Gec-tez biz bu ədaləti də bərpa edəcəyik
Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa söykənən haqlı tələbləri ilə fəaliyyətə başladığı ilk gündən nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində yaşayan qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və onların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaları üçün geniş iş aparır. İcmanın inkarolunmaz faktları özündə ehtiva edən müraciətlərinin BMT-nin rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə bu məsələ barədə məlumatlandırılıb.
Ötən il icma tərəfindən 120 bəyanat, mətbuat üçün 25 məlumat dərc olunub. İki dəfə UNESCO-ya müraciət ünvanlanıb. Müraciətdə UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərilməsi istənilib. UNESCO məsələni nəzərdə saxlayacağını bildirsə də, Ermənistan tərəfi hələ də buna icazə vermir. Üstəlik icma tərəfindən Ermənistana edilən müraciətlər də cavabsız qalıb. Əksinə, erməni tərəfi diqqəti yayındırmaq, məsuliyyətdən qaçmaq üçün uydurma iddialar irəli sürür. Çox təəssüflər olsun ki, öz maraqları dairəsində Ermənistanın bu yalan və reallıqdan kənar uydurmalarını dəstəkləyənlər də var.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin iclasında bildirmişdir: "Dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı. Məlum oldu ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən milyonlarla insanın əzab-əziyyəti, on minlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən də və bu gün bölgəni yenidən müharibə meydanına çevirməyə çalışan da elə həmin dövlətlər, həmin təşkilatlar və onların yerlərdəki əlaltılarıdır.
ABŞ-nin, Qərbin imperialist təfəkkürlü ölkələri, siyasətçiləri və təşkilatları bu 30 ildə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilməmiş kimi, Azərbaycanın bir milyon insanı yurd-yuvasından qovulmamış kimi, işğal altında olan yüzlərlə kənd və şəhərimiz ermənilər tərəfindən yer üzündən silinməmiş kimi, minlərlə tarixi-mədəni abidəmiz ermənilər tərəfindən məhv edilməmiş kimi, utanmadan, qızarmadan Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar".
Ə.Ələkbərli daha sonra rəsmi İrəvana mesajını da çatdırmışdır: "Ermənistanı öz imperialist maraqlarına alət edənlər, erməni xalqını bu yolda zəlil, erməni zehniyyətini əlil edənlər birdəfəlik anlamalıdırlar ki, Şərqi Avropada və Yaxın Şərqdə oynadıqları oyunlara Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarnı toxdur. Biz 30 ildə kimin kim olduğunu gördük. Bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən ABŞ-nin Dini Azadlıq Komissiyasına xatırlatmaq istərdik ki, belə bir missiyanı öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə - azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır. Və "Dini Azadlıq" pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də hesabat versin".
Ölkəmizdə rəsmi dairələrdə, ictimaiyyətlə görüşlərində, eləcə də xarici səfərləri zamanı mötəbər məclislərdə çıxışlarında Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə fəaliyyətinin vacibliyini vurğulayan Prezident İlham Əliyev deyib ki, biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız kimi, bu həqiqətləri də çatdırmalıyıq: "Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da icmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur".
