13 Aprel 2025 09:30
24006
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Yeni aldığım elektrik sobasının qapısı kip bağlanmır. Həmin məhsuldan qalmadığı üçün dəyişmək mümkün olmadı. Geri qaytarmaq istəyəndə isə satıcı dedi ki, "endirimli mal geri qaytarılmır". Hadisə eyni gündə baş verib. Bu, qanunidirmi?


Şəbrin FEYZİYEVA, 

Xırdalan şəhəri


- Sualınızda qaldırılan məsələnin hüquqi həlli əsas etibarilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Əvvəla, nəzərə almaq lazımdır ki, malda qüsurun olub-olmamasından asılı olmayaraq, adıçəkilən qanunun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadəsi mümkün deyilsə,  istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

Qüsurlu malla bağlı isə aşağıdakılar qeyd olunmalıdır:

Aldığınız elektrik sobasının qapısının kip bağlanmaması "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun prizmasından mühüm qüsur hesab olunmaqdadır. Belə ki, qanunun 1-ci maddəsinə əsasən,  maldan onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün edən hal mühüm qüsur sayılmaqdadır. Elektrik sobasının qapısının bağlanmaması da mühüm qüsur olaraq xarakterizə edilməlidir, çünki bu halda avadanlığın istifadəsindən istənilən nəticə əldə oluna bilməz.

Həmin  qanunun 7-ci maddəsi və Mülki Məcəllənin 623, 624-cü maddələrinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur aşkar edərsə, öz istəyinə görə satıcıdan qüsurlu malı lazımi keyfiyyətli malla dəyişdirilməsini tələb edə bilər. Satıcı isə öz növbəsində qeyd-şərtsiz istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə, istehlakçının tələbini yerinə yetirməyə borcludur. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Bununla bərabər, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlənmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.

Sizin halınızda endirimli malların geri qaytarılmaması məsələsinə gəldikdə isə, qanunvericiliklə satıcılara belə bir imtiyazlı hüquq verilməmişdir və həmin satıcının bu iddasının hüquqi əsası yoxdur.

Tələbiniz satıcı tərəfindən yerinə yetirilməzsə, bu zaman siz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "195-1-4" qaynar xəttinə müraciət edə bilərsiniz. Agentliyin ixtisaslaşdırılmış strukturları bu məsələdə sizə zəruri kömək göstərəcəkdir. Əgər satıcı tərəfindən agentliyin tələbi (istehlakçının qüsurlu malının dəyişdirilməsi üzrə qərarı) yerinə yetirilməsə, İnzibati Xətalar Məcəlləsinin 544-cü maddəsinə əsasən, satıcını 4000 min manatdan 5000 manatadək cərimə gözləyir.


- Bacım iki aya yaxındır ki, vəfat edib, amma onun üçün dəfn müavinəti verilmədi. Bilmək istəyirəm dəfn müavinəti kimlər üçün nəzərdə tutulub, məbləği nə qədərdir və verilməli olduğu halda ailə üzvlərindən kim ala bilər?


Kamil PƏNAHOV, 

Sumqayıt şəhəri


- Vəfat edən şəxslərə birdəfəlik dəfn müavinətinin verilməsi məsələsi əsas etibarilə Azərbaycan Respublikasının "Sosial müavinətlər haqqında" qanunu, "Əmək pensiyaları haqqında" qanunu və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli 973 saylı fərmanı ilə tənzimlənir. "Sosial müavinətlər haqqında" qanuna əsasən, dəfn üçün müavinətin formalaşma mənbəyini vəfat edən şəxsin işlədiyi dövrdə onunla bağlı işəgötürən (fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş şəxsin özü barəsində özü) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta vəsaiti təşkil edir. Daha dəqiq desək, dəfn müavinəti almaq üçün vəfat etmiş şəxs "Sosial müavinətlər haqqında" qanunun 7.0.13-cü maddəsi ilə vaxtilə dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət və ya "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs kateqoriyalarından birinə aid olan şəxs olmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, "Əmək pensiyaları haqqında" qanunun 42-ci maddəsinə görə, əmək pensiyaçısı vəfat etdikdə, həmin şəxslərə də dəfn üçün müavinətin verilməsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, vəfat edən əmək pensiyaçısının ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əgər vəfat edən şəxs əmək pensiyaçısı deyildirsə, bununla belə o, "Sosial müavinətlər haqqında" qanunun 7.0.13-cü maddəsinin təsiri altına düşürsə, onun ailə üzvlərinə ödəniləcək dəfn üçün müavinətin məbləği yuxarıda qeyd olunduğu kimi, dövlət başçısının fərmanı ilə 500 manat təşkil edir. Hər bir halda müavinət vəfat edənin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Ödənişin həyata keçirilməsi DOST mərkəzləri tərəfindən təmin edilir.

Beləliklə, əgər bacınızın vəfatı ilə bağlı dəfn üçün mavinət ödənilməmişdirsə, böyük ehtimalla, o, barəsində məcburi dövlət sosial sığorta ödənişi həyata keçirilmiş şəxslər kateqoriyasına daxil deyilmiş. İstənilən halda məsələnin dəqiq həlli ilə əlaqədar barəsində müavinət təyin olunacaq şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti, müavinətin alınması üçün Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı, dəfni təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi  dairələri üzrə nümayəndələrinin arayışı ilə DOST mərkəzlərinə və ya bacınızın qeydiyyatda olduğu yer üzrə  Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə yaxınlaşmağınız tövsiyə olunur.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!