10 Yanvar 2026 08:55
6075
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Bilmək istəyirəm, media orqanı hansı hallarda təkzib verməyə borcludur?


Kamran HƏSƏNOV,

Sumqayıt şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, qaldırdığınız məsələ "Media haqqında" qanun, Mülki və İnzibati Xətalar məcəllələri ilə tənzimlənir. Belə ki, əgər mediada fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, yaxud fikirlər təhrif olunduqda, həmin şəxs və ya nümayəndəsi media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını tələb edə bilər və media subyekti bu tələbi yerinə yetirməyə borcludur. Bundan əlavə, cinayət işləri üzrə icraatın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə, cinayət prosesini aparan orqan da təkzib tələb edə bilər və media subyekti bu tələbi icra etməlidir. Mülki Məcəlləyə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar mediada yayılmışsa, həmin mediada təkzib edilməlidir. Təkzibin verilməməsi və ya qanunla müəyyən edilmiş qaydalara əməl edilməməsi inzibati məsuliyyət yaradır və media subyektləri cərimə (vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə) oluna bilər. Praktikada, təkzib tələbi daxil olduqda media orqanı bir ay müddətində bu tələbi yerinə yetirməlidir və təkzib, cavab və ya düzəliş üçün ödəniş tələb etmək qadağandır.


- Tanışlarımdan birinə iki ilə yaxındır ki, borc pul vermişəm, amma indiyə qədər qaytarmayıb. İstəyəndə də deyir ki, isbat elə ki, mənə pul vermisən. Kiminsə mənə olan borcunu necə sübut edə bilərəm?


Mehdi HƏŞİMOV,

Hacıqabul rayonu


- Qaldırdığınız məsələ ilə bağlı bildiririk ki, borcun mövcudluğunu sübut etmək üçün əsas vasitə yazılı borc müqaviləsi, borc sənədi və ya pulun verilməsi faktını təsdiqləyən digər sənədlərdir. Borcun qaytarılması və ya verilməsi nağdsız qaydada baş veribsə, bank çıxarışları və ya hesabdan çıxarışlar da sübut kimi istifadə oluna bilər. Əgər yazılı sənəd yoxdursa, məhkəmədə şahid ifadələri və digər sübutlar təqdim oluna bilər. Amma yazılı sübutlar üstün hesab olunur və məhkəmə əsasən bu cür sənədlərə istinad edir. Praktikada, borcun sübutu üçün ən etibarlı yol yazılı müqavilə və ya ödənişi təsdiq edən bank sənədləridir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub  

19:30
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

19:15
01 Sentyabr

Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi

19:07
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!