Azərbaycan Prezidentinin bu istiqamətdə tapşırıq və tövsiyələrini özlərinin proqram sənədi kimi qəbul edən icma rəhbərliyi və üzvləri fəaliyyət dairələrini və əlaqələrini daha da genişləndirir, ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış qərbi azərbaycanlılarla əlaqələr qurur, şəhər, rayon, qəsəbə və kəndlərdə, eləcə də xarici ölkələrdə ofisini yaradır, nümayəndəlik təşkil edir, görüşlər keçirir. Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski deyir ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası icmamızın fəaliyyətinin çərçivə sənədidir və bu sənəddə bizim qayıdış uğrunda mübarizəmizin və qayıdışımızın bütün detalları dünya ictimaiyyətinə açıqlanıb: "Xatırladım ki, icmanın Nizamnaməsində respublikamızın bölgələrində olduğu kimi, xarici ölkələrdə də ofis və nümayəndəliyin yaradılması, bu istiqamətdə mütəmadi olaraq tədbirlər və görüşlər keçirilməsi öz əksini tapıb. Qayıdış Konsepsiyasının tələbləri çərçivəsində beynəlxalq əlaqələrin qurulması da icma üçün son dərəcə vacibdir. Ona görə ki, bizim qayıdışımız ilk növbədə beynəlxalq hüquqa əsaslanır. Problemi beynəlxalq hüququn predmetinə çevirmək üçün isə əlimizdə kifayət qədər hüquqi əsas olmalıdır və bu əsas Qərbi Azərbaycan həqiqətləridir. Deməli, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə daşınması bizim üçün prioritet məsələdir. Bu isə aydındır ki, beynəlxalq əlaqələrin qurulmasını tələb edir. Elə Qərbi Azərbaycan İcmasının, qeyd etdiyimiz kimi, Nizamnaməsində də xarici ölkələrdə nümayəndəliklərimizin yaradılması məsələsi özünə yer alıb. Başqa istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də icmamız ilk gündən fəaliyyət coğrafiyasını genişləndirməyə çalışır. Artıq bir sıra ölkələrdə nümayəndəliklərimiz və ofislərimiz açılıb. İcmanın artıq Fransa və Niderlandda nümayəndəlikləri fəaliyyət göstərir. Qonşu və qardaş ölkə Türkiyədə bu gün çoxlu sayda qərbi azərbaycanlı yaşayır. İcmanın ideya xəttini və fəaliyyətini dəstəkləyən Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılışı olub. Ötən ilin oktyabrında "Özbəkistanda yaşayan qərbi azərbaycanlılar" İctimai Birliyi fəaliyyətə başlayıb. Birliyə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Abdullayev rəhbərlik edir. Özbəkistanda yaşayan, əslən Qərbi Azərbaycandan olan Vidadi Qurbanov, İlham Abdullayev, Qalib Müslümov və digərləri Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasətini tam dəstəkləyirlər, onların dünyanın harasında yaşamasından asılı olmayaraq, öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrinin vacibliyini yüksək dəyərləndirirlər. Onu da bildirim ki, ildə bir dəfə Azərbaycanda keçirilən beynəlxalq konfransda bizim xarici ölkələrdəki ofis və nümayəndəliklərimizlə yanaşı, çoxlu sayda əcnəbi mütəxəssis, hüquqşünas, ekspert, siyasət adamları iştirak və çıxış edirlər. Hər il müxtəlif xarici ölkələrdə neçə-neçə konfrans və sərgi keçirilir. Tədbirlərimizə xarici ölkələrin Azərbaycandakı diplomatik korpusu dəvət olunur. Elə təkcə bu il icmamızın xətti ilə üç böyük beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulub. Yeri gəlmişkən, son iki ildə icmamızın 9 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb. Təəccüb doğuran odur ki, qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışını bütün dünyanın tərəqqipərvər insanları, tanınmış insan hüquqları təşkilatları dəstəkləsə də, Ermənistan bunu həzm edə bilmir, sülhü, ədaləti və deyilənləri qəbul etməkdən yana, üzünü gah sağa, gah sola tutur. Nəzərə alsaq ki, icmamız fəaliyyətinin ilkin mərhələsindədir, demək, görüləcək işlər hələ çoxdur və qarşı tərəf yeni-yeni sürprizlərə hazır olmalıdır".
Rəhman SALMANLI,
"Azərbaycan"
“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib
“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir
Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq
Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir
Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB
Roma Papası dəfn edilib
Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq
Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik
Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur
5 min ilik məzar aşkarlanıb
Dünyanın ən uzun tortu hazırlanıb
Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib
Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib
Zelenski və Tramp Romada görüşüblər
Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur
Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var
Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər
Azərbaycan neftinin qiyməti artıb
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!