28 Fevral 2026 10:00
7594
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Kommunal borc əvvəlki ev sahibinə aiddirsə, məndən tələb oluna bilərmi? Bu nə dərəcədə doğrudur və belə halda nə edə bilərəm?

Orxan XASAYEV,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, kommunal borc münasibətləri kommunal xidmət üçün müvafiq qurumla şəxs arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yəni kommunal xidmət ilə bağlı müqaviləni kim bağlamışsa, borcu da o, ödəməlidir. Burada tərəflər (kommunal xidmət göstərən və bu xidmətdən yararlanan) arasında bağlanmış xidmət müqaviləsi əsasında müəyyən öhdəliklər nəzərdə tutulur ki, kommunal xidmətdən yararlanan şəxs istifadə etdiyi kommunal xidmətə görə müəyyən edilmiş haqqı ödəmək öhdəliyi daşıyır. Öhdəlik əvvəlki ev sahibinə aiddir və siz borc yaranan müddətdə xidmət müqaviləsi üzrə tərəf deyilsiniz. Qeyd etməliyik ki, kommunal xidmətlər fərqlidir, buna görə də hər bir kommunal xidmət sahəsində bu münasibətləri tənzimləyən hüquqi aktlar mövcuddur. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 1.3-cü bəndinə görə, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən, müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qaydalara 2 nömrəli əlavə olan "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi"nin 2.3.1-ci bəndi ilə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Bundan başqa, qaydaların 6.4-cü bəndinə uyğun olaraq, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.

Siz yeni mülkiyyətçi (istifadəçi) kimi mütləq formada kommunal xidmət göstərən qurumla müqavilə bağlamalısınız. Müqavilə bağlandığı andan sizin göstərilən kommunal xidmətə görə onun haqqını ödəmək öhdəliyiniz yaranır.

Əgər bu hallara baxmayaraq, əvvəlki ev sahibinin kommunal borcu müvafiq kommunal xidmət göstərən qurum tərəfindən sizdən tələb olunursa, o zaman bu borcu ödəməmək hüququnuz var. Bundan sonra kommunal xidmət göstərən qurum sizə kommunal xidmət göstərməkdən imtina edərsə və evinizə göstərilən kommunal xidmət dayanarsa, bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunur. Müraciət zamanı siz kommunal xidmətin göstərilməsilə bağlı yaranmış maneənin aradan qaldırılması ilə yanaşı, kommunal xidmət göstərən qurumun xidməti dayandırması nəticəsində sizə vurulmuş ziyan barəsində də tələb irəli sürə bilərsiniz.


- Uşağın atası hazırda xaricdə yaşayır və işsizdir. Aylardır ki, aliment pulu ödəmir. Bilmək istəyirəm, aliment bu vəziyyətdə necə tutulmalıdır?

Aygün BABAZADƏ,

Mingəçevir şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, aliment ödəyən atanın xaricdə olması, eyni zamanda rəsmi işinin və ya rəsmi gəlirinin olmaması onu aliment öhdəliyindən azad etmir. 

Qanunvericiliyə əsasən belə hallarda  uşağın maraqları üstün tutulur və həmin maraqlar digər bütün maraqlardan öncə nəzərə alınır. Bununla bağlı mövcud qanunvericilik uşağın maraqlarını üstün tutur. Odur ki, məhkəmə qərarında müəyyən edilmiş aliment məbləği ata tərəfindən mütləq qaydada  ödənməlidir. 

Əgər qeyd etdiyiniz hal mövcuddursa və ata bir neçə ay ərzində aliment ödənişlərini həyata keçirmirsə, o zaman məhkəmə qərarının icrası ilə məşğul olan icra şöbəsinə müraciət etməyiniz tövsiyə olunur. Atanın məhkəmə qərarını icra etməməyə görə inzibati xəta və cinayət məsuliyyəti məsələsinə, eləcə də yığılmış borcun borclunun əmlakına və digər gəlirlərinə yönəldilməsi ilə bağlı zəruri hərəkətlərin görülməsini icra məmurundan tələb edə bilərsiniz.

Borclunun xaricdə olması məsələsinə gəlincə, bildiririk ki, alimentlə bağlı məhkəmə qərarının borclunun olduğu ölkədə icra edilməsi üçün həmin dövlətlə Azərbaycan Respublikası arasında hüquqi yardımın göstərilməsinə dair beynəlxalq müqavilə olmalıdır. Qeyd edək ki, Azərbaycan Respublikası bir çox ölkələrlə (MDB ölkələri, Türkiyə və s.) mülki işlər üzrə hüquqi yardım haqqında müqavilələrdə (məsələn, Minsk Konvensiyası) tərəfdir.


Sualları cavablandırdı:

PAŞA SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!