə dəstək vermək üçün bir sıra addımlar atdı.
Əvvəlcə, Sov.İKP MK və SSRİ Nazirlər Soveti bölgədə iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün xüsusi qərar qəbul etdi.
Ermənilər buna qane olmadılar.
Sonra yenə Kremlin qərarı ilə "Dağlıq Qarabağda" "xüsusi idarəetmə qaydası" tətbiq olunaraq "DQMV"nin idarəçiliyi qondarma komitəyə həvalə olundu.
Əslində, bu "muxtar vilayətin" Azərbaycanın tabeçiliyindən çıxarılması, erməni yalanına və separatçı niyyətinə dəstək verilməsi demək idi!
Erməni yalanlarının müdafiəçisi rolunda çıxış edən keçmiş SSRİ rəhbərliyi Ermənistanın silahlanmasına, Qarabağ ərazisində Ermənistan tərəfindən terrorçu qruplaşmaların, xüsusi hərbi birləşmələrin yaradılmasına və bu yolla azərbaycanlıların ata-baba yurdlarından zorla qovulmasına laqeyd yanaşaraq cinayətkar əməllərə göz yumurdu.
Sovet dövründə heç bir müttəfiq respublikanın özünə məxsus olan hərbi birləşməsi, ordusu ola bilməzdi!
Amma Ermənistanı istisna etdilər, rus silahları ilə ordu yaratdı, həmin ordu ilə Azərbaycan ərazilərini işğal etdilər, sonradan iki dəfə bir milyard dollarlıq havayı silah-sursat verdilər.
Təkcə ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya deyil, dünyanın digər "demokratik" dövlətləri, beynəlxalq qurum və təşkilatlar da Ermənistanın işğalçı hərəkətlərinə göz yumdular, özgə dövlət ərazisində ordusunu saxlamasını görməzliyə vurdular.
İndi isə Ermənistan və onun rəhbərləri həmin faktları həyasızcasına inkar edirlər, olanları danmaq üçün min bir hiyləyə əl atırlar.
Amma "faktlar tərs şeydir" məşhur deyimi də var!
***
Bu gün Azərbaycanda gedən məhkəmə prosesi erməni yalanlarının anatomiyasını aşkara çıxarır, Ermənistanın paxırının üstünü açır, Paşinyanda təşviş hissi doğurur.
Yalançılığı və hiyləgərliyi dövləti idarəetmənin tərkib hissəsinə çevirən Ermənistanın baş naziri həqiqətləri ört-basdır etmək, olanları pərdələmək üçün yeni yalanlar uydurmağa başlayıb.
Bəli, Bakıda Nürnberq prosesinə bənzər bir məhkəmə prosesi davam etməkdədir.
Azərbaycan xalqının, xüsusən şəhid ailələrinin uzun illər gözlədiyi və arzuladığı proses.
Artıq hesab vaxtı çatıb və Azərbaycan hesab sorur.
Belə ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilir.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
İbtidai istintaq prosesi uzun müddət davam etmiş, xeyli sənədlər araşdırılmış, sübutlar toplanılmış, şahid ifadələri dinlənilmişdir.
İttiham edilənlərin istintaq materialları ilə tanış olmalarına kifayət qədər vaxt da verilmişdir.
Məhkəmə prosesinin başlanması ilə Paşinyanın narahatlığı da başlamışdır.
Gah açıqlamalar verir, gah keçmiş jurnalistliyini yadına salaraq məqalələr yazır, gah da ağlına və ağzına gələnləri özünəməxsus şəkildə havaya üfürür.
Uydurmalarının biri də Bakıda saxlanılan məhbuslara müxtəlif "təsir və təzyiq" göstərilməsi, ifadələrinin "qəbuledilməz" formada alınmasıdır.
Azərbaycan isə bu yalanların üstünü konkret faktlarla açır.
Əvvəla, məhkəməsi olanlar özləri sərbəst ifadə verirlər və ibtidai istintaqda dediklərini məhkəmədə təkrar edirlər.
İkincisi, etiraf edirlər ki, ifadələrini xoşluqla veriblər, onlara heç bir təzyiq göstərilməyib.
Üçüncüsü, R.Vardanyan məhkəmədə heç bir suala cavab vermir, danışmır, heç onu kimsə zorla danışdırmaq niyyətində də deyil.
Susmaq razılıq işarəsidir - etdikləri məlum olduğundan əlavə şərhlər vermir.
Onun əvəzində pulları hesabına xaricdə ələ alınmış KİV, ayrı-ayrı siyasətçilər, məsələnin mahiyyətindən xəbərsizlər boş-boşuna danışırlar.
Olsun, danışıqla heç nə həll olunmur!
