06 Aprel 2025 08:30
415
SİYASƏT
A- A+
Avropa İttifaqının regionda yeni müharibə ssenarisi 

Avropa İttifaqının regionda yeni müharibə ssenarisi 


Ermənistanın sülhdən yayınaraq silahlanması, təxribatlara əl atması bunu təsdiqləyən reallıqdır


Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirməyə çalışır. Xüsusən də Fransa açıq şəkildə nümayiş etdirir ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsində maraqlı deyil. Bu ölkə regionda sülhü bərpa etmək əvəzinə müharibəni daha da alovlandırıb yeni savaşlar çıxarmaq istəyir. Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi pozmaq üçün üzərinə götürdüyü "öhdəliyi" yerinə yetirə bilmədiyi üçün "binokl diplomatiyası"nı həyata keçirən missiyasının müddətini uzadır.

Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan məhz bu güclərin diktəsi ilə oturub-durur. 

İkinci Qarabağ müharibəsindən sonra bölgədə tələb olunan sülh, sabitlik əməkdaşlıq mühitinin yaradılmasıdır. Lakin Fransa başda olmaqla bir çox Aİ ölkəsi açıq-aydın buna qarşı çıxır. 2023-cü ilin fevralında Aİ müşahidəçiləri Ermənistana yerləşdiriləndə deyildi ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Lakin sonradan məlum oldu ki, Aİ-nin niyyəti tam başqadır.

Müxtəlif yollarla Ermənistanı silahlandıran Qərb təsisatları bölgədə yeni münaqişə ocağının yaranması üçün hər bir vasitəyə əl atırlar. Həm də bununla Azərbaycanı qıcıqlandırmaq istəyirlər. 

Əslində, hər şey Azərbaycana yaxşı məlumdur. Ermənistanın silahlandırılması prosesi Avropa Sülh Fondu vasitəsilə Avropanın hərbi iştirakının artırılması ilə müşayiət olunur. Məlumdur ki, Aİ-nin qurucu üzvlərindən olan Fransa 44 günlük müharibədən dərhal sonra Ermənistanı sürətlə silahlandırmağa başlayıb. Məqsəd bölgədə yenidən münaqişə ocağı alovlandırmaqdır. Əslində, bu məkrli planın Ermənistanı dövlət olaraq məhvə sürüklədiyi Emmanuel Makron hökumətinin eyninə deyil. Yəni Fransa idarəçiliyində Aİ-nin Cənubi Qafqazdakı qanlı ssenarisi üçün Ermənistan qurban seçilib. 

Bütün bunlar Ermənistanda revanşist qüvvələrə dəstək verən və işğalçı dövləti yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.

Proseslərin gedişi göstərir ki, Aİ-nin "binokl diplomatiyası"nın bir neçə əsas məqsədi var. Birincisi, Aİ bu missiyadan Cənubi Qafqaza soxulmaq üçün istifadə edir. İkincisi, Ermənistanı öz təsirində saxlayır. Üçüncüsü, Rusiyanın Ermənistan üzərindəki təsirini zəiflədir. Dördüncüsü, mümkündür ki, Aİ bu missiya vasitəsilə Ermənistana təhlükəsizlik təminatı verməklə yanaşı, həm də gizli təlimlər keçir. Hər halda Aİ-nin, o cümlədən onun əsas üzvlərindən biri olan rəsmi Parisin ritorikası bu ehtimal barədə düşünməyə əsas verir.

Avropa İttifaqı Cənubi Qafqazda yeni müharibə ssenarisi üçün fəal şəkildə PUA axtarışı aparan Ermənistana əlavə hərbi yardım paketini cari ilin mart ayında təsdiqləyib.

Bu faktla bağlı Türkiyənin "Haber Global" telekanalı məlumat yaymışdı. Telekanal bu barədə İrəvanın Cənubi Qafqazda təşviq etdiyi silahlanma yarışında Avropa İttifaqının iştirakını şərh edərkən bildirmişdi.

Bu telekanal Aİ strukturlarına yaxınlığı ilə tanınan "EU Reporter" nəşrinin analitik məqaləsinə diqqət çəkib. Onun reportyorunun sözlərinə görə, Aİ Ermənistana yeni hərbi yardım layihəsini təsdiqləyib. "Haber Global" Aİ-nin Ermənistana əvvəllər ayırdığı 10 milyon avronu xatırladaraq qeyd edib ki, bu təşəbbüs Parisdən gəlir və Avropa Sülh Fondu (EPF) vasitəsilə İrəvana yardım çərçivəsinin genişləndirilməsini nəzərdə tutur.

Xəbər kanalı qeyd edir ki, Ermənistan EPF vasitəsilə hərbi yardımdan faydalanan 24 ölkə siyahısına daxildir. "Ermənistan tərəfinə gəlincə, onlar İrəvanda artıq Aİ-dən planlaşdırılan üç yardım paketi ilə bağlı gözləntilərini bölüşürlər" deyən türk telekanalının əməkdaşı "EU Reporter"in qiymətləndirməsinə istinadla bildirir: "Ermənistana silah tədarükü Aİ rəsmilərinin Cənubi Qafqazda sülhə töhfə verməyə hazır olduqları barədə bəyanatlarına ziddir və bu, İrəvan ilə Bakı arasında dialoqa zərər verə bilər.

Ola bilər ki, Aİ-dən Ermənistana gətirilən və ya çatdırılması planlaşdırılan silahlar Cənubi Qafqazdan çox-çox uzaqlarda olan döyüş zonasına da düşsün".

Reportajda əsas diqqət Ermənistanın Qərbin sanksiyalarından yan keçməsinə yönəlib.

"Haber Global" digər Qərb nəşri - "Intelligence Online"ın da mövqeyinə istinadla bildirir ki, Ermənistan yeni müharibəyə hazırlaşır. "İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin dərslərini nəzərə alan İrəvan strategiyasını dəyişərək, elektron döyüş texnikası, PUA və hərbi proqram təminatı almağa can atır", - deyə telekanal "Intelligence Online" nəşrindən sitat gətirir.

Göründüyü kimi, bir tərəfdən sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edən Ermənistan yenə də məkrli oyunlar oynayır. Rəsmi İrəvan sülhə deyil, savaşa hazırlaşmaqla vaxt qazanır. 

Bütün bunlar qüdrətli Azərbaycana yaxşı bəllidir. Qalib ölkə kimi regionda yeni reallıqlar yaradan Azərbaycan baş verən bütün prosesləri yaxından izləyir və yaxşı görür. Əgər Ermənistan silahlanırsa, Azərbaycan ondan qat-qat artıq silahlanır. Həm özü istehsal edir, həm də iqtisadi imkanları istənilən hərbi texnikanı almağa imkan verir. Bu günün Azərbaycanı 2020-ci ilin qalib Azərbaycanından qat-qat güclüdür. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə dəfələrlə məğlub ölkəyə xəbərdarlıq edib. Qalib Sərkərdə kimi hər zaman İlham Əliyev bəyan edib ki, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, Azərbaycanla silah yarışında tab gətirməyəcək. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır: "Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil.

Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik. Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər".

İlham Əliyev bir daha bəyan edib ki, Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. "Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq", - deyə qalib sərkərdə qətiyyətlə vurğulayıb. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb  

09:37
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!