07 Fevral 2026 10:10
6256
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Atam 3 ay əvvəl rəhmətə gedib. Ondan miras kimi bir ev qalıb. Mən atamın yeganə övladıyam. Atamın 2 qardaşı və 2 bacısı var. Bilmək istəyirəm ki, həmin evdən atamın qardaş və bacılarına pay düşürmü?


Samir SÜLEYMANLI,

Masazır qəsəbəsi


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə 5 növbə vərəsə müəyyən edilmişdir. 

Birinci növbəyə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxil edilmişdir. Nəzərə alınmalıdır ki, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmçinin, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

İkinci növbəyə - ölənin bacıları və qardaşları aiddirlər. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

Üçüncü növbəyə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası daxildir. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

Dördüncü növbəyə - xalalar və bibilər, dayılar və əmilər şamil olunurlar.

Beşinci növbəyə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları daxildirlər.

Göründüyü kimi, Siz atanızın birinci növbə vərəsəsisiniz, atanızın qardaş və bacıları isə ikinci növbə vərəsələr sayılırlar.

Mülki Məcəllənin 1160-cı maddəsinin tələbinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Belə olan halda Sizin birinci növbə kimi mövcudluğunuz ikinci növbə vərəsə olan atanızın qardaş və bacılarını vərəsə kimi mirasdan pay almaq hüququnu məhdudlaşdırmış olur.


- Əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən distant (məsafədən) iş anlayışı qanunvericilikdə necə tənzimlənir? Distant iş hansı hallarda, hansı vəzifələr üzrə və hansı qaydada tətbiq olunur, bu formada çalışan işçilərin iş vaxtı, əməkhaqqı, məzuniyyət və sosial təminat hüquqları necə müəyyən edilir? Əmək müqaviləsində hansı şərtlərin göstərilməsi tələb olunur?

Jalə RAMAZANLI, 

Bakı şəhəri


- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-2-ci maddəsinə əsasən, məsafədən (distant) iş – əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi əmək funksiyasını məsafədən (distant) iş formasında yerinə yetirən işçilərə də şamil edilir (Əmək Məcəlləsi, maddə 4, hissə 2).

Həmçinin Əmək Məcəlləsinin 55-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə, əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığına əsasən əmək müqaviləsi ilə müəyyən edilir.

Beləliklə, əmək funksiyasını məsafədən (distant) iş formasında yerinə yetirmək niyyətində olan işçi bu barədə işəgötürənlə razılığa gəlməli, daha sonra Əmək Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq qarşılıqlı razılıq əsasında şərtlər müəyyənləşməli və həmin şərtlər əsasında əmək müqaviləsi bağlanmalıdır.


- Satınalma müqaviləsi üzrə tələblərin icrası zamanı qarşı tərəf öhdəliklərini yerinə yetirmirsə, hansı hüquqi tədbirlər görülə bilər?


Kənan MUSTAFAZADƏ,

Şirvan şəhəri


- Sualınıza cavab olaraq bildirmək istəyirik ki, satınalma müqaviləsi üzrə münasibətlər Mülki Məcəlləyə, dövlət satınalmaları müqaviləsinə dair münasibətlər isə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.

Satınalma müqaviləsi üzrə tələblərin icrası zamanı qarşı tərəf öhdəliklərini yerinə yetirmirsə, məhkəməyə müraciət oluna bilər, lakin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə rəsmi qaydada yazılı xəbərdarlıq göndərilməlidir. Xəbərdarlıqda müqavilənin müvafiq bəndinə istinad edərək öhdəliyin ağlabatan müddətdə icra olunması tələb edilməlidir. Əgər müqavilədə gecikdirilən hər gün üçün cərimə nəzərdə tutulubsa, həmin məbləğin hesablanması və ödənilməsi tələbi irəli sürülə bilər. 

Yazılı xəbərdarlıq müsbət nəticə verməzsə, o zaman müqavilənin icra olunmaması nəticəsində sizə dəyən real zərərin və əldən çıxmış mənfəətin ödənilməsini məhkəmə qaydasında tələb edə bilərsiniz.

Əgər öhdəliklər əhəmiyyətli dərəcədə pozularsa və müqavilədə nəzərdə tutularsa, müqaviləni birtərəfli qaydada ləğv etmək mümkündür. Bunun üçün qarşı tərəfə müqaviləyə xitam verilməsi barədə bildiriş göndərilir. Müqavilə ləğv edildikdən sonra qarşı tərəfdən ödənilmiş avansın qaytarılması və dəymiş ziyanın ödənilməsi tələb oluna bilər.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub  

19:30
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

19:15
01 Sentyabr

Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi

19:07
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!