Həm də onun əvəzində onun fəaliyyəti barədə Xankəndidə yaşayan, etdiyi əməllərin şahidi olan erməniəsilli şahid məhkəmədə görüb bildikləri barədə şahidlik etdi.
Kamo Hayrapetyan Ruben Vardanyanın 44 günlük müharibədən bir qədər əvvəl Xankəndiyə gəldiyini söylədi:
"Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, - mən demirəm ki, o, mənim düşmənimdir, yox, - nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?"
"Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər".
"Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarların yerləşdiyi yerə gedən yolu silahlı şəxslər mühafizə edirdilər. Həmin anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbçilər fəaliyyət göstəriblər. Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları toplanıb".
"Ruben Vardanyanın gəlişindən sonra erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı".
"Mən Vardanyanı başa düşmürəm, əgər xalq üçün yaxşılıq edirsənsə, niyə silah alırsan, mina basdırırsan, adamlara pul verirsən, düşərgə açırsan? Əgər silah yaxşı şeydirsə, al apar evinə, övladların döyüşsün. Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb".
Məhkəmə sonda öz qərarını törədilən cinayət əməllərinə uyğun maddələr əsasında çıxaracaqdır.
Ən nəhayət, təqsirləndirilən şəxslərin məhkəməsi Azərbaycanın KİV-ində, televiziya kanallarında geniş işıqlandırılır, sosial şəbəkələrdə əksini tapır, maraqlananlar sərbəst ifadə verənlərin dediklərini özləri dinləyə və oxuya bilirlər.
***
Müxtəlif vaxtlarda keçirilmiş məhkəmə prosesləri zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələrdə Paşinyanın söylədiklərini və bir sıra qərəzli insanların və xarici KİV-in yalanlarını təkzib edən bəzi məqamları diqqətə çəkirik:
Qondarma "dqr"in keçmiş "prezident"i Arayik Harutyunyan:
"2020-ci ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi danışıqlar prosesi ilə tanış etsin. 2020-ci ilin iyununda İrəvanda bizim birgə Təhlükəsizlik Şurasının iclası oldu. Bu, hamı üçün açıq bir iclas idi. İclas zamanı Ermənistanın ovaxtkı xarici işlər naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi ki, bu proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış etdilər. Aydın oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək üçün müəyyən resurslar lazımdır. Belə ki, ərzaq, silah resursları, maliyyə resursları lazım idi. Məlum oldu ki, Ermənistanın buna imkanı yoxdur. Mən orada çox qısa olaraq öz fikrimi söylədim. Bildirdim ki, müharibə vaxtı nəticə bizim resurslarımıza görə olacaq. Çünki istənilən müharibə resursların müharibəsidir. Azərbaycanın isə bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi.
Sonra iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam olduğum üçün gərək "ordu" ilə tanış olardım və təmas xəttində nə baş verirsə bilərdim. 2020-ci ilin yayında ön cəbhəni və "ordu"nu gəzməyə, tanış olmağa başladım. Mən "Feysbuk" səhifəmdə və "rəhbərliyin saytında" bir neçə məqalə dərc etdim. "Ordu" ilə bağlı bütün informasiyaları "mətbuat xidməti" bizə təqdim edirdi. Və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm".
"Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu "ordu bölmələri"nə qədər müşayiət eləmişəm. O, vəziyyətlə tanış oldu".
"Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, "Qarabağ müdafiə ordusu" da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məsələlərə görə məsuliyyət daşıyır".
A.Harutyunyan etiraf edib ki, "Qarabağ Müdafiə Ordusu"nun "komandanı" Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi.
"Mən "hərbi komandanı" vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb".
Ermənistanda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində "komandanın 1-ci müavini", Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş təqsirləndirilən şəxs Davit Manukyan ifadəsində Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.
O, hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirərək deyib:
"Birinci müharibə zamanı xidməti mövqeyim, vəzifəm olmayıb. İkinci müharibə zamanı isə olub. Amma bütün bunlar mənim xidməti öhdəliklərimdən qaynaqlanıb. Xüsusilə müharibənin planlaşdırılması".
"Mən sıravi əsgər statusunda olmuşam, döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə qayıtmışam... Müharibədən sonra da xidmətə davam etmişəm, zabit rütbəsi almışam".
Lyova MNATSAKANYAN:
"Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm".
"Mənim 2016-cı il əməliyyatlarına cəlb olunmağıma zərurət olmayıb. Əgər olsaydı, təbii ki, cəlb olunacaqdım. Bir çox taktiki, kəşfiyyat silahları və radioelektron qurğularımız var idi ki, onlardan Ermənistanda da olub və biz o silahları Ermənistandan almışıq".
Davit ALLAHVERDİYAN:
"Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm . İndi bütün suallara cavab verməyə hazıram".
Madat BABAYAN:
"1992-ci ildə Xocalıda olmuşam. Məni çağırdılar getdim. Dedilər burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim".
