24 Noyabr 2026 08:50
156
İQTİSADİYYAT
A- A+
"Yoldaş" rəqəmsal mütaliə dostu… 

"Yoldaş" rəqəmsal mütaliə dostu… 


Azərbaycanda həyata keçirdiyi sosial layihələrini öz əsas əməliyyatlarının ayrılmaz tərkib hissəsi sayan əməliyyatçı BP şirkəti bu qəbildən olan daha bir təşəbbüsünü başa çatdırıb. Bu, oxu mədəniyyətinin təşviqinə və mütaliə imkanlarının artırılmasına yönəlmiş  sosial sərmayə layihəsidir.

Layihə çərçivəsində "Yoldaş" innovativ rəqəmsal mütaliə platforması yaradılıb. Platforma insanlara yolda olarkən və ya gözləmə müddətində qısa hekayə və məqalələri rahat və ödənişsiz şəkildə oxumağa imkan verir və gün ərzindəki boş vaxtları mütaliə fürsətinə çevirir.

Platformaya mobil tətbiq yükləməyə və ya qeydiyyatdan keçməyə ehtiyac olmadan xüsusi hazırlanmış QR kodlar vasitəsilə birbaşa daxil olmaq mümkündür. Kodu oxutduqdan sonra istifadəçilər mütaliə üçün ayırmaq istədikləri vaxtı qeyd edib həmin müddət ərzində oxuya biləcəkləri qısa məzmunlu materiallar arasından seçim edə bilərlər.

Yeni istifadəyə verilmiş platformada hazırda Azərbaycan ədəbiyyatı nümunələri və xarici müəlliflərin Azərbaycan dilinə tərcümə edilmiş əsərləri də daxil olmaqla təxminən 200 qısa hekayə və məqalə yer alır. Platforma eyni vaxtda çox sayda istifadəçiyə xidmət göstərmək üçün tam sınaqdan keçirilib.

Platformanın ilkin mərhələdə Bakı Metropolitenində, gələcəkdə isə ölkə ərazisində avtobus, taksi və qatarlarda, eləcə də klinikalarda, banklarda, xidmət mərkəzlərində və insanların sıx toplaşdığı digər ictimai məkanlarda istifadəyə verilməsi nəzərdə tutulur.

BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Azərbaycanın zəngin ədəbi irsi və dərin mütaliə ənənələri var. Bu layihə də gündəlik həyatımızda ədəbiyyatı hər kəs üçün daha əlçatan etməklə həmin ənənəni yaşatmağa və davam etdirməyə töhfə verir… Gün ərzində hamımızın yolda olarkən, yaxud nəyisə gözləyərkən bir neçə dəqiqə boş vaxtımızın olduğu məqamlar olur. "Yoldaş" platforması da məhz bu anları mütaliəyə ayırmağa imkan yaradır. Ümid edirik ki, bu platforma daha çox insanı, xüsusilə də gəncləri yeni müəlliflər və əsərlərlə tanış olmağa təşviq edəcək və onların ədəbiyyata marağını daha da gücləndirəcək".

Layihənin ümumi dəyəri rəqəmsal platformanın hazırlanması, məzmunun seçilməsi, redaktə və korrektə işləri, eləcə də xarici əsərlərin tərcüməsi daxil olmaqla 86 min 350 manatdır.

"Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəltməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük", - deyə BP aldığımız xəbərdə bir daha vurğulayır.

Xatırladaq ki, BP şirkəti Azərbaycanda 34 ildir  neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır. Bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Şirkət bu vaxtadək  öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. 

BP-nin ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirib. Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.

Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon  dollardan çox vəsait xərcləyib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!