08 Oktyabr 2026 08:50
5849
İQTİSADİYYAT
A- A+
Kapital qoyuluşunda istehsal sahələrinin inkişafına önəm verilir

Kapital qoyuluşunda istehsal sahələrinin inkişafına önəm verilir


Oktyabrın 2-də Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Prezident İlham Əliyev partiyanın keçdiyi tarixi rolu barədə geniş nitqlə çıxış etdi. Dövlətimizin başçısı müasir tariximizdə partiyanın oynadığı pozitiv rolu xüsusi vurğuladı.

Dövlət başçısı çıxışında son dövrlər ölkəmizdə və dünyada baş verən siyasi proseslərə aydınlıq gətirdi. Bununla yanaşı, İkinci Qarabağ müharibəsində qazandığımız qələbənin ölkəmiz üçün tarixi əhəmiyyətini xüsusi qeyd etdi. Prezident həmçinin ölkəmizin sosial-iqtisadi sahəsində qazanılan böyük uğurlardan da danışdı.

Prezident İlham Əliyev bildirdi ki, dövlətin apardığı siyasətdə Azərbaycan xalqının rifahı və iqtisadi inkişafı önəmli yer tutur. Bununla bağlı ölkədə genişmiqyaslı sosial-iqtisadi islahatlar aparılır, investisiyalar cəlb edilir.

Məlumdur ki, hər bir ölkənin iqtisadi inkişafında investisiya qoyuluşu önəmli rol oynayır. Yerli və xarici sahibkarları bu işə təşviq etmək üçün ölkədə mükəmməl qanunvericilik bazası yaradılıb. Qanunla Azərbaycan iqtisadiyyatına investisiya qoyan sahibkarların bütün hüquqları qorunur. Bunun nəticəsidir ki, ölkəmiz dünyada yerli və əcnəbi kapitalın qoyuluşunda öndə gedən ölkələr sırasındadır.

Dövlət başçısı yerli və xarici sərmayədarların ölkəmizə olan marağını vurğulayaraq demişdir: "Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən il sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna. Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. Bax, sentyabrın sonunda keçirilmiş 2-ci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər".

Azərbaycanın qazandığı iqtisadi uğurların göstəricilərindən biri də ölkəmizin maliyyə sabitliyidir. Ölkəmizin valyuta ehtiyatları 90 milyard dollara çatıb. Biz həmçinin dünyada ən az xarici borcu olan ölkələrdənik. Bu gün ölkəmizin xarici borcu ümumi daxili məhsulumuzun 5,6 faizinə bərabərdir. Qeyd edildiyi kimi, valyuta ehtiyatlarımız bundan dəfələrlə çoxdur. Dövlət başçısının bildirdiyi kimi, inkişaf etmiş ölkələrdə bu rəqəm 100, 110 və ya 120 faiz təşkil edir. Ölkənin iqtisadi potensialını və maliyyə durumunu dəqiq əks etdirmək üçün təkcə bu rəqəm kifayətdir.

Dünyada baş verən siyasi proseslərlə əlaqədar qlobal səviyyədə kapital qoyuluşu azalmışdı. Belə hal ölkəmizdən də yan keçməmişdir. Son dövrlər ölkə iqtisadiyyatına yerli və xarici investisiyaların qoyuluşunda müəyyən dönüş yaranıb.

Dövlət Statistika Komitəsinin cari ilin yanvar-avqust ayları üçün verdiyi məlumata görə, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12677,8 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çox investisiya yönəldilmişdir. Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,4 faiz artmışdır. Ümumi vəsaitin 55,5 faizi məhsul istehsalı, 30,4 faizi xidmət sahələrinin, 14,1 faizi isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Rəqəmlərdən aydın görünür ki, kapital qoyuluşunda istehsal sahələrinin inkişafına xüsusi önəm verilir.

Son dövrlər dünyada baş verən neqativ proseslərə baxmayaraq, ölkəmizdə xarici investisiya qoyuluşunda artım müşahidə edilir. Sözügedən dövrdə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəlmiş investisiyaların həcmi 3095,9 milyon manat olmuşdur. Ölkəmizə yatırılan sərmayələrdə ən böyük pay sahibi olan ölkələr Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İsveçrə, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Fransa və Hindistandır.

Cari il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 34 milyard 884 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Mərkəzi Bankdan verilən məlumata görə, kredit qoyuluşunun 69,5 faizi özəl bankların payına düşüb. Hesabat dövründə dövlət bankları tərəfindən 8 milyard 587,4 milyon manat kredit qoyuluşu həyata keçirilib ki, bu da illik müqayisədə 15,7 faiz çoxdur.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!