Bako SAHAKYAN:
"Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi".
İfadə verənlərin hamısı Ermənistan ordusunun tərkibində Qarabağda Azərbaycana qarşı döyüşdüklərini etiraf edirlər.
Onların müharibədə törətdikləri cinayətlər barədə isə bu gün məhkəmə iclaslarında iştirak edən, vaxtilə müharibə cinayətlərinə məruz qalan şahidlər danışacaqlar!
***
Bu günlərdə "Daşnaksütyun" partiyası yaxın illər üçün strategiyasını elan etmişdir.
Əsas məsələlər sırasında Azərbaycanın ərazi bütövlüyünə təhdid olan müddəalar da var.
Söhbət Ermənistanın "müstəqillik bəyannaməsi"nə əsasən ölkənin "suverenliyi və ərazi bütövlüyünün təmini" iddiasından gedir.
Maraqlıdır ki, iddialar yalnız Qarabağa deyil, habelə Naxçıvana və şərqi Türkiyəyə də ünvanlanır.
"Ac toyuq yuxusunda darı görər" - demişlər.
Amma bu da bir faktdır ki, haylar bu ideyanın əleyhinə çıxan erməni millətindən olanları bağışlamır və ağır şəkildə cəzalandırırlar.
Məsələn, yaxınlarda erməni bloqçusu İşxan Verdyan Azərbaycan Prezidentinə müraciət edərək ondan imdad diləyirdi:
"Qarabağı Azərbaycan ərazisi olaraq açıq şəkildə tanıdığım üçün Ermənistanda mənə qarşı cinayət işi açılıb. İrəvan Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınması lehinə çıxış etdiyimə, həmçinin "artsax" kvazi - dövlət qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir".
Özünü sülh göyərçini kimi göstərmək cəhdi hara, revanşizmə hazırlaşaraq müxtəlif xülyalar qurmaq hara...
Ermənistanın baş naziri N.Paşinyan erməni yalanlarının ifşa olunduğunu görərək bərk əl-ayağa düşüb.
Xislətinə uyğun qaydada Azərbaycanı şərləməyə başlayıb.
Bu dəfə Bakıda mühakiməsi gedən dustaqlarla bağlı.
Məhkəmə prosesi davam etdikcə, təqsirləndirilənlər sərbəst ifadələr verdikcə, təkcə Ermənistan dövlətinin deyil, Paşinyanın da paxırı açılır.
Odur ki, qabaqdangəlmişlik edərək verilən ifadələrinin həqiqiliyini şübhə altına almağa çalışır.
Guya məhkumlardan ifadələr "qanunsuz üsullarla" alınır.
Bu iddianı isə elə məhkəməyə sərbəst ifadə verən təqsirləndirilən şəxslər dedikləri ilə təkzib edirlər.
Belədə Paşinyandan başqa cür davranış gözləmək özü yanlış olardı…
Mayası iftira və yalanla yoğrulanların mahiyyəti belə olur!
Əslində isə Paşinyan məlum həqiqətləri təsdiq edən müttəhimlərin dediklərindən qorxmamalıdır.
Bunlar keçmişdə baş verən reallıqlardır.
Paşinyan bu gün yeritdiyi ağılsız siyasətin gələcək nəticələrindən ehtiyat etməlidir!
* Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməməsi;
* Qonşulara qarşı ərazi iddialarına son qoyulması üçün ölkə konstitusiyasında zəruri dəyişikliklər edilməməsi;
* Sürətli silahlanma yolunu seçməsi;
* Ermənistanın revanşa hazırlaşması;
* Cənubi Qafqazda sabitliyin pozulacağına səbəb olacaq addımların atılması Ermənistan üçün fəlakətli nəticələr doğuracaqdır!
Bu halda forpost dövlət nəinki daim dalanda qalacaqdır, hətta olub-qalanlarını da əldən verəcəkdir!
Bəxtiyar SADIQOV
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib
İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Qazaxıstan Xəzər dənizində hərbi təlim keçirib
Birinci vitse-prezident Mehriban Əliyeva Ağdərədən paylaşım edib
Ötən il ölkənin xalis maliyyə aktivləri artıb
Fransızlar əmanətlərinin hərbi məqsədlər üçün istifadə olunmasını istəmirlər
Azərbaycanlı gənclər Ankarada müdafiə və kommunikasiya sahələri üzrə aparıcı şirkətləri ziyarət ediblər
Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir
Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunub
Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib
Türkiyədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunur
Sabah bəzi yerlərdə yağmurlu hava şəraiti gözlənilir
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib
Azərbaycandan ABŞ-a yumurta ixracına başlanılır
Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNƏCƏK
Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNƏCƏK
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
Kiyev Donald Trampın Odessanın Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!